Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 30:1—24

MÜNDƏRİCAT

  • Qurtuluş və şəfa vədi (1—24)

30  Ərəmyaya Yehovanın sözü nazil oldu:  «İsrailin Allahı Yehova belə deyir: “Sənə dediyim bütün sözləri bir kitaba yaz.  Çünki Yehova belə bəyan edir: “Gün gələcək, xalqımdan, İsraillə Yəhudadan əsir gedənləri ata-babalarına verdiyim diyara geri qaytaracağam.+ Onlar yenidən ora sahib olacaqlar”. Yehova belə deyir”».+  Yehovanın İsraillə Yəhudaya dediyi sözlər bunlardır.   Yehova belə deyir: «Qorxudan titrəyənlərin səsi gəlir. Hər yanda dəhşət hökm sürür, dinclikdən əsər-əlamət yoxdur.   Soruşun, görün heç kişi doğar? Bəs nə üçün güclü kişiləri Doğan qadınlar kimi, qarınlarını tutan görürəm?+ Niyə hamının bənizi solub?   Aman! O gün nə dəhşətli gündür.+ Onun kimi gün yoxdur. O gün Yaqub üçün sıxıntı günüdür. Lakin o qurtulacaq».  Ordular Allahı Yehova bəyan edir: «Həmin gün Mən onların boynundan boyunduruğu sındıracağam, bağlarını qıracağam, bir də yadellilər onları kölə etməyəcəklər.  Onlar Allahları Yehovaya və üzərlərinə qoyacağım padşahları Davuda xidmət edəcəklər».+ 10  «Sən, ey qulum Yaqub, qorxma, — Yehova bəyan edir. Dəhşətə gəlmə, ey İsrail.+ Səni uzaq diyardan, Övladlarını sürgün edildikləri məmləkətdən qurtaracağam.+ Yaqub qayıdacaq, dinc, arxayın yaşayacaq. Onu hürküdən olmayacaq».+ 11  «Çünki Mən səninləyəm, — bəyan edir Yehova, — səni qurtaracağam. Amma səni aralarına səpələdiyim xalqları məhv edəcəyəm.+ Səni isə məhv etməyəcəyəm.+ Səni lazımi ölçüdə islah edəcəyəm, Cəzasız buraxmayacağam».+ 12  Yehova belə deyir: «Sənin zədən sağalmazdır,+ Yarana məlhəm yoxdur. 13  Müdafiənə qalxan yoxdur, Xorana şəfa yoxdur. Sənə əlac tapılmır. 14  Aşiqlərin səni unudub.+ Daha səni axtarmırlar. Sənə düşmən zərbəsi endirdim,+ Rəhmsizlər kimi cəzalandırdım. Çünki günahın böyük, təqsirin çoxdur.+ 15  Zədələrinə görə nə nalə çəkirsən? Ağrın kəsilən deyil! Günahının böyüklüyünə, təqsirinin çoxluğuna görə+ Bunu sənin başına gətirdim. 16  Ona görə də səni məhv edənlər məhv olacaq,+ Sənin düşmənlərin də əsir gedəcək.+ Səni qarət edənlər qarət ediləcək, Səni talan edənlər talan olacaq».+ 17  «Amma sənə şəfa verəcəyəm, yaralarını sağaldacağam,+ — bəyan edir Yehova. Hərçənd ki səni səfil adlandırırdılar, Sənə “heç kimin itirib-axtarmadığı Sion” deyirdilər”».+ 18  Yehova belə deyir: «Mən Yaqub çadırlarından əsir gedənləri bir yerə toplayacağam,+ Onun çadırlarına yazığım gələcək. Şəhər yenidən həmin təpənin üstündə qurulacaq,+ Qala əvvəlki yerində ucalacaq. 19  O yerlərdən şükranlar, gülüş səsləri eşidiləcək.+ Onları çoxaldacağam, az olmayacaqlar.+ Saylarını artıracağam*, Əzəmətli olacaqlar.+ 20  Onun oğulları əvvəlki kimi olacaq. Xalqı önümdə kök salacaq.+ Ona zülm edənləri cəzalandıracağam.+ 21  Öndəri özününkülərdən olacaq, Rəhbər öz içindən çıxacaq. Onu Özümə yaxınlaşdıracağam, o da Mənə yaxınlaşacaq. Axı başqa cür kim cürət edib Mənə yaxınlaşa bilər?» — bəyan edir Yehova. 22  «Siz Mənim xalqım olacaqsınız,+ Mən isə sizin Allahınız».+ 23  Budur, Yehovanın qəzəbi fırtınatək qopacaq,+ Pislərin başında şiddətli qasırğatək dövr edəcək. 24  Niyyəti yerinə yetməyincə, həyata keçməyincə, Yehovanın qızğın qəzəbi səngiməyəcək.+ Zamanın sonunda bunu anlayacaqsınız.+

Haşiyələr

Digər variant: şərəfli edəcəyəm.