Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 65:1—25

MÜNDƏRİCAT

  • Yehovanın bütpərəstlərə hökmü (1—16)

    • Bəxt və Tale allahları (11)

    • Mənim qullarım yeyəcək (13)

  • Yeni göylər və yeni yer (17—25)

    • Evlər tikiləcək; bağlar salınacaq (21)

    • Nahaq yerə əlləşməyəcəklər (23)

65  «Məni soraqlamayanlara Məni axtarmağa izin verdim. Məni axtarmayanlara Özümü aşkar etdim.+ Adımı çağırmayan xalqa “Mən buradayam! Mən buradayam!” dedim.+   Bütün günü əlim əyri yolla+ gedən, Öz bildiyini edən+ Dikbaş xalqa sarı uzanıb.+   Bu xalq düz üzümə Məni təhqir edir,+ Bağlarda qurban gətirir,+ kərpic üstündə qurban tüstüsü təqdim edir.   Qəbirlər arasında otururlar,+ Gecəni xəlvət yerlərdə* keçirirlər, Donuz əti yeyirlər,+ Qablarındakı murdar ətdən qalan həlimdir.+   Deyirlər: “Uzaq dur, mənə yaxın gəlmə, Mən səndən pakam*”. Belələri burnumda tüstüdür, bütün günü yanan oddur.   Bax, önümdə bu yazılıb. Sakit durmayacağam, Əvəzini verəcəyəm,+ Əvəzini artıqlamasıyla verəcəyəm,   Həm özlərinin, həm də ata-babalarının təqsirinə görə»,+ — deyir Yehova. «Çünki onlar dağların başında qurban tüstüsü təqdim edirlər, Təpələrin başında adımı ləkələyirlər.+ Mən, ilk növbədə, onların haqqını verəcəyəm, özü də artıqlamasıyla».   Yehova belə deyir: «Necə ki içində təzə şərab olan salxım üçün deyirlər: “Onu məhv etmə, onda bərəkət var”, Mən də qullarımın xatirinə belə edəcəyəm, Onların hamısını məhv etməyəcəyəm.+   Mən Yaqubdan bir övlad*, Yəhudadan dağlarımın varisini törədəcəyəm.+ Seçilmişlərim oraya sahib olacaq, Qullarım orada məskən salacaq.+ 10  Məni axtaran xalqımın xatirinə Şaron+ qoyun-quzu otlağı, Axor+ dərəsi mal-qaranın dincəldiyi yer olacaq. 11  Siz isə Yehovanı tərk edənlərsiniz,+ Müqəddəs dağımı yaddan çıxaran,+ Bəxt allahına süfrə açan, Tale allahına şərab süzənlərsiniz. 12  Buna görə, Mən sizi qılınca qismət edəcəyəm,+ Hamınız məhv olmaq üçün diz çökəcəksiniz,+ Çünki Mən çağıranda cavab vermirdiniz, Mən danışanda qulaq asmırdınız.+ Xoşlamadığım əməlləri görürdünüz, Xoşuma gəlməyən şeyləri üstün tutdunuz».+ 13  Külli-İxtiyar Yehova belə deyir: «Bax, Mənim qullarım yeyəcək, siz isə ac qalacaqsınız.+ Qullarım içəcək,+ siz isə susuzluqdan yanacaqsınız, Qullarım sevinəcək,+ siz isə xəcalət çəkəcəksiniz.+ 14  Qullarım ürək coşqunluğundan hayqıracaq, Sizsə ürək ağrısından qışqıracaqsınız, Ruhunuz əzildiyindən fəğan edəcəksiniz. 15  Özünüzdən sonra qoyduğunuz adla seçilmişlərim lənət edəcək, Külli-İxtiyar Yehova hamınızı öldürəcək, Öz qullarına isə başqa ad verəcək.+ 16  Dünyada özünə xeyir-dua diləyən hər kəs Haqq Allahının adı ilə diləyəcək. Dünyada and içən hər kəs Haqq* Allahının adına and içəcək.+ Köhnə dərdlər unudulacaq, Gözümün qabağından qeyb olacaq.+ 17  Budur, Mən yeni göylər və yeni yer yaradıram,+ Köhnə şeylər yada düşməyəcək, Daha xatırlanmayacaq.+ 18  Odur ki, yaratdığım şeylərə görə əbədiyyən sevinin, şadlanın! Çünki Mən Yerusəlimi fərəh qaynağı, Əhlini sevinc mənbəyi olmaq üçün yaradıram.+ 19  Mən Yerusəlimə görə fərəhlənəcəyəm, xalqıma görə sevinəcəyəm.+ Artıq onda ağlaşma, fəryad səsi eşidilməyəcək».+ 20  «Daha orada bir neçə günlük körpələr ölməyəcək, Ahılların ömrü yarıda qırılmayacaq. Yüz yaşında ölən gənc sayılacaq, Günahkar isə yüzyaşlı olsa da, lənətlənəcək*. 21  Onlar evlər tikib içində yaşayacaq,+ Üzüm bağları salıb barını yeyəcək.+ 22  Tikdikləri evdə özgələr yaşamayacaq, Əkdiklərinin barını özgələr yeməyəcək. Xalqımın ömrü ağac ömrütək uzun olacaq,+ Seçilmişlərim əllərinin zəhmətindən doyunca zövq alacaq. 23  Onlar nahaq yerə əlləşməyəcək,+ Bəla üçün övlad doğmayacaq, Çünki onlar Yehovanın mübarək etdiyi nəsildir,+ Övladları da onlarla bahəm.+ 24  Onlar hələ çağırmamış Mən hay verəcəyəm. Onlar hələ danışarkən Mən eşidəcəyəm. 25  Canavar quzu ilə bir yerdə yem yeyəcək, Şir də öküz kimi saman yeyəcək,+ İlanın yemi torpaq olacaq. Müqəddəs dağımda heç kimə zərər-ziyan vurulmayacaq»,+ — deyir Yehova.

Haşiyələr

Digər variant: gözətçi komalarında.
Digər variant: yoxsa mənim paklığım sənə keçər.
Hərfən: toxum.
Yaxud güvənc.
Digər variant: yüz yaşına çatmayan adam lənətli sayılacaq.