Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 58:1—14

MÜNDƏRİCAT

  • Həqiqi və saxta oruc (1—12)

  • Şənbənin gətirdiyi sevinc (13, 14)

58  «Var gücünüzlə qışqırın, çəkinməyin! Səsinizi şeypur kimi ucaldın. Xalqıma üsyankarlığını, Yaqub evinə günahlarını bildirin.+   Hər gün Məni axtarırlar, Deyirlər ki, yollarımı tanımaqdan zövq alırlar, Guya onlar əməlisaleh xalqdır, Guya Allahlarının ədalətindən heç uzaqlaşmayıblar.+ Onlar Allaha yaxınlaşmaq istəyilə Məndən adil hökmlər diləyirlər,+   Deyirlər: “Niyə tutduğumuz orucu görmürsən?+ Niyə canımıza verdiyimiz cəfaya fikir vermirsən?”+ Çünki oruc tutduğunuz gün mənfəət güdürsünüz, İşçilərinizə zülm edirsiniz.+   Oruc tutanda didişirsiniz, dalaşırsınız, Amansız zərbələr vurursunuz. Bu cür orucla səsiniz göylərdə necə eşidilsin?   Məgər Mən bu cür oruc istəmişdim: O gün insan özünə zülm eləsin, Qamış kimi başını əysin, Çulun, külün üstündə yatsın? Siz buna oruc, Yehovaya məqbul gün deyirsiniz?   Mənim istədiyim oruc bax budur: Zülm buxovları çıxarılsın, Boyunduruq ipləri açılsın,+ Məzlumlar azad edilsin,+ Hər bir boyunduruq ortadan qırılsın.   Çörəyini aclarla bölüşəsən,+ Yoxsul, evsiz-eşiksiz adamı evinə gətirəsən, Kimisə çılpaq görəndə geyindirəsən,+ Əti ətindən, qanı qanından olana arxa çevirməyəsən.   Onda nurun sübh şəfəqitək saçacaq,+ Tezliklə şəfa tapacaqsan. Qabağında salehliyin gedəcək, Arxadan Yehovanın calalı səni qoruyacaq.+   Onda sən çağıracaqsan, Yehova cavab verəcək; Sən kömək diləyəcəksən, O deyəcək: “Mən buradayam!” Əgər boyunduruğu yox etsən, Barmaqla göstərməyə, kinli sözlərə son qoysan,+ 10  Əgər könlündən keçəni aclara da versən,+ Məzlumları doyursan, Onda nurun zülmətdə də parlayacaq, Zülmət qaranlığın gün kimi aydın olacaq.+ 11  Yehova daim bələdçin olacaq, Quraq torpaqda da səni doyuracaq,+ Sümüklərini təzələyəcək. Yaxşı sulanan bağ kimi,+ Suyu kəsilməyən bulaq kimi olacaqsan. 12  Səndən ötrü qədim xarabalıqları abad edəcəklər,+ Keçmiş nəsillərdən qalma təməlləri bərpa edəcəklər.+ Sənə uçuq divarların qurucusu, Küçə yollarının bərpaçısı deyəcəklər.+ 13  Müqəddəs günüm olan şənbədə mənfəət dalınca qaçmasan,+ Şənbəni sevinc günü, Yehovanın müqəddəs günü, izzətli gün adlandırsan,+ Mənfəət güdmək, boş-boş danışmaq əvəzinə, onu şərəfləndirsən, 14  Onda Yehova səadətin olacaq. Mən səni dünyanın yüksəklərinə qaldıracağam,+ Əcdadın Yaqubun irsindən bəsləyəcəyəm.+ Bu söz Yehovanın ağzından çıxıb».

Haşiyələr