Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 6:1—13

MÜNDƏRİCAT

  • Yehova Öz məbədində Əşiyaya görünür (1—4)

    • «Müqəddəsdir, müqəddəsdir, müqəddəsdir» (3)

  • Əşiyanın dodaqları paklanır (5—7)

  • Əşiya tapşırıq alır (8—10)

    • «Mən gedərəm! Məni göndər!» (8)

  • «Ey Yehova, nə vaxtadək?» (11—13)

6  Padşah Üziyyə ölən+ il mən Yehovanı gördüm. O, möhtəşəm, uca bir taxtda oturmuşdu.+ Libasının ətəkləri məbədi doldururdu.  Onun hüzurunda seraflar durmuşdu. Onların hər birinin altı qanadı var idi. Qanadların ikisi ilə üzlərini, ikisi ilə ayaqlarını örtür, ikisi ilə uçurdular.   Seraflar bir-birini səsləyərək deyirdilər: «Ordular Allahı Yehova müqəddəsdir, müqəddəsdir, müqəddəsdir!+ Bütün dünya Onun calalı ilə doludur!»  Onların səsindən qapı dabanları titrədi və ev tüstü ilə doldu.+   Mən dedim: «Vay halıma! Məhv oldum,Çünki ağzı murdar adamam,Ağzı murdar xalqın içində yaşayıram.+Axı Padşahı, ordular Allahı Yehovanı gözümlə gördüm!»  Onda seraflardan biri mənə sarı uçdu. Əlində qurbangahdan+ maşa ilə götürdüyü köz+ var idi.  Onu dodaqlarıma vurub dedi: «Bax, bu köz sənin dodaqlarına dəydi, Təqsirin bağışlandı,Günahın yuyuldu!»  Sonra Yehovanın səsini eşitdim: «Kimi göndərim? Bizim üçün kim gedər?»+ Mən cavab verdim: «Mən gedərəm! Məni göndər!»+   O dedi: «Get! Bu xalqa söylə: “Eşitməyinə eşidəcəksiniz,Lakin anlamayacaqsınız,Görməyinə görəcəksiniz,Lakin bir şey öyrənməyəcəksiniz”.+ 10  Bu xalqın ürəyini hissiyyatsız et,+Qulaqlarını tıxa,+Gözlərini bağla ki,Gözləri ilə görməsinlər,Qulaqları ilə eşitməsinlər,Ürəkləri ilə dərk etməsinlər,Şəfa tapmaq üçün geri dönməsinlər». 11  Mən dedim: «Ey Yehova, nə vaxtadək?» O dedi: «Şəhərlər xarabazara dönüb sakinsiz,Evlər adamsız,Torpaq viranə qalanadək;+ 12  Yehova insanları uzaqlara göndərənədək,+Ölkə başdan-başa biyabana dönənədək. 13  Orada xalqın onda biri qalacaq, amma o da alovun ağuşuna atılacaq. Nəhəng ağac, palıd ağacı kəsiləndə kötüyü qaldığı kimi, onun da kötüyü qalacaq. Bu kötük müqəddəs bir nəsil* olacaq».

Haşiyələr

Hərfən: toxum.