Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 49:1—26

MÜNDƏRİCAT

  • Yehovanın qulunun tapşırığı (1—12)

    • Xalqlar üçün nur (6)

  • İsrail üçün təsəlli (13—26)

49  Ey adalar, Məni dinləyin,Ey uzaq ellər, Mənə diqqət verin!+ Mən hələ doğulmamış Yehova məni çağırdı.+ Mən hələ anamın bətnində ikən O, adımı çəkdi.   O, dilimi* iti qılınctək etdi;Məni əlinin kölgəsində gizlətdi.+ O, məni cilalanmış ox etdi,Oxdanında gizlətdi.   Mənə dedi: «Ey İsrail, sən Mənim qulumsan,+Sənin üzərində calalımı göstərəcəyəm».+   Mən dedim: «Boş yerə zəhmət çəkmişəm. Gücümü heç nəyə, hədər yerə sərf etmişəm. Ancaq mənim hakimim Yehovadır,Haqqımı Allahım verəcək».+   İndi isə anamın bətnində mənə şəkil verib Öz qulu edən YehovaMənə Yaqubu geri qaytarmağı buyurub ki,İsrail Onun yanına toplaşsın.+ Mən Yehovanın gözündə şan-şöhrətə yüksələcəyəm,Allahım mənim qüvvətim olacaq.   O dedi: «Yaqubun qəbilələrini ayağa qaldırmaq,İsraildən sağ qalanları geri gətirmək üçünQulum olmağın kifayət deyil. Səni həm də xalqlar üçün nur etmişəm ki,+Verdiyim nicat yerin nəhayətlərinə kimi yetişsin».+  Hökmdarların qulu olan, insanların həqarət etdiyi,+ xalqın nifrət bəslədiyi şəxsə İsrailin Qurtarıcısı və Müqəddəsi+ Yehova deyir: «Səni seçmiş İsrailin Müqəddəsinə,+Sadiq Allah Yehovaya görə+Padşahlar gördükləri qarşısında ayağa qalxacaq,Əyanlar diz çökəcək».   Yehova belə deyir: «İltifat vaxtı sənə cavab verdim,+Xilas günü sənə kömək etdim.+Səni qorudum ki, səni xalq üçün əhd edim,+Qorudum ki, ölkəni dirçəldəsən,Viran qalmış irsləri sahiblərinə qaytarasan,+   Məhbuslara: “Çıxın!”,+ Zülmətdə olanlara:+ “İşığa çıxın!” — deyəsən. Onlar yollar kənarında otlayacaq,Bütün gediş-gəlişli cığırlar* boyu onlar üçün otlaq olacaq. 10  Onlar ac, susuz qalmayacaqlar,+Onları qızmar günəş vurmayacaq,+ Çünki onlara mərhəmət göstərən onları yönəldəcək,+Onları su qaynaqlarına aparacaq.+ 11  Mən bütün dağlarımı yola döndərəcəyəm,Yollarım hündürlükdən keçəcək.+ 12  Budur, uzaqlardan gəlirlər.+Kimi şimaldan, kimi qərbdən,Kimi Sinim diyarından gəlir».+ 13  Ey göylər, sevinc sədaları yüksəldin, ey yer, şadlan!+ Qoy dağlar sevinib səsini ucaltsın,+ Çünki Yehova xalqına təsəlli verdi,+Məzlum bəndələrinə mərhəmət göstərdi.+ 14  Sion isə deyirdi: «Yehova məni atıb,+ Yehova məni unudub».+ 15  Heç ana südəmər körpəsini unudar?Məgər bətnində daşıdığı balasına yazığı gəlməz? Ana uşağını unutsa belə, Mən səni heç vaxt unutmaram.+ 16  Bax, adını ovcumun içinə həkk etdim. Sənin divarların daim gözümün qabağındadır. 17  Oğulların yeyin-yeyin gəlir. Səni dağıdıb viran edənlər səndən kənar olacaq. 18  Başını qaldırıb ətrafa bax. Hamısı toplaşıb Yanına gəlir.+ Yehova bəyan edir: «Varlığıma and olsun,Onlarla özünü bəzəyəcəksən,Onları gəlin kimi üstünə taxacaqsan. 19  Bir vaxt torpaqların viranə, bomboş qalsa da, xarabalığa dönsə də,+İndi orada yaşayanlara darlıq edəcək,+Səni tar-mar edənlər+ səndən uzaq olacaq.+ 20  Məhrumiyyət dövründə doğulan oğullar sənə deyəcək:“Bu yer mənə darlıq edir, Yaşamaq üçün bizə yer ver”.+ 21  Ürəyində deyəcəksən:“Bunların atası kimdir?Axı mən övladlarından məhrum olmuş sonsuz qadınam,Sürgündəyəm, məhbusam. Bunları kim boya-başa çatdırıb?+ Axı mən tək qalmışdım,+Bunlar haradan çıxdı?”»+ 22  Külli-İxtiyar Yehova belə deyir: «Mən əlimi qaldırıb xalqlara,Bayrağımı qaldırıb ümmətlərə işarə edəcəyəm.+ Onlar sənin oğullarını qucaqlarında,Qızlarını çiyinlərində gətirəcəklər.+ 23  Padşahlar qulluğunda duracaq,+Şahzadə qızlar sənə dayə olacaq. Onlar önündə üz üstə düşüb təzim edəcək,+Ayağının tozunu yalayacaqlar,+Onda biləcəksən ki, Mən Yehovayam;Mənə təvəkkül edənlər xəcil olmaz».+ 24  Heç güclü adamın əlindən əsirləri çıxartmaq olar?Zalımın əlindən əsirləri qurtarmaq olar? 25  Yehovanın isə sözü budur: «Güclünün belə, əlindən əsirlər çıxarılacaq,+Zalımın belə, əlindən əsirlər qurtarılacaq.+ Sizə qənim kəsilənlərə qənim kəsiləcəyəm.+Sizin oğullarınızı Mən xilas edəcəyəm. 26  Sizə zülm edənlərə öz bədənlərinin ətini yedirdəcəyəm,Şirin şərab içmiş kimi öz qanlarından sərxoş olacaqlar. Onda hamı biləcək ki, Mən Yehovayam,+Sənin xilaskarın+, qurtarıcın+,Yaqubun qüdrətli Allahıyam».+

Haşiyələr

Hərfən: ağzımı.
Digər variant: bütün çılpaq təpələr.