Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 66:1—24

MÜNDƏRİCAT

  • Əsil və saxta din (1—6)

  • Ana Sion və oğulları (7—17)

  • Yerusəlimdə ibadətə toplaşanlar (18—24)

66  Yehova belə deyir: «Göylər Mənim taxtımdır, yer ayağım altındakı kətildir.+ Belə isə, Mənim üçün nə cür ev tikərdiniz,+ Hansı yer Mənə məskən ola bilər?»+   «Bütün bunları Mənim əlim yaratdı, Bütün bunlar bax bu cür ərsəyə gəldi, — Deyir Yehova,+ — Mən sözümdən titrəyən məzluma, ruhu əzgin insana nəzər salaram.+   Buğa kəsən, sanki, adam öldürür,+ Qoyun qurban gətirən, sanki, it boynu sındırır.+ Bəxşiş gətirən, sanki, donuz qanı təqdim edir.+ Xatirə təqdiməsi kimi kündür gətirən,+ sanki, ovsunlu sözlərlə xeyir-dua verir*.+ Onlar öz yollarını seçiblər, İyrənc şeylərdən xoşlanırlar.   Mən də seçəcəyəm onlara hansı cəzanı verim,+ Nədən qorxurlarsa, onu da başlarına gətirəcəyəm. Çünki Mən çağıranda cavab verən olmadı, Danışanda qulaq asan olmadı.+ Xoşlamadığım işlərlə məşğul oldular, Mənə xoş olmayan əməlləri tutdular».+   Yehovanın sözünü eşidin, ey Onun sözündən titrəyənlər: «Adıma görə sizə nifrət edən, sizi qovan qardaşlarınız deyirdilər: “Yehovanın adı uca tutulsun!”+ O zühur edib sizə sevinc bəxş edəcək. Rəzil olan isə onlar olacaq».+   Şəhərdən haray-qışqırıq, məbəddən səslər gəlir. Yehova Öz düşmənlərinin haqqını verir.   O*, sancıları başlamamış doğdu.+ Doğuş sancısı tutmamış oğlan uşağı dünyaya gətirdi.   Heç belə şey eşidən olub? Bu cür şeylər görən olub? Məgər bir günün içində ölkə doğula bilər? Yaxud birdən-birə xalq dünyaya gələ bilər? Sion isə sancıları tutar-tutmaz oğullarını doğdu.   «Məgər Mən doğuş məqamına kimi gətirib doğmağa qoymaram?» — deyir Yehova. «Yaxud doğuş sancısı verib bətni bağlayaram?» — deyir Allahınız. 10  Ey Yerusəlimi sevənlər,+ onunla birgə sevinin, şadlanın,+ Ey ona yas tutanlar, onunla birgə cuşa gəlin. 11  Çünki siz onun təsəlli döşünü əmib doyacaqsınız. Acgözlüklə içib calalının bolluğundan zövq alacaqsınız. 12  Yehova belə deyir: «Budur Mən sülhü çaytək,+ Xalqların calalını seltək ona sarı axıdıram. Siz bəslənəcəksiniz,+ Kürəkdə gəzdiriləcək, diz üstdə oynadılacaqsınız. 13  Ana oğlunu ovundurduğu kimi, Mən də sizi ovunduracağam.+ Yerusəlimə görə təsəlli tapacaqsınız.+ 14  Bunu görüb ürəyiniz sevinəcək, Sümükləriniz tər ot kimi canlanacaq. Yehovanın əli qullarına bəlli olacaq, O, düşmənlərini məhkum edəcək».+ 15  «Yehova alov kimi gələcək,+ Arabaları tufan kimi gələcək,+ Coşqun qəzəblə əvəz vermək üçün, Od-alovla tənbeh etmək üçün.+ 16  Yehova bütün insanlara qarşı hökmünü alovla, Qılıncıyla icra edəcək. Yehovanın qılıncından ölənlər çox olacaq». 17  Yehova bəyan edir: «Ortada duranın arxasınca bağlara*+ girmək üçün özünü müqəddəs edib paklananların, donuz əti,+ murdar şeylər, siçan əti+ yeyənlərin hamısı bir yerdə məhv olacaq. 18  Mən onların həm əməllərindən, həm fikirlərindən agaham. Odur ki, bütün xalqlardan, dillərdən olan insanları toplamağa gəlirəm. Onlar Mənim şanımı görəcəklər». 19  «Mən onların arasında bir nişan qoyacağam. Qaçıb canını qurtaranların bir qismini sorağımı eşitməyən, calalımı görməyən xalqların yanına — Tarşişə+, Pülə, Luda,+ ox atanlar məmləkətinə*, Tubala, Yavənə,+ uzaq adalara göndərəcəyəm. Onlar Mənim şanımı xalqlar arasında bəyan edəcəklər.+ 20  İsraillilər Yehovanın evinə pak qabda bəxşiş gətirdiyi kimi, onlar bütün xalqların içindən bütün qardaşlarınızı çıxardıb+ atlarda, arabalarda, örtülü arabalarda, qatırların, yüyrək dəvələrin belində düz Mənim dağım olan Yerusəlimə Yehovaya bəxşiş kimi gətirəcəklər», — deyir Yehova. 21  «Onlardan bir qismini kahin və lavili seçəcəyəm», — deyir Yehova. 22  «Yaratdığım yeni göylər və yeni yer+ önümdə daim durduğu kimi, nəsliniz və adınız da o cür duracaq», — bəyan edir Yehova.+ 23  «Təzə ay mərasimindən təzə ay mərasiminə, şənbədən şənbəyə, Bütün bəşər gəlib önümdə səcdə qılacaq»,+ — deyir Yehova. 24  «Onlar çıxıb Mənə asilik edənlərin cəsədlərinə baxacaqlar, Üstlərindəki qurdlar ölməyəcək, Alovları sönməyəcək,+ Hamı onlardan iyrənəcək».

Haşiyələr

Digər variant: sanki, bütə alqış edir.
Yəni Sion.
Bütlərə ibadətdə istifadə olunan bağlar.
Hərfən: yay gərənlərin yanına.