Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 57:1—21

MÜNDƏRİCAT

  • Salehlərin və sadiq adamların vəfatı (1, 2)

  • İsrailin ruhani fahişəliyi (3—13)

  • Fağırlara təsəlli (14—21)

    • Pis adamlar dəniz kimidir (20)

    • Şər adamlar sülh görməyəcək (21)

57  Saleh adam məhv olur,Məhəl qoyan yoxdur. Sadiq adamlar götürülür*,+Amma dərk edən yoxdur ki,Saleh insan bəlaya görə* götürüldü.   O, dincliyə qovuşur. Doğruluqla yeriyənlərin hamısı öz yatağında* yatır.   «Siz isə, ey cadugər qadının oğulları,Ey, zinakarın,Fahişənin balaları, yaxın gəlin.   Kimi məsxərəyə qoyursunuz? Kimə ağzınızı yekə açıb dil çıxarırsınız? Siz ki asilik övladı,Yalan nəslisiniz,+   Nəhəng ağaclar arasında,+Gur yarpaqlı hər ağacın altında şəhvətlə alovlananlar,+Dərələrdə, qaya oyuqlarındaUşaqları kəsənlər nəslisiniz.+   Sənin payın dərənin şümal daşları arasındadır.+ Bəli, payın bunlardır. Çünki şərab təqdiməsini onların önündə tökürsən.+ İndi buna baxıb razı qalmalıyam?   Yatağını yüksək, uca dağda salırdın,+Qurban gətirmək üçün ora qalxırdın.+   Rəmzini qapının, yan taxtanın arxasında qoymuşdun. Məni atmışdın, əynini soyunmuşdun.Yuxarı qalxıb yatağını geniş açırdın. Onlarla əhd bağlamışdın. Onlarla bir yataqda yatmağı sevirdin,+Gözünü onların cinsiyyət üzvünə dikib baxırdın*.   Məlikin* yanına yağla,Çoxlu ətirlə düşürdün. Elçilərini uzaqlara göndərirdin.Beləcə, Məzara* enmişdin. 10  Çoxsaylı yollarında hey əlləşirdin,Heç demədin “axı bu, mənasızdır”. Gücünü təzələyirdin. Odur ki, yorulmaq bilmirsən. 11  Kimdən xoflanmışdın,Kimdən qorxub yalan danışmağa başlamışdın?+ Məni yada salmırdın.+ Heç nəyə məhəl qoymurdun.+ Mən dinmədim, heç nə etmədim,+ Ona görə Məndən qorxmurdun. 12  Mən sənin “salehliyini”, işlərini faş edəcəyəm,+Onların sənə xeyri dəyməyəcək.+ 13  İmdad diləyəndəDəst-dəst bütlərin səni xilas etməyəcək.+ Onların hamısını külək sovuracaq,Yüngül meh əsib onları aparacaq.Mənə pənah gətirən isə diyarı miras alacaq,Müqəddəs dağıma sahib olacaq.+ 14  Onda deyəcəklər: “Tikin, yolu tikin! Yol hazırlayın!+ Xalqımın yolundakı maneələri götürün!”» 15  Əbədi var olan,+ ismi müqəddəs olan,+Uca, Ulu Tanrı belə deyir: «Mənim məskənim yüksək, müqəddəs yerdədir.+Həm də məzlum, fağır adamların arasındadır ki,Fağırın ruhunu dirçəldim,Zülm çəkənlərin qəlbini dirildim.+ 16  Daim çəkişməyəcəyəm,Sonsuzadək qəzəblənməyəcəyəm,+Yoxsa insanın ruhu zəifləyər,+Nəfəsi olan məxluqlar taqətdən düşər. 17  Onun haram qazanc dalınca düşdüyünə qəzəblənmişdim,+Bu günaha görə onu vurdum, ondan üz döndərdim, ona hiddətləndim. Amma o, yenə də xainliyindən əl çəkmədi,+ ürəyi çəkən yolla getdi. 18  Onun yollarından agaham,Lakin ona şəfa verəcəyəm,+ bələdçilik edəcəyəm,+Özünə də,+ yas tutanlarına da təsəlli verəcəyəm».+ 19  «Mən dil bəhrəsi hasil edirəm. Həm uzaqda, həm yaxında olana bitməz sülh bəxş ediləcək,+Mən ona şəfa verəcəyəm», — deyir Yehova. 20  «Pis adamlar isə çalxalanan,Sakitləşmək bilməyən, suları yosunu, lili üzə qaldıran dəniz kimidir. 21  Şər adamlar sülh görməyəcək», — deyir Allahım.+

Haşiyələr

Ölüm mənasında.
Digər variant: bəladan.
Yəni qəbirdə.
Görünür, burada söhbət bütlərə ibadətdən gedir.
Digər variant: padşahın.
İbr. şeol. Lüğətə bax.