Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 13:1—27

MÜNDƏRİCAT

  • Çürümüş kətan qurşaq (1—11)

  • Şərab küpləri çilik-çilik olacaq ((12—14)

  • İslahedilməz Yəhuda sürgünə gedəcək (15—27)

    • «Kuşlu dərisini dəyişə bilər?» (23)

13  Yehova mənə dedi: «Get özünə kətan qurşaq al, belinə dola. Amma onu suya vurma».  Yehovanın dediyi kimi, gedib qurşaq aldım və belimə doladım.  Mənə ikinci dəfə Yehovanın sözü nazil oldu:  «Alıb belinə doladığın qurşağı götür, Fərat çayına get. Qurşağı orada qaya oyuğunda gizlət».  Yehovanın əmr etdiyi kimi, gedib qurşağı Fərat çayının yanında gizlətdim.  Üstündən xeyli keçdi. Yehova mənə dedi: «Dur Fərat çayına get, gizlətməyi buyurduğum qurşağı götür».  Mən də Fərat çayına getdim. Yeri qazıb qurşağı gizlətdiyim yerdən çıxartdım. Gördüm ki, qurşaq çürüyüb, tamamilə yararsız olub.  Onda mənə Yehovanın sözü nazil oldu:  «Yehova belə deyir: “Mən Yəhudanın qürurunu, Yerusəlimin yerə-göyə sığmayan təkəbbürünü beləcə məhv edəcəyəm.+ 10  Sözlərimə qulaq asmayan,+ inad edib ürəkləri istəyəni edən,+ başqa allahlara ibadət edən, səcdə qılıb qulluq edən bu mənfur xalq da tamamilə yararsız olan bu qurşaq kimi olacaq”. 11  “Mən bütün İsrail və Yəhuda evini belə bağlanan qurşaq kimi, Özümə yaxınlaşdırdım ki, Mənim xalqım,+ şərəfim-şanım,+ iftixarım olsunlar. Amma onlar Mənə itaət etmədilər”,+ — bəyan edir Yehova. 12  Onlara söylə ki, İsrailin Allahı Yehova belə deyir: “Böyük küpə şərab doldururlar”. Onlar deyəcəklər: “Məgər biz bilmirik, böyük küpə şərab doldururlar?” 13  Onda onlara deyərsən ki, Yehova belə söyləyir: “Mən bu ölkənin bütün sakinlərinə, Davudun taxtında oturan padşahlara, kahinlərə, peyğəmbərlərə, bütün Yerusəlim sakinlərinə sərxoş olanadək şərab içirəcəyəm.+ 14  Hamını — ataları, oğulları bir-birinə çırpacağam”.+ Yehova belə bəyan edir: “Heç kimə rəhm etməyəcəyəm, yazığım gəlməyəcək, acımadan hamını məhv edəcəyəm, heç nə Məni saxlamayacaq”.+ 15  Eşidin, qulaq verin. Qürurlu olmayın. Çünki Yehova danışır. 16  Nə qədər ki O, zülmət çökdürməyib, Ala-toranlıqda dağlarda ayaqlarınız büdrəməyib Allahınız Yehovanı şərəfləndirin. Siz işıq gözləyəcəksiniz, Amma O, zülmət gətirəcək, İşığı qatı zülmətə çevirəcək.+ 17  Qulaq asmasanız, Mən qürurunuz ucbatından gizlincə ağlayacağam, Göz yaşı tökəcəyəm, gözümün yaşı sel kimi axacaq,+ Çünki Yehovanın sürüsü+ əsir gedir. 18  Padşaha, məlikə anaya+ deyin: “Taxtdan enin, Çünki möhtəşəm tacınız başınızdan düşəcək”. 19  Cənub şəhərlərinin darvazaları bağlıdır, açan yoxdur. Bütün Yəhuda sürgünə gedib, hamı sürgünə aparılıb.+ 20  Başını qaldırıb şimaldan gələnlərə bax.+ Hanı sənə verilən sürü? O gözəl sürü hanı?+ 21  Cəzanı əzəldən ülfət bağladığın dost-aşnalardan alanda nə deyəcəksən?+ Məgər doğan qadıntək Səni sancı tutmayacaq?+ 22  Ürəyində: “Nə üçün bunlar başıma gəldi?” desən,+ Bil ki, günahlarının çoxluğundan paltarını çıxartdılar,+ Dabanların ağrıdan göynədi. 23  Kuşlu* dərisini, bəbir xallarını dəyişə bilər?+ Bunu bacarsa, onda siz, pislik etməyə alışmış xalq da Yaxşı iş görə bilərsiniz. 24  Buna görə Mən sizi səhra küləyinin sovurduğu saman çöpü kimi səpələyəcəyəm.+ 25  Budur sənə düşən püşk, sənə ayırdığım pay, — bəyan edir Yehova. Sən Məni unutdun,+ yalana bel bağladın.+ 26  Buna görə ətəyini üzünə qaldıracağam, Eyib yerin görünəcək.+ 27  Zinaların,+ şəhvətli kişnərtin, Murdar fahişəliyin üzə çıxacaq. Təpələrdə, çöllərdə Sənin iyrənc hərəkətlərini gördüm.+ Vay olsun sənə, Yerusəlim! Nə vaxta qədər çirkabdan təmizlənməyəcəksən?»+

Haşiyələr

Yaxud həbəşli.