Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 3:1—25

MÜNDƏRİCAT

  • İsrailin dönüklüyü həddini aşıb (1—5)

  • İsrail və Yəhuda zinakardır (6—11)

  • Tövbəyə çağırış (12—25)

3  Camaat soruşur: «Kişi arvadını boşasa, arvad da çıxıb başqasına ərə getsə, kişi onu bir də qəbul edər?» Bu ölkə tamamilə murdarlanıb.+ «Sən çoxlu oynaşınla fahişəlik etdin,+ İndi Mənə geri qayıdacaqsan?» — bəyan edir Yehova.   «Başını qaldır, çılpaq təpələrə bax. Zorlanmadığın yer qalıb? Səhradakı bədəvi kimi, Yollarda durub oynaşlarını gözlədin. Fahişəliyinlə, mənfurluğunla Ölkəni murdarladın.+   Buna görə yağışlar kəsilib,+ Baharda yağış yağmır. Sən fahişəlik edən həyasız arvada oxşayırsan. Utanıb-qızarmırsan.+   İndi də Məni çağırırsan: “Atam, cavanlıq həmdəmim!+   Heç əbədilik incik qalarlar? Həmişəlik kin saxlayarlar?” Bir tərəfdən belə deyirsən, Bir tərəfdən də elədiyini eləyirsən, pisliyindən əl çəkmirsən».+  Yuşiyyə padşahın+ dövründə mənə Yehovanın sözü nazil oldu: «“Xəyanətkar İsrailin hərəkətini görürsən? O, hər hündür dağın təpəsində, hər gur yarpaqlı ağacın altında fahişəlik etdi.+  Bundan sonra da Mən onu dönə-dönə geri çağırdım,+ o isə qayıtmadı. Yəhuda da xəyanətkar bacısına baxdı.+  Mən bunu görəndə zina etdiyinə görə+ xəyanətkar İsrailə talaq kağızını verib onu boşadım.+ Vəfasız bacısı Yəhuda bunu görüb qorxmadı, o da gedib fahişəlik etdi.+  Arsız-arsız fahişəlik etdi. Daşlarla, ağaclarla zina edib fahişəliyilə ölkəni murdarladı.+ 10  Bütün bunlara baxmayaraq, onun vəfasız bacısı Yəhuda sidqi-ürəkdən Mənə dönmədi, yalandan özünü elə göstərdi”, — bəyan edir Yehova». 11  Sonra Yehova mənə dedi: «Xəyanətkar İsrail vəfasız Yəhudadan saleh çıxdı.+ 12  Get, şimala bu sözləri car çək:+ “Yehova bəyan edir: “Geri dön, ey asi İsrail,+ Mən sizə qəzəblə baxmayacağam,+ çünki Mən vəfalıyam, — bəyan edir Yehova, — həmişəlik acıqlı qalmayacağam. 13  Bircə günahınızı boynunuza alın, çünki Allahınız Yehovaya asilik etdiniz. Hər gur yarpaqlı ağacın altında özünüzü yadlara verdiniz, Mənə qulaq asmadınız”. Yehova belə bəyan edir». 14  «Geri dönün, ey asi övladlar, — Yehova bəyan edir, — Mən sizin sahibinizəm*, sizi şəhərlərdən bir-bir, qəbilələrdən iki-iki götürüb Siona gətirəcəyəm.+ 15  Sizə ürəyimcə olan çobanlar verəcəyəm,+ onlar sizi biliklə, dərrakə ilə bəsləyəcək. 16  O vaxt ölkədə artıb-çoxalacaq, bar verəcəksiniz, — Yehova bəyan edir.+ — Artıq heç kim “Yehovanın Əhd sandığı” sözünü dilinə gətirməyəcək. Heç kim onu xatırlamayacaq, yada salmayacaq, xiffətini çəkməyəcək, yenisini düzəltməyəcək. 17  O vaxt Yerusəlimə Yehovanın taxtı deyiləcək.+ Bütün xalqlar Yehovanın adını ucaltmaq üçün Yerusəlimə toplaşacaq.+ Daha inadla öz qara ürəklərinə görə hərəkət etməyəcəklər». 18  «O günlərdə Yəhuda evi ilə İsrail evi birləşib+ şimal ölkəsindən ata-babalarınıza irs verdiyim ölkəyə gələcəklər.+ 19  Dedim: “Sizi oğullarım arasına qoydum, sizə dünyanın dilbər guşəsini, xalqların heyran qaldığı irsi verdim”.+ Fikirləşirdim Mənə “Ata” deyəcəksiniz, yolumdan sapmayacaqsınız. 20  Siz isə, ey İsrail evi, ərini atan xəyanətkar qadın kimi, Mənimlə xəyanətkarcasına davrandınız,+ — bəyan edir Yehova». 21  Çılpaq təpələrdən səs eşidilir, İsrail xalqı ağlayır, yalvar-yaxar edir. Onlar əyri yolla gediblər, Allahları Yehovanı unudublar.+ 22  «Qayıdın, ey asi övladlar, Sizin asi ürəyinizə şəfa verim».+ «Budur, Sənin yanına gəlmişik. Çünki Sənsən bizim Allahımız, ey Yehova.+ 23  Təpələrdəki, dağlardakı hay-küy yalandır.+ İsrailə qurtuluş gətirən Allahımız Yehovadır.+ 24  O iyrənc şey isə gəncliyimizdən bəri ata-babalarımızın qanını sovurur,+ Onların qoyun-quzularını, mal-qarasını, Oğul-qızlarını əlindən alıb. 25  Gəlin rüsvayçılıq içində uzanaq, Rəzillik üstümüzü örtsün, Çünki gəncliyimizdən bu günə kimi Biz də, atalarımız da Allahımız Yehovaya qarşı günah edirik,+ Allahımız Yehovaya tabe olmuruq».

Haşiyələr

Digər variant: ərinizəm.