Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 33:1—26

MÜNDƏRİCAT

  • Dirçəliş vədi (1—13)

  • Saleh pöhrə dövründə əmin-amanlıq (14—16)

  • Davud və kahinlərlə əhd (17—26)

    • Gündüz və gecə ilə bağlı əhd (20)

33  Keşikçi həyətində dustaq olanda+ Ərəmyaya ikinci dəfə Yehovanın sözü nazil oldu:  «Yeri xəlq edən Yehova, ona quruluş verib möhkəm bərqərar edən Yehova, adı Yehova olan Allah belə deyir:  “Məni çağır, sənə cavab verim, bilmədiyin böyük, dərkedilməz şeyləri sənə məmnuniyyətlə bildirim”».+  «İsrailin Allahı Yehova mühasirə bəndləri və qılınc ucbatından yerlə yeksan olan bu şəhərdəki evlər və Yəhuda padşahlarının evləri barədə,+  qeyz-qəzəbilə öldürdüyü, pis əməlləri ilə Onu bu şəhəri tərk etməyə vadar edənlər barədə — kəldanilərlə döyüşmək üçün gəlib şəhəri öz meyitləri ilə dolduran kəslər barədə belə deyir:  “Mən bu şəhərə sağlamlıq, şəfa verəcəyəm.+ Onları sağaldacağam. Onlara dinclik, əmin-amanlıq bəxş edəcəyəm.+  Yəhudadan və İsraildən sürgünə gedənləri geri qaytaracağam.+ Onları əvvəlki kimi dirçəldəcəyəm.+  Onları Mənə qarşı etdikləri günahlardan, təqsirlərdən təmizləyəcəyəm.+ Mənə qarşı etdikləri günahları, təqsirləri, asilikləri əfv edəcəyəm. +  Onlara etdiyim bütün yaxşılıqları eşidən dünya xalqlarının önündə bu şəhərin adı Məni ucaldacaq, bu şəhərə görə Məni vəsf edəcəklər, şərəfləndirəcəklər.+ Onlar şəhərə göstərdiyim kəramətə, bəxş etdiyim əmin-amanlığa görə qorxub-titrəyəcəklər”».+ 10  «Yehova belə deyir: “Sizin “xaraba qalıb, adam, heyvan yoxdur” deyəcəyiniz bu yerdə, viranə, adamsız, heyvansız qalan Yəhuda şəhərlərində, Yerusəlim küçələrində yenə də 11  sevinc, şadlıq harayı,+ bəy-gəlin səsi, “ordular Allahı Yehovaya həmd edin, çünki Yehova kəramətlidir,+ məhəbbəti əbədidir!” deyənlərin səsi eşidiləcək!”+ “Yehovanın evinə şükran qurbanları gətirəcəklər,+ çünki bu ölkədən sürgün olunanları geri qaytaracağam, onlar əvvəlki kimi olacaqlar”, — bəyan edir Yehova». 12  «Ordular Allahı Yehova belə deyir: “İnsansız, heyvansız qalmış bu xaraba məmləkətdə, onun şəhərlərində yenə də örüşlər olacaq, çobanlar sürülərini otaracaq”.+ 13  “Dağlıq bölgədəki, düzənlikdəki şəhərlərdə, cənub şəhərlərində, Binyamin torpağında, Yerusəlimin ətrafında,+ Yəhuda şəhərlərində+ yenə də çobanlar qoyun-quzularını sayacaq”, — deyir Yehova». 14  «“Gün gələcək, — Yehova bəyan edir, — İsrail və Yəhuda evi ilə bağlı verdiyim gözəl vədi yerinə yetirəcəyəm.+ 15  O günlərdə, o zaman Davudun nəslindən saleh pöhrə çıxaracağam.+ O, ölkədə salehliklə, haqq-ədalətlə davranacaq.+ 16  O günlərdə Yəhuda xilas olacaq,+ Yerusəlim əmin-amanlıqda yaşayacaq.+ Onu “Salehliyimiz Yehovadandır” deyib çağıracaqlar”».+ 17  «Yehova belə deyir: “İsrail evinin taxtında həmişə Davudun sülaləsi olacaq.+ 18  Yandırma qurbanları və başqa qurbanlar təqdim etmək, taxıl təqdimələri yandırmaq üçün önümdə həmişə lavili kahinlər olacaq”». 19  Yenidən Ərəmyaya Yehovanın sözü nazil oldu: 20  «Yehova belə deyir: “Əgər gündüz, gecə öz vaxtında olmasın deyə, gündüzlə, gecə ilə bağlı əhdimi poza bilsəniz,+ 21  yalnız onda qulum Davudla bağladığım əhd pozula bilər,+ Davudun taxtında onun sülaləsindən heç kim oturmaz.+ Xidmətçilərim lavili kahinlərlə bağladığım əhd də yalnız onda pozula bilər.+ 22  Qulum Davudun, Mənə xidmət edən lavililərin övladlarını saya-hesaba gəlməyən səma ordusu qədər, dəniz qumu qədər çoxaldacağam”». 23  Ərəmyaya yenə Yehovanın sözü nazil oldu: 24  «Fikir verirsən, bu xalq nə deyir: “Yehova vaxtilə seçdiyi iki nəsli rədd edəcək”? Onlar Mənim xalqımı alçaldır, artıq onu xalq hesab etmir. 25  Yehova belə deyir: “Gündüzlə, gecə ilə bağlı əhdimi,+ yerin, göyün qanunlarını təsis edib pozmadığım kimi,+ 26  Yaqub nəslini*, qulum Davudun nəslini də heç vaxt rədd etməyəcəyəm. İbrahimin, İshaqın və Yaqubun övladları üzərində onun nəsli hökmranlıq edəcək. Çünki Mən onlardan sürgünə gedənləri geri gətirəcəyəm,+ onlara rəhm edəcəyəm”».+

Haşiyələr

Hərfən: toxumunu.