Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 55:1—13

MÜNDƏRİCAT

  • Havayı yeməyə dəvət (1—5)

  • Yehovanı və sözünü axtarın (6—13)

    • Allahın yolları insan yollarından ucadır (8, 9)

    • Allahın sözü məqsədinə çatacaq (10, 11)

55  Ey susayanlar,+ gəlin, gəlin su kənarına!+ Ey pulu olmayanlar, gəlin, götürün, yeyin! Haydı, gəlin, şərabı, südü pulsuz-parasız alın.+   Niyə çörək olmayan şeyə pul verirsiniz, Niyə qazancınızı qarnı doydurmayan şeylərə xərcləyirsiniz? Mənə diqqətlə qulaq asın, yaxşı şeylər yeyin,+ Qoy canınız ləziz təamlardan ləzzət alsın.+   Mənə qulaq verin, yanıma gəlin.+ Qulaq asın ki, sağ qalasınız. Onda sizinlə əbədi əhd bağlayacağam,+ Davuda göstərdiyim sarsılmaz məhəbbətlə həmahəng bir əhd.+   Budur! Mən onu xalqlara şahid+, Ümmətlərə öndər+ və sərdar+ etmişəm.   Budur! Sən tanımadığın xalqı çağıracaqsan. Xalqın içindən səni tanımayanlar Allahın Yehovanın+, İsrailin Müqəddəsinin xatirinə qaça-qaça yanına gələcək. Çünki O, səni şan-şöhrətə yüksəldəcək.+   Nə qədər ki tapmağa imkan var, Yehovanı axtarın.+ Hələ ki O yaxındadır, Onu çağırın.+   Qoy pis adam pis yolunu, Şər adam şər fikirlərini atsın.+ Qoy Yehovaya tərəf dönsün, ona mərhəmət göstərər.+ Allahımıza tərəf qayıtsın, onu comərdliklə əfv edər.+   Yehova bəyan edir: «Mənim fikirlərim sizin fikirləriniz deyil,+ Mənim yollarım sizin yollarınız deyil.   Göylər yerdən nə qədər ucadırsa, Mənim yollarım sizin yollarınızdan, Mənim fikirlərim, sizin fikirlərinizdən o qədər ucadır.+ 10  Yağış və qar göydən yerə yağır, Torpağı islatmamış, onu barlı-bəhərli etməmiş, Əkinçiyə toxum, yeyənə çörək verməmiş geri qayıtmır. 11  Ağzımdan çıxan söz də belə olacaq.+ O, yanıma əliboş qayıtmayacaq,+ Əksinə, istəyimi hökmən həyata keçirəcək,+ Onu göndərdiyim məqsədə mütləq nail olacaq. 12  Siz sevinə-sevinə çıxacaqsınız,+ Sağ-salamat yurdunuza qayıdacaqsınız.+ Dağlar, təpələr önünüzdə şadlanacaq, sevincdən cuşa gələcək,+ Bütün ağaclar əl çalacaq.+ 13  Tikan yerinə ardıc ağacı, Gicitkən yerinə mərsin bitəcək.+ Bu, silinməz, əbədi nişan olub Yehovaya şan-şöhrət gətirəcək!»+

Haşiyələr