Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 62:1—12

MÜNDƏRİCAT

62  Doğruluğu şəfəqtək parlamayınca,+ Nicatı məşəltək yanmayınca+ Mən Sion naminə susmayacağam,+ Yerusəlim naminə  sakit durmayacağam.   «Ey qadın,+ xalqlar doğruluğunu, Hökmdarlar calalını görəcək.+ Səni yeni adla, Yehovanın dilindən çıxan adla çağıracaqlar.+   Sən Yehovanın əlində gözəllik tacı, Allahının ovcunda padşah çalması olacaqsan.   Daha sənə atılmış qadın,+ Ölkənə sakinsiz deyilməyəcək.+ Əksinə, sənə “fərəhim”,+ Ölkənə “ərli qadın” deyiləcək. Çünki sən Yehovanın fərəhi olacaqsan, Ölkən ərli qadın kimi olacaq.   Cavan oğlan bakirə qızla evləndiyi kimi, Oğulların da səninlə nikah quracaq. Təzəbəy gəlinə baxıb sevindiyi kimi, Sənin Allahın da sənə baxıb sevinəcək.+   Ey Yerusəlim, divarlarının üstünə gözətçi qoymuşam. Qoy onlar gecə-gündüz susmasın. Ey Yehovanın adını çağıranlar, Durmayın!   O, Yerusəlimi bərqərar etməyincə, Onu dünyanın şanı etməyincə Ondan əl çəkməyin».+   Yehova sağ əlini, qüdrətli qolunu qaldırıb and içdi: «Daha sənin taxılını düşmənlərə verməyəcəyəm, Zəhmətlə çəkdiyin şərabı yadlar içməyəcək.+   Taxılı yığan yeyəcək, Yehovaya şükür edəcək; Şərab çəkən şərabı müqəddəs həyətimdə içəcək».+ 10  Keçin darvazalardan, keçin! Xalq üçün yolu təmizləyin,+ Düzəldin baş yolu, düzəldin! Daşlardan təmizləyin.+ Xalqlar üçün nişan qoyun.+ 11  Bax! Yehova dünyanın nəhayətlərinə bəyan etdi: «Sion qızına deyin, “Budur, nicatın gəlir.+ Budur, Onun verəcəyi mükafat yanındadır, Ödəyəcəyi muzd önündədir”».+ 12  Onlara müqəddəs xalq, Yehovanın qurtardığı xalq deyiləcək,+ Sən «istəkli», «atılmamış şəhər» adlanacaqsan.+

Haşiyələr