Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 48:1—22

MÜNDƏRİCAT

  • İsrail saflaşdırılır (1—11)

  • Yehova Babilə qarşı qalxacaq (12—16a)

  • Allahın öyüdü xeyirlidir (16b—19)

  • Babildən çıxın! (20—22)

48  Dinlə, ey Yaqub evi, Ey özünü İsrailin adı ilə adlandıran,+ Ey Yəhuda sularından çıxan*, Ey Yehovanın adına and içən,+ İsrailin Allahını çağıran, Lakin bunu həqiqətə uyğun, salehliklə etməyən.+   Onlar deyirlər ki, müqəddəs şəhərdəndirlər,+ Adı ordular Allahı Yehova olan İsrailin Allahına üz tuturlar.+   «Keçmişdə olanları Mən lap əzəldən demişdim, Bu şeylər Mənim ağzımdan çıxmışdı, Onları Mən əyan etmişdim.+ Sonra qəfil hərəkətə keçdim, onlar gerçəkləşdi.+   Bilirdim, siz çox inadkarsınız, Boynunuzun əzələləri* dəmirdən, alnınız misdəndir,+   Ona görə sizə lap əvvəldən demişdim, Bu şeylər baş verməmişdən sizə bildirdim ki, Sonra deməyəsiniz, “bunu mənim bütüm eləyib, Oyma bütümün, tökmə bütümün hökmü ilə olub”.   Siz bütün bunları eşidib gördünüz. Məgər bunları bəyan etməli deyilsiniz?+ İndi isə Mən sizə yeni şeyləri, Gizli saxlanılan, bilmədiyiniz şeyləri əyan edirəm.+   Bunlar indi gerçəkləşir, bu cür şeylər qədimdə olmayıb, İndiyədək bunlar barədə eşitməmisiniz. Odur ki, deyə bilməzsiniz “əşi, mən bunları bilirdim”.   Xeyr, eşitməmisiniz,+ bilmirsiniz, Ta keçmişdən qulaqlarınız tıxanmışdır. Sizin necə xəyanətkar olduğunuzu bilirəm,+ Ta doğulandan adınız asidir.+   Adım naminə qəzəbimi saxlayacağam,+ Şanım naminə səbir göstərib Sizi məhv etməyəcəyəm.+ 10  Sizi gümüş kimi olmasa da, saflaşdırdım.+ Sizi əzab sobasında sınadım*.+ 11  Öz xatirimə, Öz xatirimə hərəkətə keçəcəyəm,+ Adımın ləkələnməsinə yol vermərəm.+ Şanımı heç kəsə vermərəm*. 12  Ey Yaqub, ey çağırdığım İsrail, Məni dinlə. Mən həmişəkiyəm.+ İlk Mənəm, son da Mənəm.+ 13  Yerin təməlini qoyan Mənim əlim olub,+ Göyləri sağ əlim yayıb.+ Onları çağıran kimi hamısı hazır durur. 14  Hamınız toplaşıb qulaq asın. Bunlardan hansı biri bu şeyləri xəbər verib? Yehova ona mehr saldı.+ O, Babilə istədiyini edəcək,+ Onun qolu kəldanilərin üzərinə enəcək.+ 15  Mən demişəm, onu Mən çağırmışam,+ Onu Mən gətirmişəm, onun yolu uğurlu olacaq.+ 16  Yaxın gəlin, görün nə deyirəm. Mən heç vaxt xəlvətdə danışmamışam.+ Bu şeylər başlayandan Mən orada idim». Məni Külli-İxtiyar Yehova və Onun ruhu göndərdi. 17  Sənin Qurtarıcın, İsrailin Müqəddəsi Yehova belə deyir:+ «Mən sənin Allahın Yehovayam, Mən sənin xeyrinə səni öyrədirəm,+ Səni getməli olduğun yolla aparıram.+ 18  Kaş əmrlərimə diqqət yetirəydin!+ Onda əmin-amanlığın çay kimi,+ Salehliyin dəniz dalğaları kimi olardı.+ 19  Nəslin qum qədər, Övladların qum dənələri qədər olardı.+ Adları heç vaxt önümdən silinib yox olmazdı». 20  Babildən çıxın!+ Kəldanilərdən qaçın! Sevinc sədaları ilə bəyan edin, car çəkin!+ Dünyanın nəhayətlərinə çatdırın,+ Deyin: «Yehova qulu Yaqubu azad etdi!»+ 21  Onları biyabanla aparanda onlar susamadılar.+ Onlar üçün qayadan su axıtdı, Qayanı yarıb gur su çıxartdı».+ 22  Yehova deyir: «Şər adamlar sülh görməyəcək».+

Haşiyələr

Digər variant: ey Yəhudadan törəyən.
Yaxud vətərləri.
Digər variant: seçdim.
Yaxud şanımı başqası ilə bölüşmərəm.