Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 43:1—28

MÜNDƏRİCAT

  • Yehova xalqını toplayır (1—7)

  • Saxta allahların məhkəməsi (8—13)

    • «Şahidlərimsiniz» (10, 12)

  • Babildən qurtuluş (14—21)

  • «Gəl iddiamızı ortaya qoyaq» (22—28)

43  Ey Yaqub, səni yaradan, Ey İsrail, sənə şəkil verən Yehova belə deyir:+ «Qorxma, çünki səni haqq ödəyib qurtardım,+ Səni adınla çağırdım. Sən Mənə məxsussan.   Suyun içindən keçsən də, səninlə olacağam,+ Çaylardan keçsən də, batmayacaqsan,+ Odun içindən keçsən də, yanmayacaqsan, Alov səni qarsamayacaq.   Axı Mən sənin Allahın Yehovayam, İsrailin Müqəddəsi, xilaskarınam. Misiri sənin üçün fidyə verdim, Həbəşi, Sibanı əvəz olaraq verdim.   Mənə əziz oldun,+ Səni şərəfləndirdim, səni sevdim,+ Sənin əvəzinə insanları, Canının əvəzinə xalqları verəcəyəm.   Qorxma, Mən səninləyəm.+ Övladlarını gündoğandan gətirəcəyəm, Səni günbatandan toplayacağam.+   Şimala deyəcəyəm: “Onları burax!”+ Cənuba deyəcəyəm: “Onları saxlama! Oğullarımı uzaqlardan, qızlarımı dünyanın ucqarlarından gətir,+   Adımla adlanan,+ Şanıma xəlq etdiyim, Şəkil verib yaratdığım bütün o kəsləri”.+   Gözü ola-ola kor olan xalqı, Qulağı ola-ola kar olan xalqı gətir.+   Qoy bütün xalqlar bir yerə yığışsın, Ümmətlər toplaşsın.+ Onlardan hansı biri bunu deyə bilər? Hansı biri ilk şeylər* barədə söyləyə bilər?+ Qoy haqlı çıxmaq üçün şahidlər gətirsinlər, Onlar da dinləyib desin: “Düzdür!”»+ 10  Yehova bəyan edir: «Siz Mənim şahidlərimsiniz,+ Bəli, seçdiyim qulumsunuz.+ Belə ki, Məni tanıyıb iman edəsiniz, Mənim həmişə eyni olduğumu dərk edəsiniz.+ Nə Məndən qabaq, Nə də Məndən sonra Allah mövcud olmayıb!+ 11  Mənəm, Mənəm Yehova+, Məndən başqa xilaskar yoxdur!»+ 12  «Aranızda yad allah yox ikən Bəyan edən də, qurtaran da, bildirən də Mən olmuşam.+ Odur ki, siz Mənim şahidlərimsiniz, — deyir Yehova, — Allah da Mənəm.+ 13  Mən həmişə eyniyəm,+ Heç kim əlimdən heç nəyi qopara bilməz.+ Mən bir iş görəndə kim mane ola bilər?»+ 14  Sənin qurtarıcın+, İsrailin Müqəddəsi+ Yehova belə deyir: «Sizin xatirinizə Babilə adam göndərib darvazanın rəzələrini sökəcəyəm,+ Gəmilərdəki kəldanilər dərddən fəryad edəcək.+ 15  Mən sənin Müqəddəsin+ Yehovayam, İsrailin Yaradanı,+ sənin Padşahın».+ 16  Yehova, Dənizdən yol açan, Gurlayan sularda cığır açan,+ 17  Arabanı və atı,+ Ordunu və igid cəngavərləri irəli çıxaran belə deyir: «Onlar yerə səriləcək, qalxmayacaqlar.+ Yanan piltə kimi üfürüləcək, sönəcəklər». 18  «Əvvəlki şeyləri yada salmayın, Hey keçmişi düşünməyin. 19  Budur, Mən yeni bir iş görürəm,+ Artıq ərsəyə gəlməkdədir, Məgər görmürsünüz? Mən səhralıqda bir yol açacağam,+ Səhrada çaylar axıdacağam.+ 20  Çöl heyvanları, çaqqallar, Dəvəquşular Məni şərəfləndirəcək. Səhralıqda su, Səhrada çaylar axıdıram ki,+ Xalqım, seçilmişim+ içsin. 21  Bu xalqı Özüm üçün yaratmışam ki, Şənimə təriflər ucaltsın.+ 22  Lakin sən, ey Yaqub, Mənə üz tutmadın,+ Çünki Məndən bezmişdin, ey İsrail.+ 23  Yandırma qurbanı üçün qoyun gətirmədin, Qurban gətirib Mənə ehtiram göstərmədin. Səni bəxşiş gətirməyə məcbur etməmişəm, Kündür tələb edib səni təngə gətirməmişəm.+ 24  Pul verib Mənə ətirli qamış almadın, Qurbanlarının piyi ilə Məni doyuzdurmadın,+ Əksinə, günahlarınla Məni yüklədin, Təqsirlərinlə Məni yordun.+ 25  Öz xatirimə sənin asiliklərini silən Mənəm, Mən.+ Sənin günahlarını yada salmaram.+ 26  Gəl ikimiz də iddiamızı ortaya qoyaq, Bəraət qazanmaq üçün dəlillər gətir, bir yadıma sal. 27  Sənin ilk əcdadın günah etdi, Sənin nümayəndələrin* Mənə asi çıxdı.+ 28  Buna görə də, müqəddəs məkanın başçılarını rəzil edəcəyəm, Yaqubu məhvə verəcəyəm, İsraili təhqir hədəfi edəcəyəm.+

Haşiyələr

Ehtimal ki, gələcəkdə ilk baş verəcək şeylərə aiddir.
Ehtimal ki, qanun müəllimləri nəzərdə tutulur.