Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 59:1—21

MÜNDƏRİCAT

  • Allah günahlara görə xalqından üz döndərib (1—8)

  • Etiraf (9—15a)

  • Allah tövbəkarları qurtarır (15b—21)

59  Yehovanın əli zəif deyil ki, xilas edə bilməsin,+Qulağı tutulmayıb ki, eşidə bilməsin.+   Öz təqsirləriniz sizi Allahınızdan ayırdı.+ Günahlarınız ucbatından O, sizdən üz döndərdi,Sizi eşitmək istəmir.+   Əlləriniz qan içindədir,+Barmaqlarınız günaha bulaşıb. Dodaqlarınızdan yalan yağır,+ dilinizdən pislik tökülür.   Salehliyi çağıran yoxdur,+Doğru niyyətlə məhkəməyə gedən yoxdur. Onlar boş şeylərə bel bağlayır,+ mənasız sözlər danışırlar. Ziyana hamilə qalıb zərər doğurlar.+   Onlar zəhərli ilanın yumurtaları üstündə kürt oturur,Hörümçək toru hörürlər.+ Yumurtalarını kim yesə ölər,Sınan yumurtadan gürzə çıxar.   Onların hördüyü tordan paltar çıxmaz,Düzəltdiklərinə bürünə bilməzlər.+ Əməlləri zərərdir,Əllərində zorakılıq tutublar.+   Ayaqları şər dalınca qaçır,Günahsız qan tökməyə tələsirlər.+ Ağıllarında ancaq pislik tutublar,Yollarında ancaq virançılıq, dərd-bəla var.+   Sülh yolunu tanımırlar,Cığırlarında ədalət yoxdur.+ Yollarını əyirlər.Bu yollarla gedən sülh tapmayacaq.+   Odur ki, ədalət bizdən gen gəzir,Salehlik bizə yaxın gəlmir. Hey işıq gözləyirik, amma hər yan qaranlıqdır.Aydınlıq gözləyirik, amma zülmətdə yeriyirik.+ 10  Kor kimi, divardan tuta-tuta gəzirik,Gözü görməyənlər kimi, əllə yoxlaya-yoxlaya gəzirik.+ Günün günorta çağı büdrəyirik, sanki, qaranlıq gecədir.Qüvvətlilər arasında ölü kimiyik. 11  Hamımız ayı kimi böyürürük,Göyərçintək qəmli-qəmli inləyirik. Ədalət gözləyirik, lakin görmürük,Nicat gözləyirik, lakin bizdən gen durub. 12  Sənin qarşında asi əməlimiz çoxdur,+Hər günahımız əleyhimizə şəhadət edir.+ Asiliyimiz üstümüzdədir,Təqsirlərimizi yaxşı bilirik.+ 13  Biz asi olub Yehovanı inkar etdik,Allahımıza arxa çevirdik. Zülm etməkdən, üsyandan danışırdıq.+Fitnə qurub, ürəyimizdən yalan sözlər çıxarırdıq.+ 14  Ədalət geri çəkilib,+Salehlik uzaqda durub.+Haqq meydanda büdrəyir,Doğruluq ora girə bilmir. 15  Həqiqət* qeyb olub,+Pis əməllərdən əl çəkəni soyurlar. Yehova bunu gördü, çox narazı oldu,Çünki haqq-ədalət tapmadı.+ 16  O gördü ki, bir kömək edən yoxdur,Heyrətə gəldi ki, bir qahmar çıxan yoxdur,Buna görə, Öz qolu nicat gətirdi,Ədaləti də tərəfində durdu. 17  Sonra O, ədaləti zirehtək geydi,Nicat dəbilqəsini başına qoydu,+ Qisas libasını əyninə taxdı,+Qeyrəti əbatək əyninə bürüdü. 18  O, onlara əməllərinin əvəzini verəcək,+ Yağılarına qəzəblə, düşmənlərinə qisasla əvəzini verəcək.+ Adaların da haqqını verəcək. 19  Günbatanda Yehovanın adından,Gündoğanda əzəmətindən qorxacaqlar.Çünki O, gur-gur axan,Yehovanın ruhu ilə axan çay kimi gələcək. 20  Yehova bəyan edir: «Siona,Yaqubun içində asilikdən dönən kəslərin yanına Qurtarıcı+ gələcək».+ 21  Yehova deyir: «Onlarla bağladığım əhd budur.+ Üzərində olan ruhum, dilinə qoyduğum sözlər sənin, uşaqlarının, nəvələrinin dilindən götürülməyəcək. İndidən sonsuzadək», — deyir Yehova.

Haşiyələr

Yaxud dürüstlük.