Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 21:1—14

MÜNDƏRİCAT

  • Sidqiyyənin xahişi rədd edilir (1—7)

  • Həyat və ölüm seçimi (8—14)

21  Padşah Sidqiyyə+ Məlkiyyə oğlu Fəşhuru+ və kahin Məseyyə oğlu Səfənyanı+ Ərəmyanın yanına göndərəndə Ərəmyaya Yehovanın sözü nazil oldu. Fəşhurla Səfənya ondan xahiş etmişdi:  «Bizim üçün Yehovaya müraciət et, çünki Babil padşahı Navuxodonosor bizimlə müharibə edir.+ Bəlkə, Yehova qədimdə olduğu kimi, bizdən ötrü bir möcüzə göstərər, o da bizdən əl çəkər».+  Ərəmya onlara dedi: «Sidqiyyəyə söyləyin ki,  İsrailin Allahı Yehova belə deyir: “Divarların o tərəfində sizi mühasirəyə alan kəldanilərlə və Babil padşahı ilə müharibədə işlətdiyiniz silahları özünüzə qarşı döndərəcəyəm.+ Onları bu şəhərin ortasına toplayacağam.  Güclü əlimlə, qüvvətli qolumla, qeyz-qəzəblə, böyük hiddətlə+ Özüm sizinlə döyüşəcəyəm.+  Bu şəhərdəki canlıları, insanları da, heyvanları da məhv edəcəyəm. Hamısı şiddətli xəstəlikdən qırılacaq”.+  Yehova bəyan edir: “Bundan sonra azardan, qılıncdan və aclıqdan qurtulanları — Yəhuda padşahı Sidqiyyəni, əyanlarını, şəhər əhlini Babil padşahı Navuxodonosorun, düşmənlərinin, canlarının qəsdinə duranların əlinə verəcəyəm.+ O, onları qılıncdan keçirəcək. Heç kimə rəhm etməyəcək, acımayacaq, mərhəmət göstərməyəcək”.+  “Bu xalqa isə de ki, Yehova belə deyir: “Qarşınıza həyata aparan yolu və ölümə aparan yolu qoyuram.  Bu şəhərdə qalanlar qılıncdan, aclıqdan və azardan öləcək. Lakin kim çıxıb sizi mühasirəyə alan kəldanilərə təslim olsa, sağ qalacaq, canı onun üçün qənimət olacaq”.+ 10  “Çünki bu şəhərdən üzüm dönüb, onlara xeyir yox, bəla gətirməyi niyyət etmişəm,+ — bəyan edir Yehova, — şəhər Babil padşahının əlinə veriləcək,+ o, şəhərə od vuracaq”.+ 11  Yəhuda padşahının ev əhlinə de: Yehovanın sözünü eşidin. 12  Ey Davud evi, Yehova belə deyir: “Həmişə adil hökmlər verin, Qəsb qurbanını soyğunçunun əlindən qurtarın.+ Yoxsa mənfur əməllərinizə görə+ Qəzəbim kükrəyər, Elə alovlanar ki, onu söndürən olmaz”.+ 13  “Budur, sənə qarşıyam, ey dərədə yaşayan! Ey düzənlikdəki qaya! — bəyan edir Yehova. “Üstümüzə kim gələr? Yurdumuza kim basqın edər?” deyən sizlər bilin ki, 14  Mən əməllərinizə görə Sizdən haqq-hesab tələb edəcəyəm,+ — bəyan edir Yehova. Onun meşəsinə od vuracağam, Ətrafındakı hər şeyi yandırıb-yaxacaq”».+

Haşiyələr