Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 24:1—10

MÜNDƏRİCAT

  • Yaxşı və xarab əncirlər (1—10)

24  Babil padşahı Navuxodonosor Yəhuda padşahı Yəhyakim+ oğlu Yəkunyanı*+, Yəhuda əmirlərini, sənətkarları, dəmirçiləri* Yerusəlimdən Babilə sürgün etdi.+ Bundan sonra Yehova mənə iki səbət əncir göstərdi. Səbətlər Yehovanın məbədinin qarşısında idi.  Səbətin birində olan əncirlər ilk məhsul kimi çox yaxşı idi. O biri səbətdəki əncirlər isə elə xarab idi ki, yeməyə yaramırdı.  Yehova məndən soruşdu: «Ərəmya, nə görürsən?» Mən dedim: «Əncir görürəm. Yaxşı əncir çox yaxşıdır, xarab əncir isə elə xarabdır ki, yeməyə yaramır».+  Onda mənə Yehovanın sözü nazil oldu:  «İsrailin Allahı Yehova belə deyir: “Bu yerdən Kəldan ölkəsinə sürgün etdiyim adamlar nəzərimdə yaxşı əncir kimi olacaq.  Onların rifahı naminə gözüm həmişə üstlərində olacaq. Onları bu ölkəyə qaytaracağam.+ Onları dirçəldəcəyəm, yıxmayacağam, əkəcəyəm, qoparmayacağam.+  Onlara elə ürək verəcəyəm ki, Mənim Yehova olduğumu bilsinlər.+ Onlar Mənim xalqım olacaq, Mən də onların Allahı.+ Çünki onlar bütün qəlblərilə Mənə dönəcəklər.+  Yeməyə yaramayan xarab əncirlər+ barədə isə Yehova deyir: “Yəhuda padşahı Sidqiyyəyə+, onun əyanlarına, Yerusəlim əhlindən sağ qalıb bu ölkədə və Misir diyarında yaşayanlara+ bu əncirlər kimi baxacağam.  Onların başına elə müsibət gətirəcəyəm ki, dünyanın bütün səltənətləri dəhşətə gələcək.+ Səpələdiyim hər yerdə onları rüsvay edəcəyəm, zərbi-məsələ çevirəcəyəm. Onları məsxərəyə qoyacaqlar, lənətləyəcəklər.+ 10  Üstlərinə qılınc,+ aclıq, azar+ göndərib onları ata-babalarına və onlara verdiyim torpaqdan yox edəcəyəm”».

Haşiyələr

Digər adları YəhyakinKünyah.
Digər variant: istehkam tikənləri.