Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 7:1—25

MÜNDƏRİCAT

  • Əhəz padşaha xəbər (1—9)

    • Şaaryaşub (3)

  • İmanuil (10—17)

  • Vəfasızlığın acı nəticələri (18—25)

7  Yəhuda padşahı Üziyyə oğlu Yutəmin oğlu Əhəzin+ dövründə Aram padşahı Rəsin ilə İsrail padşahı Rəmali oğlu Fəqa+ Yerusəlimə hücum etdi. Lakin o*, oranı ala bilmədi.+  Davud evinə xəbər verildi ki, Aram Əfraimlə qüvvələrini birləşdirib. Əhəzin də, xalqın da ürəyi meşə ağacları küləkdən titrəyəntək titrədi.  Yehova Əşiyaya dedi: «Dur, oğlun Şaaryaşubu*+ götürüb Əhəzi qarşılamaq üçün yuxarı çarhovuzun su kəmərinin+ axırına, camaşırçı tarlasına gedən baş yola çıx.  Ona belə de: “Arxayın ol, qorxma. Qoy ürəyin bu tüstülənən iki odun parçasının, Aram padşahı Rəsinlə Rəmali oğlunun+ hikkəsi qarşısında əsməsin.  Baxma ki, Aram, Əfraim və Rəmali oğlu sənin qəsdinə durub deyirlər:  “Gəl Yəhudanın üstünə gedək, onu parçalayıb* zəbt eləyək, Tabiilin oğlunu ora padşah qoyaq”.+  Külli-İxtiyar Yehova belə deyir: “Bu olmayacaq, Bu iş baş tutmayacaq.   Çünki Aramın başı Dəməşqdir, Dəməşqin başı Rəsindir. Altmış beş il keçməmiş Əfraim darmadağın olacaq, bu adda xalq olmayacaq.+   Əfraimin başı Səməriyyədir,+ Səməriyyənin başı isə Rəmali oğludur.+ Əgər imanınız möhkəm olmasa, Çox dura bilməyəcəksiniz”». 10  Sonra Yehova Əhəzə belə dedi: 11  «Allahın Yehovadan bir əlamət istə,+ qoy lap Məzar* kimi dərin, göylər kimi uca olsun». 12  Əhəz isə dedi: «İstəməyəcəyəm, Yehovanı da sınamayacağam». 13  Onda peyğəmbər dedi: «Ey Davud evi, bir qulaq as. İnsanları bezdirdiyiniz bəs deyil, hələ bir Allahımı da bezdirirsiniz?+ 14  Buna görə Yehova Özü sizə əlamət verəcək: qız hamilə qalıb bir oğul doğacaq+ və adını İmanuil* qoyacaq.+ 15  Bu uşaq pisi rədd edib, yaxşını seçməyi bacaranadək ancaq yağ və bal yeyəcək. 16  Bil ki, bu oğlan pisi rədd edib, yaxşını seçməyi öyrənənədək qarşısında tir-tir əsdiyin bu iki padşahın torpağı bomboş qalacaq.+ 17  Yehova sənə, xalqına və atanın evinə elə günlər göstərəcək ki, belələri Əfraim Yəhudadan ayrılandan bəri olmayıb.+ O, Aşşur padşahını üstünüzə göndərəcək.+ 18  O gün Yehova fit çalıb Misirdə Nildən ayrılan uzaq arxlardakı milçəkləri və Aşşur torpağındakı arıları çağıracaq. 19  Onlar da gəlib dərin dərələrdə, qaya oyuqlarında, bütün tikanlı kolluqlarda və bütün sututar yerlərdə oturacaqlar. 20  O gün Yehova çay* bölgəsindən muzdla götürdüyü ülgüclə, yəni Aşşur padşahının+ əli ilə saç-saqqalınızı və ayaqlarınızın tükünü qırxıb atacaq. 21  O gün kimsə sürüdən bir düyə və iki qoyun qurtaracaq. 22  Südün bolluğundan o, yağ yeyəcək; o torpaqda sağ qalan hər kəs ancaq yağ və bal yeyəcək. 23  Bir zamanlar min gümüş dəyərində olan min üzüm tənəyinin yerində o gün kol-kos bitəcək. 24  Oralara yalnız ox-yayla gedəcəklər, çünki bütün ölkəni kol-kos basacaq. 25  Bir zamanlar toxalanıb təmizlənmiş dağları kol-kos basdığından ora gedə bilməyəcəksən. Ora öküzlərin otladığı və qoyun-quzunun tapdaladığı bir yer olacaq».

Haşiyələr

Digər variant: onlar.
Mənası: yalnız sağ qalanlar dönəcək.
Digər variant: canına qorxu salıb.
İbr. şeol. Lüğətə bax.
Mənası: Allah bizimlədir.
Fərat çayı.