Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 31:1—40

MÜNDƏRİCAT

  • Sağ qalanlar ölkədə məskunlaşacaq (1—30)

    • Rəhilə övladlarına görə ağlayır (15)

  • Yeni əhd (31—40)

31  Yehova bəyan edir: «Həmin vaxt Mən bütün İsrail qəbilələrinin Allahı olacağam, onlar isə Mənim xalqım».+   Yehova belə deyir: «İsrail dinclik yerinə gedəndə Qılıncdan qurtulan xalq səhrada Allahdan lütf gördü».   Yehova uzaqdan mənə görünüb dedi: «Səni əbədi məhəbbətlə sevdim. Məhəbbətlə səni Özümə tərəf çəkdim.+   Səni yenidən quracağam, bərpa olacaqsan.+ Ey bakirə İsrail, yenə əlinə qaval alacaqsan, Şadlıq içində rəqs edəcəksən.+   Səməriyyə dağlarında üzümlüklər salacaqsan,+ Bağbanlar bağ salıb barından yeyəcəklər.+   Gün gələcək Əfraim dağlarındakı gözətçilər çağıracaqlar: “Qalxın, Siona, Allahımız Yehovanın hüzuruna gedək”».+   Yehova belə deyir: «Sevinə-sevinə Yaquba səslənin. Sevincdən hayqırın, çünki xalqların başındasınız.+ Bunu car çəkin. Mədh söyləyib deyin: “Ey Yehova, xalqını, İsraildən sağ qalanları xilas et”.+   Onları şimal ölkəsindən qaytaracağam.+ Yerin ucqarlarından toplayacağam.+ Onların arasında kor, topal,+ Hamilə, doğuş sancısı çəkən də olacaq. Hamısı bir böyük icma kimi bura qayıdacaq.+   Ağlaya-ağlaya gələcəklər.+ Onları geri gətirəcəyəm, lütf diləyə-diləyə qayıdacaqlar. Onları hamar yolla ayaqları büdrəmədən Axar sular kənarına gətirəcəyəm.+ Çünki Mən İsrailin Atasıyam, Əfraim Mənim ilkimdir».+ 10  Ey xalqlar, Yehovanın sözünü dinləyin! Uzaq adalarda car çəkin:+ «İsraili pərən-pərən edən onları toplayacaq, Sürüsünü qoruyan çobantək onları qoruyacaq.+ 11  Yehova Yaqubu qurtaracaq,+ Onu özündən güclü olan birisinin əlindən alacaq.+ 12  Onlar Sionun zirvəsinə qalxıb sevinclə hayqıracaq,+ Yehovanın kəramətinə görə, Taxıla, təzə şəraba,+ yağa, Sürüdəki, naxırdakı bala heyvanlara görə+ üzləri şəfəq saçacaq. Yaxşıca suvarılmış bağ kimi olacaqlar,+ Daha heç vaxt saralıb-solmayacaqlar».+ 13  «O zaman qız, oğlan, qoca Birgə rəqs edib şənlənəcək.+ Onların yasını şadlığa çevirəcəyəm,+ Onlara təskinlik verəcəyəm, qüssədən qurtarıb sevindirəcəyəm.+ 14  Kahinləri bol nemətlərlə doyuracağam, Xalqım kəramətimlə bəslənib doyacaq»,+ — bəyan edir Yehova. 15  «Yehova belə deyir: “Ramada+ səs eşidilir, ağlaşma, fəryad səsi. Rəhilə oğullarına görə ağlayır,+ Təsəlli tapmaq istəmir. Çünki oğulları artıq yoxdur”».+ 16  Yehova belə deyir: «Ağlayıb-sızlama, göz yaşı tökmə, Zəhmətinin əvəzini alacaqsan, Onlar düşmən ölkəsindən qayıdacaqlar,+ — bəyan edir Yehova. 17  Gələcəyin üçün ümid var,+ — bəyan edir Yehova, Oğulların öz vətənlərinə qayıdacaq».+ 18  «Mən Əfraimin naləsini eşitdim: “Sən məni əhliləşdirilməmiş dana kimi tərbiyə etdin, Mən də düzəldim. Məni geri qaytarsan, canla-başla qayıdaram. Çünki Sən mənim Allahımsan, Yehova. 19  Pis yoldan dönüb peşman oldum,+ Ağlım başıma gələndə dizimə-dizimə döydüm. Xəcalət çəkdim, rəzil oldum,+ Çünki gəncliyimin rüsvayçılığını çiyinlərimdə daşıyırdım”». 