Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 45:1—25

MÜNDƏRİCAT

  • Kuruş Babili tutacaq (1—8)

  • Gil dulusçu ilə çəkişməz (9—13)

  • Xalqlar İsraili tanıyacaq (14—17)

  • Allahın işləri və vəhyləri etibarlıdır (18—25)

    • Yeri yaşayış üçün yaradıb (18)

45  Yehova məsh etdiyi Kuruşa+,Önündə xalqları baş əydirmək,Padşahları tərksilah etmək,Qarşısında qapılar bağlıOlmasın deyə ikitaylı darvazanı taybatay açmaq üçünSağ əlindən tutduğu kəsə+ belə deyir:+   «Mən sənin önündə gedəcəyəm,+Təpələri düzəngah edəcəyəm. Mis qapıları qırıb parça-parça edəcəyəm,Dəmir rəzələri kəsib doğrayacağam.+   Qaranlıq yerlərdəki xəzinələri,Gizli yerlərdə saxlanılan xəzinələri sənə verəcəyəm+ ki, biləsən,Mən Yehovayam,Səni adınla çağıran İsrailin Allahıyam.+   Qulum Yaqubun, seçdiyim İsrailin xatirinəSəni adınla çağırıram, Məni tanımadığın halda, sənə şərəfli ad verirəm.   Yehova Mənəm, başqası yoxdur. Məndən başqa Allah yoxdur.+ Məni tanımadığın halda, belini kip qurşayacağam ki,   Gündoğandan günbatanadək bütün insanlar bilsin,Məndən başqası yoxdur.+Yehova Mənəm, Başqası yoxdur.+   Nuru+ da, zülməti+ də Mən yaradıram,Dincliyi+ də, fəlakəti+ də Mən gətirirəm;Bütün bunları edən Mənəm, Yehova.   Ey göylər, yuxarıdan yağış tökün,+Qoy buludlar haqq-ədalət yağdırsın. Qoy yer köksünü açsın, qurtuluş barı gətirsin,Onunla birlikdə haqq-ədalət bitirsin.+ Bunu yaradan Mənəm, Yehova».   Yaradanı ilə çəkişənin vay halına!O, yerə düşmüş saxsıParçalarından biridir. Heç gil dulusçuya «bu nədir düzəldirsən» deyər?+ Heç düzəltdiyin əşya sənə «bunun əlləri yoxdur» deyər?* 10  Ataya «belindən gələnə bax», Anaya «doğduğuna bax»* deyənin vay halına! 11  İsrailin Müqəddəsi,+ onu yaradan Yehova belə deyir: «Bəlkə, Məndən gələcək barədə soruşmaq istəyirsiniz,Bəlkə, oğullarımla,+ ya da əllərimin işi ilə bağlı göstəriş vermək istəyirsiniz? 12  Yerə quruluş verən,+ üzərində insanı yaradan Mənəm.+ Əllərilə göyləri yayan,+Göylərin bütün ordusuna əmr edən Mənəm».+ 13  «Mən bir nəfəri haqq naminə ayağa qaldırmışam.+Onun bütün yollarını düz edəcəyəm. Mənim şəhərimi o tikəcək.+Əsirlikdə olanlarımı fidyəsiz, bəxşişsiz+ azad edəcək»,+ — deyir ordular Allahı Yehova. 14  Yehova belə deyir: «Misirin gəliri*, Həbəşin malları*, boy-buxunlu səbalılar sənə gələcək, sənin olacaq.Əli qandallı arxanca gedəcəklər. Onlar gəlib önündə təzim edəcək,+ Yalvara-yalvara deyəcəklər: “Allah səninlədir,+ Ondan başqası yoxdur,Ondan başqa Allah yoxdur”». 15  Ey Xilaskar,+ ey İsrailin Allahı,Sən Özünü pünhan saxlayan Allahsan. 16  Onların hamısı alçalıb xar olacaq,Büt düzəldənlərin hamısı rüsvayçılıq içində rədd olacaqlar.+ 17  İsrail isə Yehovadan əbədi qurtuluş alacaq!+ Siz heç vaxt rüsvay olub xəcalət çəkməyəcəksiniz.+ 18  Göyləri yaradan,+ var olan Allah,Yerə quruluş verən,Onu möhkəm təməl üstdə quran Xaliq,+Onu boş yerə deyil*, yaşayış üçün+ yaradan Yehova belə deyir: «Yehova Mənəm, başqası yoxdur. 19  Mən xəlvət yerdə,+ qaranlıq diyarda danışmadım,Yaqub nəslinə“Məni axtarın, onsuz da faydası olmayacaq” demədim. Mən haqqı danışan, doğrunu bəyan edən Yehovayam.+ 20  Ey xalqların əlindən qurtulanlar, yığışıb gəlin, Bir yerdə yaxınlaşın.+ Oyma bütləri gəzdirən,Qurtuluş verə bilməyən allaha dua edənlər heç nə bilmir.+ 21  Danışın, işinizi ortaya qoyun. Qoy birgə məşvərət etsinlər. Kim bunu əzəldən xəbər verib?Kim bunu ta qədimdən bəyan edib? Məgər Mən Yehova etməmişəm? Məndən başqa Allah yoxdur,Mən adil Allaham, xilaskaram,+ qeyrisi yoxdur.+ 22  Ey yerin hüdudları, Mənə tərəf dönün, nicat tapın,+Allah Mənəm, başqası yoxdur.+ 23  Varlığıma and içdim,Ağzımdan çıxan söz doğrudur,Geri qayıtmaz,+ Bütün dizlər qarşımda büküləcək,Bütün dillər and içib deyəcək:+ 24  “Mütləq doğruluq və güc Yehovaya məxsusdur. Ona hiddətlənənlərin hamısı xəcalət içində hüzuruna gələcək. 25  Bütün İsrail nəsli Yehovanın sayəsində haqlı çıxacaq,+Onunla öyünəcəklər”».

Haşiyələr

Digər variant: heç gil «düzəltdiyin məmulatın qulpları yoxdur» deyər?
Yaxud ağrı çəkib doğduğuna bax.
Digər variant: işçiləri.
Digər variant: tacirləri.
Digər variant: boş olmaq üçün deyil.