Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əbdiya 1:1—21

MÜNDƏRİCAT

  • Təkəbbürlü Ədum alçaldılacaq (1—9)

  • Ədumun Yaquba qarşı zorakılığı (10—14)

  • Yehovanın günü xalqları haqlayacaq (15, 16)

  • Yaqub evinin bərpası (17—21)

    • Yaqub Ədumu yandırıb külə döndərəcək (18)

    • Hakimiyyət Yehovaya məxsus olacaq (21)

 Əbdiyaya* nazil olan vəhy. Külli-İxtiyar Yehova Ədum barədə belə deyir:+ «Bizə Yehovadan xəbər gəldi. Elçi xalqlara bu xəbəri gətirdi: “Qalxın, onunla döyüşə hazırlaşaq!”»+   «Bax, səni xalqlar arasında kiçiltdim. Sənə hədsiz həqarət edilir.+   Ey qaya oyuqlarında, Ey dağların başında yaşayan, Ürəyinin təkəbbürü səni aldatdı!+ Ürəyində dedin: “Kim məni yerə sala bilər?”   Qartal kimi yüksəklərdə məskən salsan* belə, Yuvanı ulduzlar arasında qursan belə, Yenə də səni yerə salacağam», — Yehova bəyan edir.   «Əgər gecə oğru-quldur gəlsəydi, (Sən büsbütün məhv olardın!*) Təkcə istədiyini aparmazdı? Üzüm yığanlar gəlsəydi, Bir neçə salxım saxlamazdı?+   Ay aman, Eys ələk-vələk edildi! Gizli xəzinələri talan edildi!   Səni sərhədədək qovdular. Sənin müttəfiqlərin səni aldatdı, Səninlə sülhdə olanlar səni üstələdi. Səninlə çörək kəsənlər ayağının altını qazacaq, Lakin sən bunu anlamayacaqsan».   Yehova bəyan edir: «Mən o gün Ədumun+ hikmətli adamlarını, Eysin dağlıq bölgəsində aqilləri məhv edəcəyəm!   Ey Təhman+, igidlərin dəhşətə gələcək,+ Çünki Eysin dağlıq bölgəsində hər kəs qətl ediləcək.+ 10  Qardaşın Yaquba edilmiş zorakılığa görə+ Sən büsbütün rüsvay olacaqsan,+ Əbədilik yox olacaqsan.+ 11  Yadellilər onun ordusunu əsir alanda,+ Yadlar darvazalardan içəri girib Yerusəlimdən ötrü püşk atanda,+ O gün sən kənarda durub baxırdın, Sən də onlar kimi idin. 12  Sən qardaşının gününə, onun qara gününə necə sevinə bildin?+ Yəhuda xalqının qətl gününə necə şadlana bildin?+ Onların bəla günündə necə lovğa-lovğa danışa bildin? 13  Xalqımın fəlakət günündə onun darvazalarından necə içəri girə bildin?+ Xalqımın fəlakət günündə onun bədbəxtliyinə necə sevinə bildin? Xalqımın fəlakət günündə onun sərvətinə necə əl uzada bildin?+ 14  Qaçanları qırmaq üçün yol ayrıcında necə dura bildin?+ Bəla günündə qurtulanları düşmənə necə təslim edə bildin?+ 15  Yehovanın bütün xalqların üstünə qalxacağı gün yaxındır.+ Sən nə etdinsə, sənə də onu edəcəklər.+ Başqalarına etdiyin öz başına gələcək. 16  Siz müqəddəs dağımda şərab içdiyiniz kimi, Bütün xalqlar da durmadan qəzəbimi içəcəklər,+ Başlarına çəkib içəcək və it-bat olacaqlar, Sanki, heç vaxt olmayıblar. 17  Qurtulanlar isə Sion dağında olacaqlar,+ Ora müqəddəs olacaq.+ Yaqub evi mal-mülkünə sahib olacaq.+ 18  Yaqub evi od, Yusif evi alov olacaq, Eys evi isə küləş. Onlar onu yandırıb külə döndərəcək. Eys evindən heç kim sağ qalmayacaq,+ Çünki bunu Yehova söylədi. 19  Onlar Negevə, Eysin dağlıq bölgəsinə+, Şəflaya və filiştlilərin* torpaqlarına+ sahib olacaqlar. Həm də Əfraimlə Səməriyyə torpaqlarına+ sahib olacaqlar. Binyamin isə Gilad torpaqlarına sahib olacaq. 20  Səddin arxasından sürgün edilmiş+ israillilər Kənanilərin Sarfata qədər uzanan torpaqlarına yiyələnəcəklər.+ Yerusəlimdən sürgün edilib Səfradda olanlar Negevin şəhərlərini tutacaqlar.+ 21  Xilaskarlar Eysin dağlıq bölgəsini məhkum etmək+ üçün Sion dağına qalxacaq. Hakimiyyət Yehovaya məxsus olacaq».+

Haşiyələr

Mənası: Yehovanın qulu.
Digər variant: uçsan.
Digər variant: qədər şey məhv edərdi?
Bəzi mənbələrə əsasən, filistimlilər.