Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 50:1—11

MÜNDƏRİCAT

  • İsrailin günahları başına bəladır (1—3)

  • Yehovanın itaətkar qulu (4—11)

    • Ariflərin dili (4)

50  Yehova belə deyir: «Hanı boşadığım ananızın talağı?+ Hansı borcverənə sizi satmışam? Siz öz təqsirləriniz+ ucbatından satılmısınız, Asiliyiniz ucbatından ananız qovuldu.+   Mən gələndə niyə heç kim yox idi? Çağıranda niyə heç kim cavab vermədi?+ Məgər sizi qurtarmaq üçün əlim zəifdir? Məgər sizi xilas etməyə gücüm çatmır?+ Mən bir sözümlə dənizi quruduram,+ Çayları qupquru səhraya döndərirəm.+ Balıqları susuz qalıb çürüyür, Susuzluqdan tələf olurlar.   Mən göylərə zülmət geyindirirəm,+ Əyinlərini çulla örtürəm».   Külli-İxtiyar Yehova mənə ariflərin dilini verib ki,+ Yerində deyilmiş sözlə yorğunlara hay verə bilim*.+ Hər səhər məni oyadır, Qulağımı oyadır ki, ariflər kimi dinləyim.+   Külli-İxtiyar Yehova qulağımı açdı, Mən inad etmədim,+ Üzümü çevirmədim.+   Məni vuranlara kürəyimi açdım, Saqqalımı yolanlara yanağımı uzatdım. Təhqirlərdən, tüpürcəklərdən sifətimi gizlətmədim.+   Külli-İxtiyar Yehova mənə kömək olar,+ Xəcil olmaram. Odur ki, üzümü çaxmaqdaşı kimi etmişəm,+ Bilirəm, əsla rüsvay olmaram.   Mənə haqq qazandıran yanımdadır. Kim məni ittiham edə bilər?+ Gəlin bir yerdə ayağa qalxaq. Kimin mənə qarşı iddiası var? Qoy yaxınlaşsın.   Külli-İxtiyar Yehova köməyimdir. Kim məni müqəssir çıxarar? Onların hamısı paltar kimi köhnəlib gedəcək. Onları güvə yeyib məhv edəcək. 10  Aranızda Yehovadan qorxan, Qulunun səsinə qulaq asan varmı?+ İşıq üzü görməyib zülmətdə gəzən varmı? Qoy o, Yehovanın adına güvənsin, Allahına bel bağlasın. 11  «Siz, ey od qalayanlar, Qığılcım saçdıranlar, Alovunuzun işığında, Qığılcımlarınızın arasında gəzin. Əlimdən alacağınız pay bu olacaq: Şiddətli ağrıdan yerə səriləcəksiniz.

Haşiyələr

Digər variant: təravət verə bilim.