Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 56:1—12

MÜNDƏRİCAT

  • Yadellilərlə xədimlər üçün nemətlər (1—8)

    • Hamı üçün dua evi (7)

  • Kor gözətçilər, lal itlər (9—12)

56  Yehova belə deyir: «Haqqı qoruyun+, saleh işlər görün. Çünki nicatım yaxındadır, Ədalətim əyan olacaq.+   Bunlara əməl edən, Bunlardan bərk-bərk yapışan bəndə nə bəxtiyardır. O bəndə ki, şənbəyə riayət edir, onu ləkələmir,+ Əlini heç bir pisliyə bulaşdırmır.   Qoy Yehovanın ətəyindən yapışmış yadelli+ “Yehova məni xalqından ayıracaq” deməsin. Xədim “mən quru bir ağacam” deməsin».  Şənbələrimə riayət edən, Mənə xoş şeyləri seçən, əhdimə bağlı qalan xədimlərə Yehovanın sözü budur:   «Mən onlara oğuldan, qızdan üstün bir şey verəcəyəm, Evimdə, divarlarımın arasında onların abidəsi, adı olacaq. Onlara ölməz, Əbədi ad verəcəyəm.   Qulluq etmək üçün Yehovanın ətəyindən yapışan, Yehovanın adını sevən,+ Onun qulu olan, Şənbəyə riayət edib onu ləkələməyən, Əhdimə bağlı qalan yadellilərə gəlincə,   Onları da müqəddəs dağıma gətirəcəyəm,+ Dua evimdə onları sevindirəcəyəm. Qurbangahımın üstündə gətirdikləri qurbanlar, yandırma qurbanları qəbul olunacaq. Çünki Mənim evim bütün ümmətlərin dua evi adlanacaq».+  İsrailin səpələnmiş övladlarını toplayan Külli-İxtiyar Yehova bəyan edir:+ «Mən toplanmışların yanına başqalarını da toplayacağam».+   Ey məskəni çöllər, meşələr olan vəhşi heyvanlar, Yeməyə gəlin.+ 10  Gözətçilər kordur,+ heç biri heç nə görmür.+ Hamısı hürə bilməyən, lal itlərdir.+ Onlar uzanıb ləhləyirlər, mürgü vurmağı sevirlər. 11  Onlar acgöz köpəklərdir, Doymaq bilmirlər. Onlar nadan çobanlardır.+ Hərəsi öz yolu ilə gedir, Hərəsi haram qazanc dalınca düşür, 12  Deyir: «Gəl şərab gətirim, bəs qədər içək.+ Sabah da bugünkü kimi olacaq, Hələ bundan da yaxşı olacaq!»

Haşiyələr