Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 42:1—25

MÜNDƏRİCAT

  • Allahın qulu və tapşırığı (1—9)

    • «Mən Yehovayam. Adım budur» (8)

  • Yehovanın şəninə yeni nəğmə (10—17)

  • İsrail kardır, kordur (18—25)

42  Budur, dayaq olduğum, Seçdiyim+, ürəyimcə olan+ qulum+! Ruhumu onun içinə qoymuşam.+ O, xalqlara ədalət gətirəcək.+   O qışqırmayacaq, səsini qaldırmayacaq. Küçədə səsi eşidilməyəcək.+   Əzilmiş qamışı sındırmayacaq, Közərən piltəni söndürməyəcək.+ Sadiq olub haqq-ədalət gətirəcək.+   O, yer üzündə ədaləti bərqərar edənədək+ yorulmaq bilməyəcək, gücdən düşməyəcək. Adalar onun qanununun* intizarındadır.   Göyləri yaradıb, onları yayan,+ Yeri və üzərindəki nemətləri yayıb sərən,+ Dünyanın insanlarına nəfəs verən,+ Yerin üzərində gəzənlərə ruh verən,+ Var olan Allah Yehova belə deyir:   «Mən Yehova səni haqq naminə çağırdım; Sənin əlindən tutmuşam. Səni qoruyacağam, səni xalq üçün əhd,+ Ümmətlər üçün nur edəcəyəm ki,+   Kor gözləri açasan,+ Məhbusları məhbəsdən, Zülmətdə oturanları zindandan azad edəsən.+   Mən Yehovayam. Adım budur. Şanımı heç kəsə vermərəm*, Mənə ucalan mədhləri bütlərə vermərəm.+   Bax, əvvəlkilər həyata keçdi; İndi Mən yenilərini bəyan edirəm. Onlar hələ olmamış sizə əyan edirəm».+ 10  Ey dənizə çıxanlar və onun nemətlərilə dolananlar, Ey adalar və ada sakinləri,+ Yehovanın şəninə yeni nəğmə oxuyun,+ Dünyanın nəhayətlərindən Onu tərənnüm edin.+ 11  Qoy səhra və onun şəhərləri, Qədarın+ yaşadığı obalar hayqırsın.+ Qoy qayalıqda yaşayanlar sevincdən haray salsın, Qoy dağların başından səsləri yüksəlsin. 12  Qoy onlar Yehovanı ucaltsınlar, Adalarda şəninə tərif desinlər.+ 13  Yehova pəhləvan kimi çıxacaq,+ Cəngavər kimi qeyrətini oyadacaq,+ Hayqıracaq, döyüş nərəsi çəkəcək, Düşmənlərindən güclü olduğunu göstərəcək.+ 14  «Xeyli vaxt susdum. Dinmədim, Özümü saxladım. İndi isə doğan qadın kimi zarıyacağam, Təngnəfəs olacağam. 15  Dağları, təpələri viran qoyacağam, Bütün yaşıllığını bomboz edəcəyəm. Çayları adalara çevirəcəyəm, Qamışlı gölləri qurudacağam.+ 16  Korları tanımadıqları yolla aparacağam,+ Nabələd cığırlarda gəzdirəcəyəm.+ Zülməti qarşılarında işığa döndərəcəyəm,+ Kələ-kötür torpağı hamar edəcəyəm.+ Bəli, onlar üçün bunu edəcəyəm. Onları tərk etmərəm». 17  Bütlərə güvənənlər, Dəmir heykəllərə «allahımız sənsən» deyənlər Geri çəkilib biabır olacaqlar.+ 18  Ey karlar, eşidin, Ey korlar, baxıb görün.+ 19  Mənim qulumdan başqa kor varmı? Elçim qədər kar varmı? Bu nemət sahibi qədər kor, Yehovanın qulu qədər kor olan varmı?+ 20  Gözün çox şey görür, amma diqqət yetirmirsən. Qulağın açıqdır, amma eşitmirsən.+ 21  Öz ədaləti naminə Qanunu ucaldıb şərəfə çatdırmaq Yehovaya xoşdur. 22  Bu xalq isə qarət olunmuş, talanmış xalqdır.+ Hamısı quyulara salınıb, məhbəslərdə qıfıllanıb.+ Onlar şikar oldular, qahmar çıxan olmadı,+ Qənimət oldular, «geri qaytar» deyən olmadı. 23  Sizlərdən kim bunu eşidəcək? Gələcək üçün kim qulaq asıb dinləyəcək? 24  Yaqubu talana, İsraili qarətə kim verib? Məgər əleyhinə günah etdikləri Yehova etməyib? Onlar Onun yolu ilə getmək istəmədilər, Qanununa* tabe olmadılar.+ 25  Odur ki, O, hirsini, qəzəbini, Müharibə alovunu onun üstünə tökdü.+ Alov ər-ətrafını qarsamışdı, amma o məhəl qoymurdu.+ Onu yandırıb-yaxırdı, amma vecinə almırdı.+

Haşiyələr

Yaxud nəsihətinin.
Yaxud şanımı başqası ilə bölüşmərəm.
Yaxud nəsihətinə.