Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 47:1—15

MÜNDƏRİCAT

  • Babilin süqutu (1—15)

    • Münəccimlər ifşa edilir (13—15)

47  Ey bakirə Babil qızı, Aşağı düş, toz-torpaq içində otur.+ Ey Kəldan qızı, Taxtsız quru torpaqda otur.+ Daha sənə incə, nazənin deməyəcəklər.   Əldəyirmanını götür buğda üyüt, Örpəyini aç, Tumanını çıxart, baldırlarını çırmalayıb Çayları keç.   Lüt-üryan olacaqsan, Eyib yerlərin görünəcək. Mən qisas alacağam,+ heç kim Məni saxlaya bilməz*.   «Bizi azad edən, İsrailin Müqəddəsidir. Onun adı ordular Allahı Yehovadır».+   Ey Kəldan qızı, Lal-dinməz otur, qaranlığa çəkil.+ Daha sənə səltənətlər məlikəsi deməyəcəklər.+   Mən xalqıma qəzəbləndim,+ İrsimi alçaldıb Sənə təslim etdim.+ Amma sənin onlara yazığın gəlmədi.+ Hətta qocaların da belinə ağır yük qoydun.+   Deyirdin: «Mən həmişə, əbədiyyən məlikə olacağam».+ Heç nəyə məhəl qoymurdun, Düşünmürdün, bunun axırı necə olacaq.   İndi isə qulaq as, ey eyş-işrət düşgünü!+ Təhlükəsiz yerdə oturub ürəyində deyirsən: «Mən yeganəyəm, məndən başqası yoxdur.+ Mən dul qalmayacağam, Övlad itkisi dadmayacağam».+   Amma bil ki, ikisi də bir gündə başına gələcək,+ Övlad itkisi də, dulluq da. Cadugərliyinə, güclü ovsunlarına görə*+ Bunları bütövlüklə dadacaqsan.+ 10  Şər əməllərinə güvənirdin, Deyirdin: «Kimdir məni görən?!» Sənin elmin, hikmətin səni yoldan çıxartdı, Ürəyində deyirsən: «Mən yeganəyəm, məndən başqası yoxdur». 11  Amma başına fəlakət gələcək, Heç bir tilsimin bunun qarşısını ala bilməyəcək. Müsibətlər görəcəksən, yaxanı qurtara bilməyəcəksən. Heç vaxt görmədiyin viranəlik görəcəksən.+ 12  İndi get ovsunlarını oxu, cadugərliyini elə,+ Cavanlığından can qoyduğun sənətinlə məşğul ol, Bəlkə, bir xeyri dəydi, Bəlkə, insanların canına vahimə sala bildin. 13  Məsləhətçilərinin çoxluğundan bezara gəlmişdin. İndi bu göylərə səcdə qılanlar*, Ulduzları izləyənlər,+ Təzə ay çıxanda səni gözləyən hadisələri xəbər verənlər Qoy durub səni xilas etsinlər. 14  Onlar saman kimidir, Alov onları udacaq. Özlərini alovdan qurtara bilməyəcəklər. Bu alov isinmək üçün, Qırağında oturmaq üçün deyil. 15  Cavanlığından birgə çalışdığın ovsunçular Sənin üçün bundan artıq olmayacaq. Hamısı dağılışacaq, hərəsi bir yana gedəcək. Səni xilas edən tapılmayacaq.+

Haşiyələr

Digər variant: heç kimə rəhm etməyəcəyəm.
Digər variant: rəğmən.
Digər variant: göyləri yaranlar; münəccimlər.