Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 23:1—40

MÜNDƏRİCAT

  • Yaxşı və pis çobanlar (1—4)

  • Saleh pöhrə dövründə əmin-amanlıq (5—8)

  • Saxta peyğəmbərlərə ittiham (9—32)

  • Yehovanın «xəbəri yükdür» (33—40)

23  Yehova bəyan edir: «Otlağımdakı sürünü məhv edən, onu pərən-pərən salan çobanların vay halına!»+  Ona görə də İsrailin Allahı Yehova xalqını otaran çobanların əleyhinə belə deyir: «Siz Mənim qoyunlarımı pərən-pərən etdiniz, onları didərgin saldınız, onların qeydinə qalmadınız».+ «Odur ki, bəd əməllərinizə görə sizi cəzalandıracağam», — bəyan edir Yehova.  «Sonra qoyunlarımdan qalanları onları səpələdiyim ölkələrdən yığıb+ öz otlaqlarına qaytaracağam.+ Onlar törəyib çoxalacaqlar.+  Başlarına onları otarmaq üçün əsil çobanlar qoyacağam.+ Onlar daha qorxmayacaqlar, dəhşətə gəlməyəcəklər. Biri də itməyəcək», — bəyan edir Yehova.  «Gün gələcək, Davudun nəslindən saleh pöhrə* çıxaracağam.+ O, padşah olacaq.+ Bəsirətlə davranacaq, bütün ölkədə haqq-ədalətin, salehliyin keşiyində duracaq,+ — bəyan edir Yehova. —  Onun dövründə Yəhuda xilas olacaq,+ İsrail əmin-amanlıq içində yaşayacaq.+ Onu: “Salehliyimiz Yehovadandır”+ deyib çağıracaqlar».  Yehova bəyan edir: «Lakin gün gələcək, artıq heç kim: “İsrail xalqını Misirdən çıxaran Yehovaya and olsun” deməyəcək,+  “İsrail nəslindən törəyənləri şimal diyarından və səpələdiyi bütün ölkələrdən çıxarıb geri qaytaran Yehovaya and olsun” deyəcək. Onlar öz ölkələrində yaşayacaqlar».+  Peyğəmbərlərə gəlincə: Ürəyim parçalanır, Vücudum* əsir. Yehovaya görə, Yehovanın müqəddəs sözlərinə görə,Sanki, sərxoşam,Şərab içib keflənmişəm. 10  Ölkə zinakarlarla doludur,+Lənət ucbatından ölkə yasa batıb,+Çöllükdəki örüşlər quruyub.+ Əməlləri bəddir, əllərindəki ixtiyarla haqsızlıq törədirlər. 11  «Peyğəmbər də, kahin də pozulub.+ Öz evimdə də onların şər işlərini görürəm»,+ — bəyan edir Yehova. 12  «Ona görə də yolları sürüşkən, zülmət olacaq.+Onları itələyib yıxacaqlar. Haqq-hesab ilindəÜstlərinə bəla gətirəcəyəm, — bəyan edir Yehova. 13  Səməriyyə+ peyğəmbərlərində murdarlıq görürəm. Baaldan ilham alıb peyğəmbərlik edirlər,Xalqımı, İsraili yoldan azdırırlar. 14  Yerusəlim peyğəmbərlərində də dəhşətli şeylər görürəm. Onlar əxlaqsızlıq edir,+ yalanla yeriyir,+Zalımların qoluna qüvvət verirlər,Pis yollarından dönmürlər. Mənim gözümdə hamısı Sədum kimidir,+Şəhər sakinləri Əmurə kimidir».+ 15  Ona görə ordular Allahı Yehova bu peyğəmbərlərin əleyhinə deyir: «Onlara acı yovşan yedirəcəyəm,Zəhərli su içirəcəyəm.+ Çünki Yerusəlim peyğəmbərləri bütün ölkəni küfrlə doldurub». 16  Ordular Allahı Yehova belə deyir: «Sizə peyğəmbərlik edən peyğəmbərlərə qulaq asmayın.+ Onlar sizi aldadırlar. Söylədikləri vəhyləri özlərindən uydururlar,+Onlar Yehovadan deyil.+ 17  Mənə hörmət qoymayanlara dönə-dönə deyirlər:“Yehova belə söyləyir: “Əmin-amanlıqda yaşayacaqsınız”.+ İnad edib ürəyi istəyəni edənlərə deyirlər:“Bəla görməyəcəksiniz”.