Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 63:1—19

MÜNDƏRİCAT

  • Yehova xalqlardan qisas alır (1—6)

  • Keçmişdəki xeyirxahlığı (7—14)

  • Tövbə duası (15—19)

63  Ədumdan+, Bozrahdan+ çıxıbƏlvan* libaslı,Nəfis qiyafəli,Böyük qüdrətlə gələn kimdir? «Bu Mənəm! Haqq danışan,Böyük qüdrəti ilə nicat verən».   Nə üçün libasın al rəngdədir,Üzümsıxanda işləyənin paltarına oxşayır?+   «Üzümsıxanı təkbaşına tapdamışam, Yanımda xalqlardan heç kim yox idi. Onları qəzəblə tapdaladım,Hiddətlə ayağımın altında əzdim.+ Qanları üstümə sıçradı,Paltarım bütün bulaşdı.   İntiqam günü ürəyimdədir,+Qurtuluş verəcəyim kəslərin ili yetişib.   Yan-yörəmə baxdım, kömək edən yox idi,Məəttəl qaldım, tərəfimi tutan yox idi. Buna görə, Öz qolum zəfər gətirdi,+Qəzəbim də tərəfimdə durdu.   Xalqları qəzəblə tapdaladım,Onları hiddətimlə sərxoş etdim,+Qanlarını yerə axıtdım».   Mərhəmətdən, böyük məhəbbətdən irəli gələrək,Yehovanın bizim üçün etdiyi işlərə görə,İsrail evinə etdiyi bol yaxşılıqlara görəYehovanın xeyirxah işlərindən danışacağam,+Yehovanın həmdə layiq işlərini nəql edəcəyəm.   O dedi: «Həqiqətən, onlar Mənim xalqımdır, xain çıxmayacaq oğullarımdır».+ Odur ki, onlar üçün xilaskar oldu.+   Onlar əzab çəkəndə O da əzab çəkdi.+ Elçisi onları xilas etdi.+ Məhəbbətlə, şəfqətlə onları qurtardı,+Qədim günlərdə onları götürüb daşıdı.+ 10  Amma onlar asi çıxdılar,+ Onun müqəddəs ruhunu incitdilər.+ O da onların düşməninə çevrildi,+Onlara qarşı vuruşdu.+ 11  Onlar keçmiş günləri yada saldılar,Onun qulu Musanın günlərini xatırladılar. Dedilər: «Onları sürüsünün çobanları ilə birlikdə dənizdən keçirən bəs hanı?+ Müqəddəs ruhunu onun daxilinə qoyan bəs hanı?+ 12  Güclü qolunu Musanın sağ əli ilə göndərən,+Onların önündə suları yarıb+Özü üçün əbədi ad eləyən,+ 13  Onları azğın suların içi ilə aparan bəs hanı?Onlar düzəngahda çapan at kimiBüdrəmədən getdilər. 14  Dərəyə enən mal-qara kimiYehovanın ruhundan dinclik tapdılar».+ Özünə əzəmətli ad qazanmaq üçünXalqını bu cür apardın.+ 15  Göylərdən nəzər sal,Müqəddəs, ehtişamlı, gözəl məskənindən bax. Hanı Sənin şövqün, qüdrətin?Hanı mərhəmətin+, şəfqətin+? Onları bizdən əsirgəyirsən. 16  Axı Sən bizim Atamızsan,+İbrahim bizi tanımasa da,İsrail bizi qəbul etməsə də,Ey Yehova, Sən bizim Atamızsan. Qədimdən bəri qurtarıcımızsan.+ 17  Nə üçün, ey Yehova, bizi yollarından azdırırsan? Nə üçün ürəyimizi daşa döndərirsən ki, biz də Səndən qorxmuruq?+ Qullarının xatirinə qayıt,Sahib olduğun qəbilələrin naminə geri dön.+ 18  Müqəddəs xalqın ölkəyə qısa müddət sahib oldu. Düşmənlərimiz Sənin müqəddəs məkanını tapdaladı.+ 19  Nə zamandır Sənin hakimlik etmədiyin xalqlara,Sənin adını daşımayanlara bənzəyirik.

Haşiyələr

Digər variant: al-qırmızı.