Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 51:1—23

MÜNDƏRİCAT

  • Sion Ədən bağı kimi olacaq (1—8)

  • Xaliqin Siona verdiyi təsəlli (9—16)

  • Yehovanın qəzəb camı (17—23)

51  Dinləyin, ey salehlik ardınca gedənlər, Ey Yehovanı axtaranlar! Yonulub alındığınız qayaya, Qazılıb çıxarıldığınız çalaya baxın.   Atanız İbrahimə, Sizi dünyaya gətirən Saraya+ baxın. Mən onu çağıranda o, tək idi,+ Ona bərəkət verib çoxaltdım.+   Yehova Siona təsəlli verəcək.+ Bütün xarabalıqlarına təskinlik gətirəcək,+ Onun səhrasını Ədən+ kimi, Çöllərini Yehovanın bağı kimi edəcək.+ Orada şadlıq, sevinc olacaq, Şükranlar, nəğmələr oxunacaq.+   Ey xalqım, Mənə diqqət ver, Ey ümmətim, Məni eşit.+ Mən bir qanun çıxaracağam,+ Ədalətimi xalqlara nur edəcəyəm.+   Ədalətim yaxınlaşır,+ Nicatım artıq yoldadır,+ Qolum xalqları mühakimə edəcək.+ Adalar mənə ümid bağlayacaq,+ Qüvvətli qolumu gözləyəcəklər.   Başınızı qaldırıb göylərə baxın, Ayağınızın altındakı yerə baxın. Göylər tüstü kimi dağılacaq, Yer paltar kimi köhnələcək. Sakinləri ağcaqanad kimi məhv olacaq. Mənim nicatım isə əbədi qalacaq,+ Ədalətim sarsılmayacaq.+   Dinləyin, ey salehliyi tanıyanlar, Qanunumu ürəyində gəzdirənlər.+ Fani insanın rişxəndindən qorxmayın, Qoy onun təhqirləri sizi dəhşətə salmasın.   Çünki güvə onu paltar kimi yeyəcək, Paltar güvəsi* onu yun kimi yeyib qurtaracaq.+ Mənim ədalətim isə əbədiyyət boyu, Nicatım nəsillər boyu qalacaq».+   Oyan! Oyan! Güclən, Ey Yehovanın qolu!+ Qədimdə, keçmiş nəsillərin zamanında olduğu kimi oyan! Rahabı*+ vurub parça-parça edən, Dəniz əjdahasını dəlib-deşən sən deyildin?+ 10  Dənizi, ümman suları qurudan,+ Qurtulmuşları keçirmək üçün dənizin dibindən yol açan sən deyildin?+ 11  Yehovanın qurtuluş verdikləri qayıdacaq.+ Sevinc sədalarıyla Siona gələcək,+ Sonsuz fərəh başlarının tacı olacaq.+ Onların nəsibi şadlıq və sevinc olacaq, Qəm-qüssə qaçıb gedəcək.+ 12  «Sənə təsəlli verən Mənəm.+ Bu gün var olub, sabah yox olan fani insandan,+ Ot kimi solub gedən bəni-adəmdən niyə qorxursan? 13  Göyləri yayan,+ Yerin təməlini quran Xaliqin+ Yehovanı niyə unudursan? Zülmkarın qəzəbindən bütün günü qorxu içində idin, Sanki, hər an gəlib səni məhv edəcəkdi. Hanı indi o zülmkarın qəzəbi? 14  Qolu qandallı, qəddi bükülü olan bir azdan azadlığa çıxacaq.+ O ölüb qəbrə düşməyəcək, Çörəksiz qalmayacaq. 15  Mən dənizi çalxalayan, Dalğaları şahə qaldıran Allahın Yehovayam.+ Mənim adım ordular Allahı Yehovadır.+ 16  Sözlərimi sənin ağzına qoyacağam, Əlimin kölgəsində səni gizlədəcəyəm+ ki, Göyləri bərqərar edim, yerin təməlini qoyum,+ Siona “sən Mənim xalqımsan” deyim.+ 17  Oyan! Oyan! Qalx, ey Yehovanın əlindəki qəzəb camını içən Yerusəlim.+ Qədəhi içdin, Sərxoş edən camı boşaltdın.+ 18  Doğduğu oğullardan biri yoxdur ki, onu aparsın, Boya-başa çatdırdığı oğullardan biri yoxdur ki, qolundan tutsun. 19  Başına iki şey gəldi, Halına kim acıyacaq? Məhv və viranəlik, aclıq və qılınc!+ Kim sənə təsəlli verəcək?+ 20  Oğulların huşunu itirib,+ Tora düşmüş çöl qoyunu kimi, Küçə tinlərində yıxılıb qalıblar. Onlar Yehovanın qəzəbini, Sənin Allahının tənbehini son damlasına qədər içiblər». 21  Odur ki, ey şərabsız sərxoş olmuş, Ey bədbəxt qadın, qulaq as! 22  Xalqını qoruyan Allahın, Rəbbin Yehova belə deyir: «Sərxoş edən camı, O qədəhi, Mənim qəzəb camımı əlindən alacağam,+ Bir də ondan içməyəcəksən.+ 23  Onu sənə işgəncə verənlərin əlinin içinə qoyacağam.+ Axı onlar sənə “əyil səni tapdalayıb keçək” deyirdilər. Sən də kürəyini torpaq kimi, Küçə kimi etmişdin ki, keçsinlər».

Haşiyələr

Digər variant: qurd.