+ 18  Kim Yehovaya yaxın olanlar arasında olub?Onun sözünü eşidib anlayıb? Kim Onun sözünü eşitmək üçün diqqət kəsilib? 19  Yehovanın qəzəbi güclü fırtınatək qopacaq,Pislərin başında qasırğatək dövr edəcək.+ 20  Niyyəti yerinə yetməyincə, həyata keçməyincə,Yehovanın qəzəbi səngiməyəcək. Zamanın sonunda bunu anlayacaqsınız. 21  Peyğəmbərləri Mən göndərməmişəm, özləri qaçıb gəliblər. Mən onlarla danışmamışam, amma peyğəmbərlik edirlər.+ 22  Mənə yaxın olanlar arasında olsaydılar,Xalqıma Mənim sözlərimi çatdırardılar.Onları pis yollarından, şər əməllərindən çəkindirərdilər».+ 23  «Məgər Mən yalnız yaxında olan şeyləri görürəm? Uzaqda olan şeyləri də görmürəm?» — bəyan edir Yehova. 24  «Mənim görmədiyim elə xəlvəti yer varmı ki, insan orada gizlənsin?+ — bəyan edir Yehova. Yerdə də, göydə də heç bir şey gözümdən yayına bilməz,+ — bəyan edir Yehova. 25  Mənim adımla yalan peyğəmbərlik edən peyğəmbərlərin “yuxu gördüm, yuxu gördüm!” dediyini eşidirəm.+ 26  Nə vaxtadək onların ürəyindən yalan peyğəmbərlik etmək keçəcək? Onlar ürəklərində qurduqları hiylələri peyğəmbərlik edirlər.+ 27  Bir-birilərinə yuxu danışıb xalqıma adımı unutdurmaq istəyirlər, necə ki ataları Baala görə adımı unutmuşdular.+ 28  Qoy yuxu görən peyğəmbər yuxusunu danışsın, sözümü nazil etdiyim adam isə sözümü dəqiqliklə söyləsin». «Buğdanın yanında saman nədir ki?» — bəyan edir Yehova. 29  «Məgər sözüm oda,+ qayaları yaran gürzə bənzəmir?»+ — bəyan edir Yehova. 30  «Buna görə Mən sözümü təhrif edib xalqa öz bildiyini deyən peyğəmbərlərə qarşıyam»,+ — bəyan edir Yehova. 31  «Dilləri ilə “O bəyan edir!” deyən peyğəmbərlərə qarşıyam»,+ — bəyan edir Yehova. 32  «Yalan yuxular görən, xalqıma yuxularını danışan, yalanları, lovğalıqları ilə onları yoldan azdıran peyğəmbərlərə qarşıyam,+ — bəyan edir Yehova. Onları Mən göndərməmişəm, onlara heç nə buyurmamışam. Bu adamların xalqa heç bir xeyri dəyməyəcək»,+ — bəyan edir Yehova. 33  «Ya bu xalqdan kimsə, ya bir peyğəmbər, ya bir kahin deyəndə ki, “Yehovanın bu xəbəri yükdür”, onlara deyərsən: “Ey xalq, yük siz özünüzsünüz! Sizi atacağam”,+ — Yehova bəyan edir. 34  “Yehovanın xəbəri yükdür!” deyən peyğəmbərə, kahinə, adi adama gəlincə, Mən o adamı da, onun külfətini də cəzalandıracağam. 35  Hər kəs soydaşından və qardaşından soruşur: “Yehova nə cavab verdi? Yehova nə söylədi?” 36  Bir də Yehovanın xəbərinin yük olduğunu dilinizə gətirməyin. Yük sizin öz sözünüzdür, çünki siz Allahımızın, ordular Allahı Yehovanın, var olan Allahın sözlərini təhrif edirsiniz. 37  Peyğəmbərdən soruş: “Yehova sənə nə cavab verdi? Yehova nə dedi? 38  Əgər hələ də “Yehovanın xəbəri yükdür” deyirsinizsə, onda Yehovanın sizə sözü budur: “Mən sizə “Yehovanın xəbəri yükdür deməyin” söyləyəndən sonra da siz “Yehovanın xəbəri yükdür” dediyiniz üçün 39  sizi də, sizə və ata-babalarınıza verdiyim şəhəri də götürüb hüzurumdan atacağam. 40  Sizi əbədilik rüsvay edəcəyəm, heç vaxt unudulmayacaq əbədi rəzilliyə düçar edəcəyəm”».+

Haşiyələr

Yaxud varis.
Hərfən: sümüklərim.