Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 8:1—22

MÜNDƏRİCAT

  • Aşşur istilası yaxınlaşır (1—8)

    • Mahir-Şəlal-Həş-Baz (1—4)

  • Qorxmayın, Allah bizimlədir! (9—17)

  • Əşiya və övladları nişanədir (18)

  • Cinlərə yox, qanuna müraciət (19—22)

8  Yehova mənə dedi: «Böyük lövhə götür+ və üzərində adi qələmlə Mahir-Şəlal-Həş-Baz* yaz.  Qoy sadiq şahidlər, kahin Uryay+ ilə Yəbrəkiyyə oğlu Zəkəriyyə bunu Mənim üçün yazılı surətdə təsdiq etsin».  Sonra mən peyğəmbər arvadımla yaxınlıq etdim və o hamilə qalıb bir oğlan doğdu.+ Onda Yehova mənə dedi: «Onun adını Mahir-Şəlal-Həş-Baz qoy.  Çünki uşaq hələ ata-ana kəlməsini deməmiş, Dəməşqin sərvəti, Səməriyyənin qəniməti Aşşur padşahının hüzuruna aparılacaq».+  Sonra Yehova mənə dedi:   «Bu xalq sakit axan Şilah sularını rədd etdi,+ O, Rəmali oğluyla və Rəsinlə öyünür.+   Buna görə Yehova Böyük, gur-gur axan çayı* Aşşur padşahını+ bütün əzəməti ilə onun üzərinə gətirəcək. O, məcrasından çıxıb Ər-ətrafı basacaq,   Yəhudanı basacaq, Hər yeri tutacaq, basıb keçəcək, boğazına qalxacaq,+ Qanadını gərib sənin ölkəni başdan-başa örtəcək, Ey İmanuil+   Ey xalqlar, siz yamanlıq edin, amma bilin ki, darmadağın olacaqsınız! Ey dünyanın ucqarlarında yaşayanlar, eşidin! Siz döyüşə hazırlaşın, amma bilin ki, darmadağın olacaqsınız!+ Siz döyüşə hazırlaşın, amma bilin ki, darmadağın olacaqsınız! 10  Siz fitnə qurun, amma bilin ki, boşa çıxacaq! Nə desəniz, baş tutmayacaq, Çünki Allah bizimlədir*!+ 11  Yehovanın qüdrətli əli üzərimdə idi. O, məni bu xalqın getdiyi yoldan saxlamaq üçün belə dedi: 12  «Siz bu xalqın qurduğu sui-qəsdlərə qoşulmayın! Onların qorxduğu şeylərdən qorxmayın, Titrəməyin. 13  Siz ordular Allahı Yehovadan qorxub titrəyin,+ Onu müqəddəs tutun!»+ 14  O, müqəddəs məkan olacaq. Eyni zamanda İsrailin Hər iki evini büdrədən daş,+ Yıxan qaya olacaq. Yerusəlim sakinləri üçün Tor və tələ olacaq. 15  Bir çoxları büdrəyəcək, yıxılıb əziləcək, Tələyə düşüb qalacaq. 16  Şəhadətnaməni bürmələ, Qanunu şagirdlərimin yanında möhürlə! 17  Mən Yaqub evindən üz çevirmiş Yehovanı gözləyəcəyəm,+ Ona ümid bağlayacağam. 18  Mən və Yehovanın mənə bəxş etdiyi övladlar+ Sion dağında məskunlaşan ordular Allahı Yehovanın İsrailə verdiyi nişanə+ və möcüzələrik. 19  Sizə “pıç-pıç edən, mırtıldayan cindarların, falçıların yanına gedin” desələr, gedəcəksiniz? Məgər xalq öz Allahına üz tutmalı deyil? Heç dirilər barədə ölülərdən soruşarlar?+ 20  Qanuna, şəhadətnaməyə müraciət edin! Bu sözlərə uyğun danışmayanda onlar üçün nur saçmayacaq.+ 21  Ölkədə hamı dərd-qəm içində, ac-yalavac gəzəcək.+ Ac olduğundan qəzəb içində göyə baxıb padşahına və Allahına lənət yağdıracaq. 22  Yerə baxıb dərd-bəla və qaranlıq, zülm-zillət və zil qaranlıq, qatı zülmət görəcək.

Haşiyələr

Təxmini mənası: qənimət götürməyə tələsir, qarət etmək üçün qaçır.
Fərat çayı.
İbr. İmanuil.