Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 19:1—15

MÜNDƏRİCAT

  • Ərəmya kuzəni sındırmalıdır (1—15)

    • Uşaqların Baala qurban gətirilməsi (5)

19  Yehova belə deyir: «Get, dulusçudan gil kuzə al.+ Xalqın ağsaqqallarından, kahinlərin böyüklərindən bir neçəsini özünlə götür və  Dulusçu darvazasının girişindəki Bəni-Hinnom vadisinə get.+ Orada sənə dediyim sözləri bəyan et.  Onlara de: “Ey Yəhuda padşahları, Yerusəlim əhli, Yehovanın sözünü eşidin! İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bu yerə elə fəlakət gətirirəm ki, eşidənlərin qulağı cingildəyəcək.  Çünki onlar Məni tərk ediblər,+ bu yeri tanınmaz hala salıblar.+ Burada özlərinin, ata-babalarının, Yəhuda padşahlarının tanımadıqları yad allahlara qurban gətirirlər. Bu yeri günahsız qana qərq ediblər.+  Baal üçün səcdəgahlar düzəldiblər ki, oğullarını odda yandırıb yandırma qurbanı olaraq Baala təqdim etsinlər.+ Mən belə bir şeyi nə buyurmuşam, nə də demişəm. Heç ağlımdan belə, keçirməmişəm!”+  “Ona görə də gün gələcək, buraya nə Tofet, nə də Bəni-Hinnom vadisi deyiləcək, bura Qırğın vadisi adlanacaq,+ — bəyan edir Yehova. —  Burada Yəhuda və Yerusəlimin niyyətlərini boşa çıxaracağam. Onları düşmənlərinin qılıncı ilə, canlarının qəsdinə duranların əlilə qıracağam. Cəsədlərini göydəki quşlara, yerdəki heyvanlara yem edəcəyəm.+  Bu şəhəri dəhşətli günə salacağam, ona baxanlar fit çalacaq. Yoldan keçənlər bu mənzərədən sarsılacaq, onun bəlalarına görə fit çalacaq.+  Onlara oğullarının, qızlarının ətini yedirəcəyəm. Mühasirədə olanda, düşmənlərinin, canlarının qəsdinə duranların məngənəsində sıxılanda çarəsizlikdən bir-birilərinin ətini yeyəcəklər”.+ 10  Sonra kuzəni səninlə gələnlərin önündə sındırıb 11  de ki, ordular Allahı Yehova belə deyir: “Necə ki dulusçu qabı sınanda bir də düzəlmir, Mən də bu xalqı, bu şəhəri belə sındıracağam. Tofetdə o qədər meyit basdıracaqlar ki, yer qalmayacaq”.+ 12  Yehova bəyan edir: “Bu yerlə, sakinləri ilə belə rəftar edəcəyəm. Bu şəhəri Tofet kimi edəcəyəm. 13  Yerusəlimdəki evlər, Yəhuda padşahlarının evləri — damında səma ordusuna qurban gətirilən,+ başqa allahlara şərab təqdiməsi gətirilən bütün evlər bu yer kimi, Tofet kimi murdar olacaq”».+ 14  Ərəmya Yehovanın peyğəmbərlik etmək üçün göndərdiyi yerdən, Tofetdən qayıtdı. Yehovanın evinin həyətində durub xalqa söylədi: 15  «İsrailin Allahı, ordular Allahı Yehova belə deyir: “Bu şəhərə, onun bütün kəndlərinə dediyim fəlakəti gətirirəm. Çünki onlar tərslik edib sözümə qulaq asmadılar”».+

Haşiyələr