Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 60:1—22

MÜNDƏRİCAT

  • Yehovanın calalı Sion üzərində (1—22)

    • Göyərçintək yuvasına uçanlar (8)

    • Mis yerinə qızıl (17)

    • Kiçikdən min nəfər (22)

60  «Qalx, ey qadın,+ şölə saç, çünki nurun gəldi. Yehovanın calalı üzərinə şəfəq saçır.+   Bax, dünyanı qaranlıq, Xalqları qatı zülmət bürüyəcək; Sənin isə üzərinə Yehova nur saçacaq, Üzərində Yehovanın calalı görünəcək.   Xalqlar nuruna doğru gələcək,+ Hökmdarlar+ parlayan ehtişamına doğru addımlayacaq.+   Başını qaldırıb ətrafına bax! Bax, hamısı toplaşıb yanına gəlir, Oğulların uzaqlardan gəlir,+ Qızlarını kürəklərində gətirirlər.+   Bunu görəndə çöhrən şəfəq saçacaq,+ Ürəyin çırpınacaq, dağa dönəcək, Çünki dənizin sərvəti sənə yönələcək, Xalqların varı yanına axışacaq.+   Dəvə sürüləri, Mədyənin, İfahın nərləri ölkəni bürüyəcək,+ Bütün səbalılar gələcək. Onlar qızıl, kündür daşıyacaq, Yehovanın şəninə tərif deyəcəklər.+   Qədarın bütün sürüləri yanına toplaşacaq.+ Nəbayütün qoçları+ qulluğunda olacaq, Onlar qurbangahıma qalxıb rəğbətlə qəbul olunacaq.+ Mən şanlı evimi cah-calala bürüyəcəyəm.+   Buludtək uçan, Göyərçintək yuvasına uçub gələn kimlərdir belə?   Adalar Mənə ümid bağlayacaq.+ Tarşişin gəmiləri başda üzür, Yükləri qızıl-gümüşdür. Allahın Yehovanın, İsrailin Müqəddəsinin şərəfinə Uzaqlardan oğullarını gətirirlər.+ Bəli, O, səni ehtişamlı edəcək.+ 10  Yadellilər divarlarını tikəcək, Padşahları qulluğunda duracaq.+ Qəzəblənib səni vurduğum kimi, Lütf edib mərhəmət göstərəcəyəm.+ 11  Darvazaların daima açıq qalacaq,+ Nə gecə, nə gündüz bağlanmayacaq, Belə ki, xalqların sərvəti sənə gətirilsin. Bunu, ilk növbədə, padşahları edəcək.+ 12  Sənə xidmət etməyən səltənət məhv olacaq, Xalqlar yerli-dibli yox olacaqlar.+ 13  Müqəddəs məkanımı gözəlləşdirmək üçün Livanın cah-calalı,+ Ardıc, göyrüş, sərv ağacları gələcək.+ Ayağımçün olan yeri ehtişamlı edəcəyəm.+ 14  Sənə zülm edənlərin oğulları gəlib qabağında diz çökəcək, Sənə hörmətsizlik edənlər ayağına yıxılıb təzim edəcək, Onlar səni Yehovanın şəhəri, İsrailin Müqəddəsinin Sionu deyib çağıracaq.+ 15  Boş qalmışdın, nifrət hədəfi idin, içindən kimsə keçmirdi,+ İndi səni əbədi vüqar yeri, Bütün nəsillər üçün sevinc qaynağı edəcəyəm.+ 16  Sən xalqların südünü içəcəksən,+ Padşahların döşünü əməcəksən.+ Onda biləcəksən ki, Mən Yehova sənin xilaskarınam, Yaqubun qüdrətli Allahı sənin qurtarıcındır.+ 17  Mən mis yerinə qızıl gətirəcəyəm, Dəmir yerinə gümüş, Ağac yerinə mis, Daş yerinə dəmir gətirəcəyəm. Sülhü üstünüzdə nəzarətçi, Salehliyi ağa qoyacağam.+ 18  Daha məmləkətində zorakılıq xəbəri, Torpağında viranəlik xəbəri eşidilməyəcək.+ Divarlarına “xilas”,+ darvazalarına “tərif” adını verəcəksən. 19  Gündüzlər işığın daha günəş olmayacaq, Gecələr sənə nur verən ay işığı olmayacaq. Çünki Yehova əbədi nurun olacaq,+ Allahın sənin calalın olacaq.+ 20  Günəşin qürub etməyəcək, Ayın batmayacaq, Çünki Yehova əbədi nurun olacaq,+ Yas günlərin bitəcək.+ 21  Sakinlərin ancaq salehlər olacaq, Onlar ölkəni əbədilik miras alacaq. Onlar əkdiyim fidanlardır, Mənə calal gətirən əllərimin işidir.+ 22  Ən kiçiyindən min nəfər, Ən balacasından qüdrətli xalq törəyəcək. Mən Yehova vaxtı yetişəndə bu işi sürətləndirəcəyəm».

Haşiyələr