Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 12:1—17

MÜNDƏRİCAT

  • Ərəmyanın şikayəti (1—4)

  • Yehovanın cavabı (5—17)

12  Ey Yehova, Sən haqsan.+ Sənə şikayətimi ərz edəndə,Səninlə hökmlərin barədə danışanda adil davranırsan. Amma niyə pis adamların işi yaxşı gedir,+Xainlər arxayın yaşayır?   Sən onları torpağa əkdin, kök atdılar. Böyüyüb bar verdilər. Sən onların dilindəsən, amma ürəklərindən* uzaqsan.+   Məni isə, ey Yehova, yaxşı tanıyırsan,+ görürsən.Ürəyimi yoxladın, gördün ki, Sənə bağlıdır.+ Onları kəsilməyə aparılan qoyun kimi seç,Qətl günü üçün ayır.   Nə vaxta qədər torpaq qupquru olacaq,Çöl-çəmən saralıb-solacaq?+ Sakinlərin murdarlığı ucbatındanHeyvanlar, quşlar yox olub. Çünki onlar deyirdilər: «O, aqibətimizi görmür».   Sən piyadalarla qaçanda yoruldunsa,Atlarla necə yarışacaqsan?+ Əmin-amanlıq olan ölkədə arxayın yaşayırsan.Bəs İordan sahillərindəki sıx meşəlikdə nə edəcəksən?   Qardaşların, atanın ev əhliSənə xainlik edir+. Sənə qarğış eləyir. Səninlə şirin-şirin danışsalar da,Onlara inanma.   «Evimi tərk etdim,+ irsimi atdım.+ İstəklimi düşmən əlinə verdim.+   İrsim meşədəki aslan kimi olub, Üstümə nərə çəkir. Buna görə ona nifrət edirəm.   İrsim Mənim gözümdə alabəzək yırtıcı quş kimidir,Yırtıcı quşlar hər tərəfdən ona hücum edir.+ Ey vəhşi heyvanlar, yığışın gəlin,Gəlin onu parçalayın.+ 10  Çobanlar üzümlüyümü viran etdi,+Torpağımı tapdaladı.+ Səfalı torpağımı boş səhralığa çevirdi. 11  O, xaraba qalıb, Qupquru quruyub*,Önümdə viranəliyə çevrilib.+ Ölkədə daş-daş üstə qalmayıb,Amma bunu vecinə alan yoxdur.+ 12  Çöllükdəki bütün cığırlardan basqınçılar gəlir.Ölkənin bir ucundan o biri ucuna kimi Yehovanın qılıncı xalqı qırıb-çatır.+ Heç kimin dincliyi yoxdur. 13  Onlar buğda əkirlər, tikan biçirlər.+ Əlləşib-vuruşurlar, xeyrini görmürlər. Öz məhsullarına görə utanacaqlar,Çünki Yehovanın qəzəbi kükrəyib». 14  Yehova belə deyir: «Xalqım İsrailə verdiyim irsə əl uzadan bədxah qonşularımı+ ölkələrindən qoparacağam,+ Yəhuda evini də onların arasından qoparacağam. 15  Amma onları qopardıqdan sonra yenə də onlara rəhm edəcəyəm, hər birini öz irsinə, öz ölkəsinə qaytaracağam». 16  «Xalqıma Baala and içməyi öyrətdikləri kimi, indi də xalqımın yolunu öyrənsələr, “Yehovaya and olsun” deyib adımla and içsələr, xalqımın arasında məskunlaşacaqlar. 17  Yox əgər hansısa xalq itaət etməsə, o xalqı çıxarıb atacağam, məhv edəcəyəm», — bəyan edir Yehova.+

Haşiyələr

Hərfən: böyrəklərindən.
Digər variant: yas tutur.