Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 64:1—12

MÜNDƏRİCAT

  • Duanın davamı (1—12)

    • Yehova dulusçumuzdur (8)

64  Kaş göyləri yarıb aşağı enəydin, Dağlar önündə lərzəyə gələrdi,   Sanki, alov kolluğu yandırar, Od suyu qaynadardı. Onda adın düşmənlərinə aşkar olardı, Xalqlar önündə tir-tir əsərdi!   Sən ağlımıza gəlməyən möhtəşəm işlər görəndə,+ Aşağı enəndə dağlar önündə lərzəyə gəldi.+   Sənə bənzər başqa Allah yoxdur ki, Ona təvəkkül edənlər uğrunda hərəkətə keçsin. Ta qədimdən bəri bu cür Allahı nə görən, nə də haqqında eşidib-bilən olmayıb.+   Sən haqq işi sevinclə görənlərə, Səni unutmayıb yolunla gedənlərə yar oldun.+ Biz günahdan əl çəkməyəndə qəzəbləndin,+ Uzun-uzadı bu yolla getdik. Bundan sonra necə xilas olarıq?   Biz hamımız murdar olmuşuq, Bütün savab əməllərimiz aybaşı əskisinə bənzəyir.+ Hamımız yarpaq kimi quruyub gedəcəyik, Günahlarımız küləktək bizi sovuracaq.   Adını çağıran bir kimsə yoxdur, Ətəyindən yapışmağa can atan yoxdur. Üzünü bizdən çevirmisən,+ Təqsirimizə görə bizi əridirsən.   Yenə də, ey Yehova, Atamız Sənsən,+ Biz gilik, Sənsə dulusçumuz,+ Biz Sənin əllərinin işiyik.   Ey Yehova, bərk qəzəblənmə,+ Təqsirimizi daima yadında saxlama. Nə olar, bizə nəzər sal, axı biz Sənin xalqınıq. 10  Müqəddəs şəhərlərin səhralığa, Sion çöl-biyabana dönüb, Yerusəlim bomboş qalıb.+ 11  Ata-babalarımızın Səni mədh etdikləri yerə, Müqəddəs və şanlı məbədimizə od vurulub.+ Bizə əziz nə vardısa, xaraba qalıb. 12  Ey Yehova, bütün bunları görüb yenə də dadımıza çatmayacaqsan? Susub bizə bu məşəqqəti çəkdirəcəksən?+

Haşiyələr