Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Ərəmya 1:1—19

MÜNDƏRİCAT

  • Ərəmya peyğəmbər seçilir (1—10)

  • Badam ağacı görüntüsü (11, 12)

  • Qaynayan qazan görüntüsü (13—16)

  • Allah Ərəmyaya qüvvət verir (17—19)

1  Bunlar Binyamin torpağındakı Ənatutda+ yaşayan kahinlərdən biri olan Xilqiyyənin oğlu Ərəmyanın* sözləridir.  Yəhuda padşahı Amun+ oğlu Yuşiyyənin dövründə,+ onun hakimiyyətinin on üçüncü ilində mənə Yehovanın sözü nazil oldu.  Həmçinin Yəhuda padşahı Yuşiyyə oğlu Yəhyakimin+ dövründən Yəhuda padşahı Yuşiyyə oğlu Sidqiyyənin hakimiyyətinin on birinci ilinin sonuna qədər,+ beşinci ayda Yerusəlim əhli sürgünə aparılana qədər+ mənə Allahın sözü nazil oldu.  Mənə Yehovanın sözü nazil oldu:   «Ananın bətnində sənə surət verməzdən əvvəl səni tanımışam.+Sən dünyaya gəlməzdən əvvəl səni müqəddəs iş üçün seçmişəm.+ Səni xalqlara peyğəmbər etmişəm».   Mən dedim: «Ah, Külli-İxtiyar Yehova! Mən gəncəm,+ danışmağı bacarmıram».+   Onda Yehova mənə dedi: «Demə “gəncəm”. Kimin yanına göndərsəm, gedəcəksən,Nə əmr etsəm, deyəcəksən.+   Onların görkəmindən qorxma.+Mən səninləyəm, səni xilas edəcəyəm.+ Bunu Mən Yehova deyirəm».  Sonra Yehova əlini uzatdı və dodaqlarıma toxundu.+ Yehova mənə dedi: «Budur, sözlərimi sənin dilinə qoydum.+ 10  Bu gündən səni qoparmaq, uçurmaq, dağıtmaq, yerlə yeksan etmək, tikmək və əkmək üçün xalqların, səltənətlərin üzərinə təyin etdim».+ 11  Mənə yenə Yehovanın sözü nazil oldu: «Ərəmya, nə görürsən?» Mən dedim: «Badam ağacının budağını görürəm». 12  Yehova mənə dedi: «Düzdür. Mən də sayığam*, sözümü yerinə yetirəcəyəm». 13  Mənə ikinci dəfə Yehovanın sözü nazil oldu: «Nə görürsən?» Mən dedim: «Qaynayan qazan görürəm, ağzı şimaldan cənub tərəfə əyilib». 14  Onda Yehova mənə dedi: «Ölkə sakinlərinin üstünəŞimaldan bəla gələcək.+ 15  Mən şimal səltənətlərinin qəbilələrini çağırıram, — bəyan edir Yehova.+ —Onlar gələcək.Hər biri taxtını Yerusəlim darvazalarının ağzında,+Onun divarlarının yanında,Bütün Yəhuda şəhərlərində quracaq.+ 16  Bütün şər əməllərinə görə hökmümü onlara bildirəcəyəm,Çünki Məni tərk ediblər.+Başqa allahlara qurban tüstüsü təqdim edirlər,+Öz əllərinin işinə səcdə qılırlar.+ 17  Sən isə ətəyini belinə dola*,Qalx, əmr etdiyim hər şeyi onlara söylə. Onlardan qorxma,+Yoxsa səni onların önündə qorxuya salaram. 18  Bu gündən səni qala-şəhər,Dəmir dirək, mis divar edirəm ki,+Bütün ölkə, Yəhuda padşahları, əmirləri,Kahinləri və ölkə əhli qarşısında davam gətirəsən.+ 19  Onlar səninlə vuruşacaqlar,Amma üstün gələ bilməyəcəklər.Çünki Mən səninləyəm,+ səni xilas edəcəyəm, — bəyan edir Yehova».

Haşiyələr

Təxmini mənası: Yehova ucaldır.
İbrani dilində söz oyunu. İbranicə badam ağacı sayıq sözləri eyni kökdəndir.
Yaxud hazırlaş.