Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 53:1—12

MÜNDƏRİCAT

  • Yehovanın qulunun əzabı, ölümü və dəfni (1—12)

    • Ona həqarət edirdilər (3)

    • Azar-bezarımızı çəkirdi (4)

    • Kəsməyə aparılan qoyun (7)

    • Çoxlarının günahını daşıdı (12)

53  Kim bizdən eşitdiyinə* iman gətirdi?+ Yehova gücünü* kimə nümayiş etdirdi?+   O, onun* önündə pöhrə+ kimi, quru torpaqda kök kimi cücərəcək. Görkəmində nə vüqar, nə cah-calal var,+ Baxanda görkəmi bizi özünə çəkmir.   Ona həqarət edirdilər, ondan gen gəzirdilər,+ O, dərd əhli idi, azar-bezarı bilən idi. Sanki, çöhrəsi bizdən gizli idi*. Ona həqarət edirdilər, biz onu heç sayırdıq.+   Əslində, o, azar-bezarımızı çəkirdi,+ Dərdimizi üzərinə götürmüşdü.+ Biz isə elə bilirdik, onu Allah vurub, dərdə, bəlaya düçar edib.   Asiliyimizə+ görə onun bədəni deşildi,+ Təqsirlərimizə görə əzab çəkdi.+ Əmin-amanlığımız uğrunda cəza çəkdi.+ Biz onun yaraları ilə şəfa tapdıq.+   Hamımız qoyun kimi azıb qalmışdıq,+ Hərə bir yana üz tutmuşdu; Yehova hamımızın təqsirini onun üzərinə qoydu.+   Ona zülm verdilər,+ o əzab çəkməyə razı oldu,+ Ağzını da açmadı. Onu kəsməyə aparılan qoyun kimi apardılar,+ Qırxımçıların qabağında dilsiz-ağızsız duran qoyun kimi idi, Ağzını açıb dinmədi.+   O, zülm gördü, haqsız məhkum edilib aradan götürüldü. Kimdir onun əsil-nəcabəti ilə maraqlanan?! Onu işıqlı dünyadan* yox etdilər;+ O, xalqımın asiliyi ucbatından vuruldu.+   Ona şər bəndələrin yanında,+ Öləndə dövlətlilərin* yanında yer verildi,+ Halbuki heç bir pislik* etməmişdi, Ağzından bir hiyləli söz çıxmamışdı.+ 10  Onu əzaba, azar-bezara düçar etmək Yehovaya məqbul idi. Onun canını təqsir qurbanı olaraq təqdim etsən,+ O, övladlarını görəcək, ömrünü uzadacaq,+ Yehovanın istəyi onun vasitəsilə həyata keçəcək.+ 11  Çəkdiyi cəfanın səfasını görüb razı qalacaq. Mənim saleh bəndəm, qulum+ Elmi ilə çoxlarını salehliyə çatdıracaq*;+ Onların təqsir yükünü daşıyacaq.+ 12  Buna görə ona çoxları arasında pay verəcəyəm, O, güclü adamlarla qənimət böləcək, Çünki canını ölümə verdi,+ Asilərə tay tutuldu,+ Çoxlarının günah yükünü daşıdı,+ Asilər üçün imdad dilədi.+

Haşiyələr

Digər variant: bizim eşitdiyimizə.
Hərfən: qolunu.
Burada ya insan, ya da Allah nəzərdə tutulur.
Digər variant: adamların üz çevirdiyi kəs kimi idi.
Hərfən: dirilər ölkəsindən.
Hərfən: dövlətli adamın.
Yaxud zorakılıq.
Yaxud çoxlarına bəraət qazandıracaq.