Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 54:1—17

MÜNDƏRİCAT

  • Sonsuz Sionun çoxlu oğulları (1—17)

    • Yehova Sionun əridir (5)

    • Sion oğulları Yehovadan elm alacaq (13)

    • Siona qarşı silahlar yararsızdır (17)

54  Yehova belə deyir: «Ey dünyaya övlad gətirməmiş sonsuz qadın, sevin, cuşa gəl!+ Ey doğuş sancısı çəkməmiş qadın,+ şadlan, şaqraq səsin gəlsin,+Çünki atılmış qadının oğullarıƏrli qadının oğullarından çoxdur.+   Çadırını böyüt,+ Məskəninin örtüyünü böyük aç. Ürəkli ol, çadırının iplərini uzat,Mıxlarını yerə möhkəm çal.+   Sən sağa-sola şaxələnəcəksən. Övladların xalqları ələ keçirəcək,Boş qalmış şəhərlərdə məskunlaşacaqlar.+   Qorxma,+ biabır olmayacaqsan,+Özünü həqir tutma, məyus olmayacaqsan. Sən cavanlığının xəcalətini unudacaqsan,Dulluğunun rüsvayçılığını yada salmayacaqsan».   Allahın belə deyir: «Çünki sənin ərin*+ Ulu Yaradanındır+,Adı ordular Allahı Yehovadır.Qurtarıcın+ İsrailin Müqəddəsidir. O, bütün dünyanın Allahı adlanacaqdır.+   Yehova səni atılmış, dərdli qadıntək,+Cavanlıqda ərdə olub sonradan atılmış qadıntək çağırdı».   «Mən səni qısa bir müddətə atmışdım,Lakin böyük mərhəmətlə toplayıb geri gətirəcəyəm.+   Bir anlığa coşqun qəzəblə səndən üz çevirmişdim,+Lakin tükənməz məhəbbətlə sənə mərhəmət edəcəyəm».+ Sənin qurtarıcın+ Yehova belə deyir.   «Mən bunu Nuhun dövrünə bənzədirəm.+ Nuhun sularının bir daha yeri basmayacağına and içdiyim kimi,+İndi də and içirəm ki, sənə bir də qəzəblənməyəcəyəm, səni tənbeh etməyəcəyəm.+ 10  Dağlar yerindən qalxsa da,Təpələr yerindən sarsılsa da,Məhəbbətim üstündən qalxmayacaq,+Sülh əhdim yerindən sarsılmayacaq».+ Bunu sənə mərhəmət edən Yehova deyir.+ 11  «Ey tufana düşmüş, təsəlli almamış,+ başı bəlalı qadın,+Daşlarını yaxşı palçıqla hörürəm,Təməlini göy yaqutdan qoyuram.+ 12  Qala dişlərini yaqutdan,Darvazalarını bərq vuran daş-qaşdan,Sərhədlərini ləl-cəvahiratdan tikəcəyəm. 13  Bütün oğulların Yehovadan elm alacaq,+Oğullarının əmin-amanlığı bitib-tükənməyəcək.+ 14  Salehlikdə bərqərar olacaqsan.+ Zülmdən uzaq olacaqsan.+Qorxu, dəhşət üçün bir səbəb olmayacaq,Onlar artıq sənə yaxın gəlməyəcək.+ 15  Kimsə sənə hücum etsə,Bil ki, bu, Məndən deyil. Sənə həmlə edən məğlub olacaq».+ 16  «Közü üfürərək silah düzəldən ustanıMən yaratdım.Dağıdıb viran qoyan adamı Da Mən yaratdım.+ 17  Sənə qarşı düzəldilən heç bir silah kara gəlməyəcək,+Məhkəmədə əleyhinə qalxan hər dili haqsız çıxaracaqsan. Yehovanın qullarının irsi budur,Onların salehliyi Məndən gəlir», — deyə Yehova bəyan edir.+

Haşiyələr

Yaxud ağan.