20  «Məgər Əfraim əziz oğlum, sevimli övladım deyil?+ Onu nə qədər pisləsəm də, unutmuram. Onun üçün ürəyim qan ağlayır,+ Ona rəhm edəcəyəm”», — bəyan edir Yehova.+ 21  «Özün üçün yol nişanları, Yol göstərən işarələr qoy.+ Baş yola, gedəcəyin yola fikir ver,+ Ey bakirə İsrail, geri qayıt, şəhərlərinə dön. 22  Ey vəfasız qız, nə vaxta kimi qərarsız olacaqsan? Yehova dünyada yeni bir şey yaradıb: Qadın kişinin dalınca düşəcək». 23  İsrailin Allahı, ordular Allahı Yehova deyir: «Mən onlardan sürgünə gedənləri geri gətirəndə Yəhuda məmləkətində və şəhərlərində yenə deyəcəklər: “Ey salehlik diyarı,+ ey müqəddəs dağ,+ qoy Yehova səni mübarək qılsın!” 24  Orada yəhudalılar, şəhər sakinləri, əkinçilər, çobanlar birlikdə yaşayacaq.+ 25  Mən yorğun adama təravət, taqətsizə güc verəcəyəm».+ 26  Onda gözlərimi açıb oyandım, yuxum şirin idi. 27  Yehova bəyan edir: «Gün gələcək İsrail evi ilə Yəhuda evinə insan və heyvan toxumu əkəcəyəm».+ 28  «Onları kökündən qoparmağa, uçurmağa, yerlə yeksan etməyə, dağıtmağa, onlara zərər vurmağa necə hazır idimsə+, onları tikməyə və əkməyə də elə hazır olacağam,+ — bəyan edir Yehova. — 29  O vaxt heç kim deməyəcək: “Atalar kal üzüm yedi, uşaqların dişi qamaşdı”.+ 30  Hər kəs öz təqsirinə görə öləcək, kal üzüm yeyənin öz dişi qamaşacaq». 31  Yehova bəyan edir: «Gün gələcək İsrail evi və Yəhuda evi ilə yeni əhd bağlayacağam.+ 32  Bu əhd əllərindən tutub Misirdən çıxardığım gün ata-babaları ilə bağladığım əhdə bənzəməyəcək.+ Onların sahibi* olduğum halda, həmin əhdi pozmuşdular,+ — bəyan edir Yehova». 33  «O günlərdən sonra İsrail evi ilə bağlayacağım əhd budur: qanunumu onların daxilinə qoyacağam,+ ürəklərinə yazacağam.+ Mən onların Allahı olacağam, onlar da Mənim xalqım»,+ — bəyan edir Yehova. 34  «Artıq qonşu qonşuya, qardaş qardaşa “Yehovanı tanı” deməyəcək.+ Çünki balacadan tutmuş böyüyədək hamı Məni tanıyacaq,+ — bəyan edir Yehova. — Çünki onların təqsirini bağışlayacağam, günahlarını bir də yada salmayacağam».+ 35  Adı ordular Allahı olan Yehova, Gündüzü işıqlandırmaq üçün günəşi verən, Gecəni aydınlaşdıran aydan, ulduzlardan ötrü qaydalar qoyan, Dənizi çalxalayan, dalğaları şahə qaldıran Yehova belə deyir:+ 36  «Əgər nə vaxtsa bu qayda-qanunlar pozulsa, Yalnız onda İsrail övladları bir xalq kimi önümdən həmişəlik yox olar, — bəyan edir Yehova».+ 37  Yehova belə deyir: «Əgər yuxarıda göyləri ölçmək, aşağıda yerin təməlini araşdırıb öyrənmək mümkün olsa, yalnız onda bütün İsrail övladlarını əməllərinə görə rədd edərəm, — bəyan edir Yehova».+ 38  «Gün gələcək, — Yehova bəyan edir, — şəhər Hənanil qülləsindən+ Künc darvazaya+ qədər Yehova üçün tikiləcək.+ 39  Ölçü ipi+ düz Qarib təpəsinə uzadılacaq, oradan da Quəhə dönəcək. 40  Cəsədlər və küllər dərəsinin hər yeri, Qidron vadisinə,+ şərqə doğru At darvazasının+ küncünədək uzanan bütün bağlar Yehova üçün müqəddəs olacaq.+ O, bir daha kökündən qoparılmayacaq, dağılmayacaq».

Haşiyələr

Digər variant: əri.