Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 32:1—44

MÜNDƏRİCAT

32  Yəhuda padşahı Sidqiyyənin hakimiyyətinin onuncu ilində, Navuxodonosorun hakimiyyətinin on səkkizinci ilində Ərəmyaya Yehovanın sözü nazil oldu.+  Həmin vaxt Babil padşahının qoşunları Yerusəlimi mühasirəyə almışdı. Ərəmya peyğəmbər Yəhuda padşahının sarayındakı Keşikçi həyətində dustaq idi.+  Yəhuda padşahı Sidqiyyə onu həbs edib+ demişdi: «Nə üçün sən peyğəmbərlik edib deyirsən: “Yehova belə deyir: “Mən bu şəhəri Babil padşahına təslim edəcəyəm, o, şəhəri zəbt edəcək,+  Yəhuda padşahı Sidqiyyə kəldanilərin əlindən qurtula bilməyəcək. O, Babil padşahına təslim ediləcək, padşah onunla üz-üzə, göz-gözə danışacaq.+  Sidqiyyəni Babilə aparacaq. Sidqiyyə ona nəzər salacağım vaxta kimi orada qalacaq, — bəyan edir Yehova. — Sən kəldanilərlə döyüşsən də, uğur qazanmayacaqsan”».+  Ərəmya dedi: «Mənə Yehovanın sözü nazil oldu:  “Əmin Səllumun oğlu Hənamil sənin yanına gəlib deyəcək: “Ənatutdakı torpaq sahəmi al,+ çünki onu almağa birinci sənin hüququn çatır”».+  Yehovanın dediyi kimi, əmim oğlu Hənamil Keşikçi həyətinə, yanıma gəlib dedi: «İstəyirəm Binyamində, Ənatutdakı torpağımı alasan, çünki ona sahib olmağa, onu almağa sənin hüququn çatır. Onu al». Onda mən bildim ki, bu, Yehovadandır.  Beləcə, mən əmim oğlu Hənamildən Ənatutdakı torpağı aldım. Yeddi şekel* və on şekel gümüş çəkib ona verdim.+ 10  Sonra alqı-satqını sənədləşdirib+ möhürlədim, şahidlər çağırdım+ və pulu tərəzidə çəkdim. 11  Qayda-qanuna əsasən möhürlənmiş satış sənədini, həmçinin möhürsüz sənədi götürdüm. 12  Satış sənədini əmim oğlu Hənamilin, sənədi imzalayan şahidlərin və Keşikçi həyətində+ oturan yəhudilərin gözü qarşısında Məhsay oğlu Nuryahın oğlu+ Bəruxa+ verdim. 13  Onların qarşısında Bəruxa dedim: 14  «İsrailin Allahı, ordular Allahı Yehova belə buyurur: “Bu sənədləri — möhürlü satış sənədini və möhürsüz sənədi götür, saxsı qaba qoy ki, uzun müddət qalsın”. 15  İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bu ölkədə yenidən evlər, torpaqlar, üzümlüklər alınacaq”».+ 16  Satış sənədini Nuryah oğlu Bəruxa verəndən sonra Yehovaya dua etdim: 17  «Ya Külli-İxtiyar Yehova, Sən böyük qüdrətinlə, qüvvətli qolunla yeri-göyü yaratmısan.+ Sənin üçün mümkün olmayan heç nə yoxdur. 18  Sən minlərcə insana məhəbbət göstərirsən. Sən ataların təqsirinin əvəzini onlardan sonra gələn oğullarına çəkdirirsən.+ Sən təksən, ulusan, qadir Allahsan, adın ordular Allahı Yehovadır. 19  Amalın uca, işlərin əzəmətlidir.+ Sən bəşər övladlarının bütün yollarını seyr edirsən ki,+ hər kəsə yoluna, əməlinə görə əvəz verəsən.+ 20  Sən Misir diyarında bu gün də hamıya məlum olan əlamətlər, möcüzələr göstərdin və bugünkü kimi, İsraildə və bütün dünyada şöhrət qazandın.+ 21  Xalqın İsraili əlamətlərlə, möcüzələrlə, güclü əlinlə, qüvvətli qolunla, vahiməli işlərinlə Misir torpağından çıxardın.+ 22  Sonra ata-babalarına and içib vəd etdiyin bu torpağı,+ süd-bal axan diyarı onlara verdin.+ 23  Onlar gəlib bura sahib oldular, amma Sənə itaət etmədilər, qanununa tabe olmadılar, heç bir əmrini yerinə yetirmədilər. Onda Sən onların başına bu fəlakəti gətirdin.