Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 46:1—13

MÜNDƏRİCAT

  • Babil bütləri və İsrailin Allahı (1—13)

    • Allah gələcəkdən xəbər verir (10)

    • Gündoğandan yırtıcı quş (11)

46  Bel diz çökür,+ Nəbu* əyilir. Onların bütləri heyvanlara, yük heyvanlarına yüklənib,+ Yorğun heyvanların belində ağır yük olublar.   İkisi də birgə əyilir, diz çökürlər, Bu yükləri xilas edə bilmirlər, Özləri əsir gedirlər.   «Ey doğulandan bəri dayaq olduğum, bətndən bəri gəzdirdiyim Yaqub evi, Ey İsrail evindən qalanlar, Mənə qulaq asın.+   Siz qocalanda da Mən eyni qalacağam,+ Başınız ağaranadək sizi gəzdirəcəyəm. Həmişə etdiyim kimi, sizi gəzdirəcəyəm, sizi daşıyacağam, sizi xilas edəcəyəm.+   Məni kimə bənzədərdiniz, kimə tay tutardınız, kimə oxşadardınız ki,+ Biz eyni olaq?+   Kimisi kisəsini açıb bolluca qızıl tökür, Çəki ilə gümüş verir, Usta* tutub bunlardan allah düzəltdirir.+ Sonra yerə döşənib ona səcdə qılır.+   Onu qaldırıb çiyninə götürür,+ Aparıb yerinə qoyur, O, orada durur, yerindən tərpənmir.+ Ona yalvarır, o isə cavab vermir, Heç kimi dardan qurtara bilmir.+   Ey asilər, bundan ibrət götürün. Bunu yadda saxlayın və mərd olun.   Qədimdə olanları xatırlayın, Allah Mənəm, başqası yoxdur. Allah Mənəm, Mənim mislim yoxdur.+ 10  Axırı əvvəldən, Baş verməmiş hadisələri əzəldən xəbər verirəm.+ Deyirəm: “Mənim hökmüm dəyişməyəcək,+ Niyyətimdə olan hər şeyi edəcəyəm”.+ 11  Gündoğandan yırtıcı quş,+ Hökmümü yerinə yetirmək üçün uzaq diyardan bir nəfər çağırıram.+ Dedim, edəcəyəm. Niyyət etdim, həyata keçirəcəyəm.+ 12  Ey ürəyi inadkarlar, Ey salehlikdən uzaq olanlar, Mənə qulaq asın. 13  Ədalətim yaxınlaşır, Uzaqda deyil. Nicatım gecikməyəcək.+ Siona nicat, İsrailə calalımı bəxş edəcəyəm».+

Haşiyələr

Bel və Nəbu Babil allahları olub.
Hərfən: dəmirçi.