Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 61:1—11

MÜNDƏRİCAT

  • Həlimlərə müjdə verən (1—11)

    • Yehovanın iltifat ili (2)

    • Böyük salehlik ağacları (3)

    • Yadellilərin köməyi (5)

    • Yehovanın kahinləri (6)

61  Külli-İxtiyar Yehovanın ruhu üzərimdədir,+ Çünki Yehova məni həlimlərə müjdə vermək üçün məsh etdi.+ O, məni qəlbisınıqların yarasını sarımağa, Əsirlərə azadlığı, Dustaqlara gözlərinin açılacağını xəbər verməyə göndərdi.+   Yehovanın iltifat ilini, Allahımızın intiqam gününü bəyan etməyə,+ Bütün yaslılara təsəlli verməyə,+   Sion üçün ağlayanlara Kül yerinə örpək, Yas yerinə şənlik yağı, Qəm yerinə şükran libası verməyə göndərdi. Onlara Yehovanın Özünü ucaltmaq üçün əkdiyi Böyük salehlik ağacları deyiləcək.+   Neçə-neçə nəsillərdir viran qalmış yerləri, Qədim dağıntıları abad edəcəklər,+ Keçmişdən qalma viranəlikləri tikib qaldıracaqlar,+ Yerlə yeksan şəhərləri bərpa edəcəklər.+   «Yadellilər gəlib sürülərini otaracaq, Əcnəbilər+ sənin əkinçin, üzümçün olacaq.+   Siz isə Yehovanın kahinləri adlanacaqsınız,+ Sizə Allahımızın xidmətçiləri deyiləcək. Siz xalqların sərvətini yeyəcək,+ Onların cah-calalı ilə öyünəcəksiniz.   Xəcalət yerinə ikiqat pay alacaqsınız, Xalqım rüsvayçılıq yerinə aldığı paya görə sevincdən hayqıracaq. Bəli, ölkələrində ikiqat pay sahibi olacaqlar.+ Onlara əbədi sevinc nəsib olacaq.+   Mən Yehova ədaləti sevirəm,+ Soyğunçuluğa, nadürüstlüyə nifrət edirəm.+ Mən onların haqqını insafla verəcəyəm, Onlarla əbədi əhd kəsəcəyəm.+   Onların övladları xalqlar arasında, Törəmələri ümmətlər arasında tanınacaq.+ Görən hər kəs biləcək ki, Yehovanın xeyir-duası bu nəslin üzərindədir».+ 10  Yehova hədsiz sevincim olacaq. Bütün varlığım Allahıma görə şadlanacaq.+ Çünki O, əynimə nicat libası geyindirdi;+ Məni salehlik əbasına bürüdü, Başına kahin çalması qoymuş təzəbəy kimiyəm,+ Bəzənib-düzənmiş gəlin kimiyəm. 11  Torpaq pöhrəni cücərtdiyitək, Bağ əkilən toxumları yetişdirdiyitək, Külli-İxtiyar Yehova da Salehliyi+ və şükranı bütün xalqlar önündə belə yetişdirəcək.+

Haşiyələr