+ 24  Budur, düşmən şəhəri istila etmək üçün mühasirə bəndləri qurub,+ qılınc,+ aclıq, azar+ ucbatından şəhər onunla döyüşən kəldanilərin əlinə keçəcək. Özün də görürsən ki, dediyin hər şey yerinə yetib. 25  Amma Sən, ey Külli-İxtiyar Yehova mənə dedin: “Get pul ver, torpaq al və şahidlər çağır”, halbuki şəhər kəldanilərin əlinə keçəcək». 26  Onda Ərəmyaya Yehovanın sözü nazil oldu: 27  «Mən Yehova bütün bəşərin Allahıyam. Mənim üçün mümkün olmayan bir şey varmı? 28  Buna görə də Yehova deyir: “Mən bu şəhəri kəldanilərə, Babil padşahı Navuxodonosora təslim edirəm, o, şəhəri istila edəcək.+ 29  Bu şəhərə qarşı döyüşən kəldanilər şəhərə girəcək, ona od vuracaq.+ Şəhəri də, evləri də yandıracaqlar. O evlərin damlarında camaat Baala qurban təqdim edirdi, başqa allahlara şərab təqdiməsi gətirib Məni qəzəbləndirirdi”.+ 30  “İsrail və Yəhuda xalqı gəncliyindən bəri yalnız bəyənmədiyim pis işlər görür.+ İsrail xalqı əllərinin işi ilə məni qəzəbləndirir, — bəyan edir Yehova. — 31  Bu şəhər tikildiyi vaxtdan bu günədək Məni ancaq qəzəbləndirir, hiddətləndirir.+ Odur ki, o, önümdən yox edilməlidir.+ 32  Çünki İsrail və Yəhuda xalqı — padşahları+, əyanları+, kahinləri, peyğəmbərləri,+ Yəhuda camaatı, Yerusəlim əhli pis əməllərlə Məni qəzəbləndirir. 33  Onlar Mənə üzlərini yox, kürəklərini çevirdilər.+ Hərçənd ki Mən dönə-dönə onlara öyüd-nəsihət verdim, amma heç biri nəsihətə qulaq asmadı.+ 34  İyrənc bütlərini adımı daşıyan evə qoyub oranı murdarladılar.+ 35  Bu azmış kimi Bəni-Hinnom vadisində*+ Baalın şərəfinə səcdəgahlar düzəltdilər ki, oğul-qızlarını odda yandırıb Molekə qurban versinlər.+ Mən Yəhudanı günaha sürükləyən bu iyrənc şeyi nə buyurmuşdum,+ nə də ağlımdan keçirmişdim”. 36  Siz deyirsiniz ki, bu şəhər “qılıncla, aclıqla, azarla Babil padşahına təslim ediləcək”. Amma İsrailin Allahı Yehova belə deyir: 37  “Onları qeyz-qəzəbimlə, böyük hiddətimlə səpələdiyim ölkələrdən yığacağam.+ Onları bura qaytarıb əmin-amanlıqda yaşadacağam.+ 38  Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı.+ 39  Onlara bir ürək,+ bir yol verəcəyəm ki, özlərinin və övladlarının rifahı naminə həmişə Məndən qorxsunlar.+ 40  Onlarla əbədi əhd kəsəcəyəm,+ bu əhdə görə heç vaxt onlardan yaxşılığımı əsirgəməyəcəyəm,+ ürəklərinə xofumu salacağam ki, heç vaxt Məndən üz döndərməsinlər.+ 41  Onlara yaxşılıq etməkdən sevinc duyacağam,+ onları bu torpaqda əkəcəyəm.+ Bunu can-dildən edəcəyəm”». 42  «Yehova belə bəyan edir: “Onların başına bu böyük bəlanı gətirdiyim kimi, vəd etdiyim yaxşılıqları da onlara edəcəyəm.+ 43  Ölkə barədə “xaraba qalıb, adam, heyvan yoxdur, kəldanilərə təslim edilib” desəniz də, bu ölkədə yenə də torpaqlar alınacaq”.+ 44  “Binyamin torpağında, Yerusəlim ətrafında, Yəhuda şəhərlərində,+ dağlıq bölgədəki, düzənlikdəki şəhərlərdə,+ cənub şəhərlərində pulla torpaqlar alınacaq, satış sənədləri tərtib ediləcək, möhürlənəcək, şahidlər çağırılacaq,+ çünki Mən onlardan sürgünə gedənləri geri qaytaracağam”,+ — bəyan edir Yehova».

Haşiyələr

Şekel 11,4 q-a bərabərdir. B14 əlavəsinə bax.