Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 52:1—15

MÜNDƏRİCAT

  • Oyan, ey Sion (1—12)

    • Müjdəçilərin qədəmləri gözəldir (7)

    •  Sionun gözətçiləri səs-səsə verib (8)

    • Müqəddəs əşyaları daşıyanlar pak olmalıdır (11)

  • Yehovanın qulu yüksələcək (13—15)

    • Əcaib hala salınmışdı (14)

52  Oyan! Oyan! Ey Sion+, qüdrətə bürün!+ Ey müqəddəs şəhər Yerusəlim, gözəl libasını geyin!+ Daha heç bir sünnətsiz, heç bir murdar adam sənin darvazandan girməyəcək.+   Ey Yerusəlim, yerdən qalx, üstünün tozunu çırp, şərəfli yerdə əyləş. Ey əsirlikdə olan Sion qızı, boynundakı buxovu çıxar!+   Yehova belə deyir: «Siz havayı satılmışdınız,+ Pulsuz geri alınacaqsınız».+   Külli-İxtiyar Yehova belə deyir: «Əvvəl xalqım Misirə getdi, orada qərib kimi yaşadı,+ Sonra Aşşur nahaqdan ona zülm etdi».   «Bəs indi Mən neyləməliyəm? — deyir Yehova, — Xalqımı müftə götürüb aparıblar. Onlara ağalıq edənlər zəfər harayı ucaldırlar,+ — deyir Yehova, — Gecə-gündüz adıma küfr edilir.+   Bu səbəbdən xalqım adımı biləcəkdir,+ Bu səbəbdən o gün onlar biləcək ki, bunu deyən Mən idim. Bəli, Mən!»   Dağları aşıb gələn müjdəçinin qədəmləri nə gözəldir!+ O, sülh xəbəri gətirir,+ Gözəl xəbər müjdələyir, Nicat xəbərini elan edir, Siona deyir: «Sənin Allahın padşah oldu!»+   Bir qulaq as! Sənin gözətçilərin qışqırır. Hamısı səs-səsə verib sevincdən haray salır, Görürlər ki, Yehova Sionu toplayıb geri qaytarır.   Ey Yerusəlimin xarabalıqları, şadlanın, bir ağızdan sevinc harayı ucaldın,+ Çünki Yehova xalqına təskinlik verdi,+ Yerusəlimi azad etdi.+ 10  Yehova bütün xalqların gözü qabağında müqəddəs qolunu çırmaladı.+ Dünyanın bütün nəhayətləri Allahımızın verdiyi qurtuluşu görəcək.+ 11  Çıxın, çıxın, oranı tərk edin,+ murdar şeylərə toxunmayın!+ Oranı tərk edin,+ özünüzü pak saxlayın, Ey Yehovanın evinin əşyalarını daşıyanlar.+ 12  Siz həyəcan içində çıxmayacaqsınız, Canınızı götürüb qaçmayacaqsınız. Çünki Yehova önünüzdə gedəcək,+ İsrailin Allahı sizi arxadan qoruyacaq.+ 13  Mənim qulum+ bəsirətlə hərəkət edəcək. O yüksələcək, Ucaldıqca ucalacaq.+ 14  Çoxları heyrət içində ona baxdığı kimi (O, çox əcaib hala salınmışdı, başqalarından çox, Camalı çox korlanmışdı, bəşərinkindən çox), 15  O, çoxlu xalqları heyrətə salacaq.+ Qarşısında padşahlar ağzını yumacaq,+ Çünki onlara danışılmamış şeyləri görəcəklər, Eşitmədikləri şeylərə diqqət verəcəklər.+

Haşiyələr