Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 22:1—30

MÜNDƏRİCAT

22  Yehova belə deyir: «Yəhuda padşahının sarayına get və bu xəbəri ona çatdır.  Ona de: “Ey Davudun taxtında oturan Yəhuda padşahı! Sən də, bu darvazalardan girən əyanların da, xalqın da Yehovanın sözünü dinləyin.  Yehova belə deyir: “Haqq-ədalətlə, salehliklə davranın. Qəsb olunanı soyğunçunun əlindən qurtarın. Qəribə haqsızlıq etməyin, yetimə, dula xələl yetirməyin.+ Bu yerdə günahsız qan tökməyin.+  Əgər bu əmrə cidd-cəhdlə əməl etsəniz, onda Davudun taxtında oturan+ padşahlar arabalarda, at belində bu evin darvazalarından içəri girəcək, padşahlar da, əyanlar da, xalq da”.+  Yehova bəyan edir: “Yox əgər siz bu sözlərə tabe olmasanız, varlığıma and olsun, bu ev xaraba qalacaq”.+  Yehova Yəhuda padşahının evi barədə belə deyir:“Sən Mənim üçün Gilad kimisən,Livandakı dağın zirvəsinə bənzəyirsən. Amma səni səhralığa çevirəcəyəm,Bütün şəhərlərin sakinsiz qalacaq.+   Sənə qarşı basqınçılar qaldıracağam,Hamısının əlində silah olacaq.+ Onlar sənin ən gözəl sidrlərini kəsəcək,Onları oda atacaq.+  Çoxlu xalqlar bu şəhərin yanından keçəcək, bir-birindən soruşacaqlar: “Nə üçün Yehova bu böyük şəhərin başına bunları gətirdi?”+  Sonra cavab verəcəklər: “Çünki Allahları Yehovanın əhdini pozdular, başqa allahlara səcdə qılıb qulluq etdilər”.+ 10  Ölü üçün ağlamayın,Onun üçün yas tutmayın. Sürgünə gedən üçün acı-acı ağlayın,Çünki o, bir də geri qayıtmayacaq, doğulduğu yeri görməyəcək. 11  Çünki atasının yerinə taxta oturan+ və bu yerdən gedən Yəhuda padşahı Yuşiyyə oğlu Səllum*+ barədə Yehova belə deyir: “O, bir daha geri qayıtmayacaq. 12  Əsir aparıldığı ölkədə öləcək, bir də bu diyarı görməyəcək”.+ 13  Vay o adamın halına ki,Evini haqsızlıqla, yuxarı otaqlarını ədalətsizliklə tikir,Soydaşını müftə işlədir,Ona haqqını vermir.+ 14  “Özüm üçün imarət tikəcəyəm,Yuxarı otaqları geniş olacaq, Pəncərələr qoyacağam,Evi sidrlə örtəcəyəm, üstünü qırmızı rənglə rəngləyəcəyəm”, — deyir. 15  Hamıdan çox sidr ağacları işlədirsən deyə, bundan sonra da səltənət sürəcəksən? Atan da yeyirdi, içirdi,Amma haqq-ədalətlə davranırdı,+İşləri də yaxşı gedirdi. 16  O, məzlumun, kasıbın haqqını müdafiə edirdi,Buna görə işləri uğurlu olurdu. “Məgər Məni tanımaq bu deyil?” — bəyan edir Yehova. 17  “Amma sənin ürəyin, gözün haram qazancda,Günahsız qan tökməkdə,Soyğunçuluqda, qəsbkarlıqdadır”. 18  Yehova Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakim+ barədə belə deyir:“Onu “vay qardaşım, vay bacım”, Deyib ağlamayacaqlar. “Vay hökmdar, vay əlahəzrət”, Deyib yas tutmayacaqlar. 19  Onu sürüyübYerusəlim darvazalarından kənara atacaqlar,+Eşşək kimi basdıracaqlar”.+ 20  Ey Yəhuda, Livana qalxıb ah-nalə et,Başanda nalə çək,Abarimdən fəryad qopar.+Çünki aşiqlərin məhv oldu.+ 21  Əmin-amanlıqda olanda səninlə danışdım. Amma dedin: “İtaət etməyəcəyəm”.+ Sən gəncliyindən beləsən,Mənə qulaq asmırsan.+ 22  Yel çobanlarını qabağına qatıb aparacaq,+Aşiqlərin əsir gedəcək. Başına gələn fəlakətə görə xəcalət çəkəcəksən, rəzil olacaqsan. 23  Ey Livanda məskən salan,+Sidr ağacları arasında yuva quran,+Hamilə qadıntək səni sancı tutanda,Doğuş ağrısı çəkəndə ah-zar edəcəksən.+ 24  Yehova bəyan edir: “Ey Yəhuda padşahı Yəhyakim+ oğlu Künyah*+, varlığıma and olsun ki, sən Mənim sağ əlimdə möhür üzüyü olsaydın belə, səni çıxarıb atardım. 25  Səni canının qəsdinə duranlara, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və kəldanilərə təslim edəcəyəm.+ 26  Səni də, səni doğan qadını da doğulmadığınız ölkəyə atacağam, orada öləcəksiniz. 27  Həsrətini çəkdiyiniz ölkəni bir də görməyəcəksiniz.+ 28  Məgər Künyah adlanan bu adam heç kimə lazım olmayan sınıq küpdür?Heç kimin bəyənmədiyi qabdır? Axı niyə onu, övladlarını götürübTanımadıqları ölkəyə atırlar?”+ 29  Ey dünya, Yehovanın sözünü eşit, ey dünya, ey dünya, eşit! 30  Yehova deyir: “Bu adamı övladsız,Ömrü boyu uğur qazanmayan adam kimi qeydə alın.Çünki onun nəslindən heç kim Davudun taxtında oturmayacaq,Bir də Yəhudada səltənət sürməyəcək”».+

Haşiyələr

Digər adı Yəhəz.
Digər adları Yəhyakin Yəkunya.