Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 35:1—19

MÜNDƏRİCAT

  • Rəhablıların itaətkarlığı (1—19)

35  Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin+ dövründə Ərəmyaya Yehovanın sözü nazil oldu:  «Rəhablıların+ evinə get və onlarla danış. Onları Yehovanın məbədinə, yemək otaqlarından birinə gətir və onlara içməyə şərab ver».  Mən Həbəzzinyə oğlu Ərəmyanın oğlu Əzniyanı, onun qardaşlarını, oğullarını, rəhablıların bütün nəslini  Yehovanın məbədinə gətirdim. Onları Allah adamı İqdiyal oğlu Hənanın oğullarının yemək otağına apardım. Bu otaq qapıçı Səllum oğlu Məseyyənin yemək otağının üstündə yerləşən başçıların yemək otağı ilə yanbayan idi.  Mən şərabla dolu piyalələri və camları rəhablıların qarşısına qoyub dedim: «Şərab için».  Amma onlar dedilər: «Biz şərab içmirik. Çünki əcdadımız Rəhab oğlu Yəhunədab+ bizə buyurub: “Nə siz, nə də oğullarınız heç vaxt şərab içməyin,  ev tikməyin, toxum səpməyin, üzüm bağı salmayın, ona sahib olmayın. Ömrü boyu çadırlarda yaşayın. Belə edin ki, qərib kimi yaşadığınız diyarda çox yaşayasınız”.  Biz əcdadımız Rəhab oğlu Yəhunədabın əmr etdiyi hər şeyə tabe oluruq. Nə özümüz, nə arvadlarımız, nə oğullarımız, nə də qızlarımız şərab içmirik,  ev tikib orada yaşamırıq, üzüm bağlarımız, tarlalarımız yoxdur, toxum səpmirik. 10  Çadırlarda yaşayırıq, əcdadımız Yəhunədabın əmrinə tabe oluruq. 11  Amma Babil padşahı Navuxodonosor bu ölkəyə hücum edəndə+ biz dedik: “Gəlin kəldanilərin və aramilərin qoşunlarından canımızı qurtarıb Yerusəlimə gedək. Ona görə indi Yerusəlimdə yaşayırıq”». 12  Bu zaman Ərəmyaya Yehovanın sözü nazil oldu: 13  «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Get, Yəhuda camaatına və Yerusəlim əhlinə söylə: “Mən dönə-dönə sizə əmr etməmişəm ki, sözlərimə tabe olun?+ — bəyan edir Yehova. — 14  Rəhab oğlu Yəhunədab övladlarına şərab içməməyi buyurub, onlar da onun əmrinə itaət edirlər. Bu günə kimi şərab içmirlər, əcdadlarının əmrinə tabe olurlar.+ Amma Mən dəfələrlə sizinlə danışsam da, siz Mənə tabe olmursunuz.+ 15  Peyğəmbər qullarımı dönə-dönə sizin yanınıza göndərib+ demişəm: “Dönün pis yolunuzdan,+ saleh əməllər görün. Başqa allahlara ibadət etməyin, qulluq etməyin. Onda sizə və ata-babalarınıza verdiyim torpaqda yaşayarsınız”.+ Amma siz qulaq asmadınız, Məni eşitmədiniz. 16  Rəhab oğlu Yəhunədabın övladları əcdadlarının əmrinə tabe olur,+ amma bu xalq Mənə qulaq asmır”». 17  «Odur ki, İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Budur, söylədiyim bəlanı Yəhuda və Yerusəlim sakinlərinin başına gətirəcəyəm.+ Çünki Mən onlarla danışdım, onlarsa qulaq asmadılar. Onları çağırdım, hay vermədilər”».+ 18  Ərəmya rəhablılara dedi: «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Siz ki əcdadınız Yəhunədabın əmrinə tabe olursunuz, onun heç bir sözündən çıxmırsınız, dediyi hər sözü yerinə yetirirsiniz, 19  ona görə də İsrailin Allahı, ordular Allahı Yehova belə söyləyir: “Rəhab oğlu Yəhunədabın övladları daim hüzurumda xidmət edəcək”».

Haşiyələr