Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 17:1—27

MÜNDƏRİCAT

  • Yəhudanın günahı dərin kök salıb (1—4)

  • Yehovaya güvənməyin mükafatı ((5—8)

  • Ürək xatakardır (9—11)

  • Yehova İsrailin ümidgahıdır (12, 13)

  • Ərəmyanın duası (14—18)

  • Şənbəni müqəddəs tutmaq (19—27)

17  «Yəhudanın günahı dəmir qələmlə yazılıb. Ürəklərinin lövhəsinə, qurbangahlarının buynuzlarına Almaz uclu alətlə həkk olunub.   Oğulları gur yarpaqlı ağacların yanında, hündür təpələrdə,+ ölkədəki dağlarda Düzəltdikləri qurbangahları, Aşera bütlərini* xatırlayır.+   Ölkənin hər tərəfində etdiyin günahlara görə Sənin sərvətini, xəzinələrini, Bəli, bütün səcdəgahlarını talan malı edəcəyəm.+   Sənə verdiyim irsdən özün imtina edəcəksən.+ Səni tanımadığın diyarda düşmənlərinə qul edəcəyəm.+ Siz qəzəbimi alovtək alışdırdınız*,+ Atəşi heç vaxt sönməyəcək».   Yehova belə deyir: «Lənət olsun o kəsə ki, insana bel bağlayır,+ İnsan gücünə arxalanır,+ Ürəyi Yehovadan uzaqlaşıb.   O, səhrada bitən tənha ağaca bənzər, Xoş gün görməz. Səhrada, quraq yerlərdə, İns-cins olmayan şoran torpaqda yaşar.   Xoş o kəsin halına ki, Yehovaya bel bağlayır, Yehovaya arxalanır.+   O, sular kənarında əkilmiş ağactək olar, Kökü axar sulara çatar, İsti necə gəldi-getdi, bilməz, Həmişə yarpaq açar,+ Quraqlıq olan il qayğı çəkməz, Bar verməkdən qalmaz.   Ürək ən böyük xaindir, xatakardır*,+ Kim onu anlaya bilər? 10  Mən Yehova ürəyi araşdırıram,+ Ən gizli fikirləri* yoxlayıram. Belə ki, hər kəsə yollarına, Əməllərinə görə əvəz verim.+ 11  Haram yolla sərvət yığan+ Yumurtlamadığı yumurtaları yığan kəkliyə bənzər. Sərvəti ömrünün yarısında onu atıb gedər, Axırda o adam axmaq çıxar». 12  Allahın əzəmətli taxtı əzəldən ucadır, Müqəddəs məkanımızdır.+ 13  Ey İsrailin ümidgahı Yehova, Səni tərk edənlər biabır olacaqlar. Sənə dönük çıxanların adı torpağa yazılacaq,+ Çünki onlar Yehovanı, dirilik suyu mənbəyini tərk ediblər.+ 14  Ey Yehova, mənə şəfa ver sağalım, Xilas et qurtulum.+ Çünki Sənə tərif ucaldıram. 15  Bax, mənə deyirlər: «Hanı Yehovanın dediyi söz?+ Qoy yerinə yetsin!» 16  Çoban olmaqdan boyun qaçırmadım, Sənin yollarınla getdim, Fəlakət gününü arzulamadım. Ağzımdan çıxan sözləri bilirsən, Onlar Sənin önündədir. 17  Məni dəhşətə salma, Fəlakət günündə Sənsən sığınacağım. 18  Qoy məni təqib edənlər utansın,+ Mən yox. Qoy onlar dəhşətə düşsün, Mən yox. Fəlakət gününü onların başına gətir,+ Onları qır, məhv et. 19  Yehova mənə dedi: «Get, Yəhuda padşahlarının girib-çıxdığı əsas darvazanın* ağzında dur. Sonra Yerusəlimin başqa darvazalarının yanına get.+ 20  Onlara belə de: “Ey Yəhuda padşahları, Yəhuda xalqı, Yerusəlim əhli, bu darvazalardan girənlər, Yehovanın sözünü eşidin. 21  Yehova belə deyir: “Baxın, şənbə günündə yük daşımayın, Yerusəlim darvazalarından yük keçirməyin.+ 22  Şənbə günü evinizdən yük çıxarmayın, heç bir iş görməyin,+ şənbə gününü müqəddəs tutun. Ata-babalarınıza da bunu buyurmuşdum. + 23  Ancaq onlar eşitmədilər, qulaq asmadılar, inadla itaət etmədilər, tərbiyəni rədd etdilər”.+ 24  “Amma siz Mənə tabe olsanız, — bəyan edir Yehova, — şənbə günü bu şəhərin darvazalarından yük keçirməsəniz, şənbə gününü müqəddəs tutub o gün heç bir iş görməsəniz, + 25  onda Davudun taxtında oturan+ padşahlarla əyanlar arabalarda, at belində bu şəhərin darvazalarından girər, onlar da, Yəhuda camaatı da, Yerusəlim əhli də.+ Bu şəhər heç vaxt sakinsiz qalmaz. 26  Yəhuda şəhərlərindən, Yerusəlimin ətrafından, Binyamin torpağından,+ düzənlikdən,+ dağlıq bölgədən, Negevdən insanlar gələr. Onlar Yehovanın evinə yandırma qurbanları,+ başqa qurbanlar,+ taxıl təqdimələri,+ kündür və şükran qurbanları gətirər.+ 27  Yox əgər Mənə tabe olmasanız, şənbə gününü müqəddəs tutmayıb o gün yük daşısanız, Yerusəlim darvazalarından yük keçirsəniz, onun darvazalarına od vuracağam. Od Yerusəlimin qalalarını yandırıb-kül edəcək.+ Onu söndürən olmayacaq”».+

Haşiyələr

Digər variant: Mənim qəzəbimdə alov kimi alışdınız.
Digər variant: sağalmazdır.
Yaxud ən dərin duyğuları. Hərfən: böyrəkləri.
Hərfən: xalqın oğullarının darvazasının.