Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 41:1—29

MÜNDƏRİCAT

  • Gündoğandan qalxan fateh (1—7)

  • Allahın qulu İsrail (8—20)

    • «Dostum İbrahim» (8)

  • Yehova bütlərə meydan oxuyur (21—29)

41  «Ey adalar, susub Məni dinləyin; Qoy xalqlar gücünü təzələsin, Qoy yaxın gəlib danışsınlar.+ Gəlin toplaşıb məhkəmə quraq.   Kim bir nəfəri gündoğandan ayağa qaldırdı?+ Kim onu haqq naminə ayağına çağırdı ki, Xalqları ixtiyarına versin, Padşahları ona tabe etdirsin?+ Kim onları onun qılıncı qarşısında əzib toz edir, Kamanı qarşısında küləyin sovurduğu samana döndərir?   O, onları təqib edir, Ayaq basmadığı cığırlardan maneəsiz keçir.   Kim əzəldən nəsilləri ortaya çıxarıb, Kim bu işi ərsəyə gətirib? İlk Mənəm, Mən Yehova;+ Sonuncuların dövründə də həminkiyəm».+   Adalar bunu görüb qorxdular. Yerin nəhayətləri titrədi. Onlar yaxına gəlib qabağa çıxırlar.   Hər biri yoldaşına kömək edir, Qardaşına «möhkəm ol» deyir.   Sənətkar da eynilə zərgərə+ ürək-dirək verir; Dəmiri çəkiclə yastılayan Dəmiri zindan üstündə döyəni ruhlandırıb deyir: «Lehim əla alındı». Axırda bütü mıxla bərkidirlər ki, yıxılmasın.   «Sən isə, ey İsrail, Mənim qulumsan.+ Sən, ey Yaqub, ey Mənim seçilmişim,+ Ey dostum İbrahimin övladı*,+   Sən, ey dünyanın qurtaracağından gətirdiyim,+ Ey yerin ucqarlarından çağırdığım. Sənə dedim: “Sən Mənim qulumsan.+ Mən səni seçdim, səni rədd etmədim.+ 10  Qorxma, Mən səninləyəm.+ Təlaşa düşmə, sənin Allahın Mənəm.+ Sənə qüvvət verəcəyəm, sənə kömək edəcəyəm,+ Haqq olan sağ əlimlə səni bərk-bərk tutacağam”. 11  Sənə kin bəsləyənlərin hamısı biabır olacaq, xar olacaq.+ Səninlə vuruşanlar yox olacaq, məhv olacaq.+ 12  Səninlə ədavət aparanları axtaracaqsan, tapmayacaqsan. Səninlə savaşanlar heçə dönəcək, elə bil, heç olmayıblar.+ 13  Mən, Allahın Yehova sənin sağ əlindən tutmuşam, Sənə deyirəm: “Qorxma! Sənə kömək edəcəyəm”.+ 14  Qorxma, ey Yaqub, ey torpaq qurdu*,+ Ey İsrail xalqı, sənə kömək edəcəyəm!» Bunu Qurtarıcın,+ İsrailin Müqəddəsi Yehova bəyan edir. 15  «Budur, səni vəl etmişəm,+ Dişləri ikitiyəli, təzə taxıldöyən etmişəm. Dağları basıb əzəcəksən, Təpələri samana döndərəcəksən. 16  Sən onları sovuracaqsan, Onları külək aparacaq, Qasırğa onları pərən-pərən edəcək. Onda sevincin Yehova olacaq,+ İsrailin Müqəddəsi fəxrin olacaq».+ 17  «Kasıblar, yoxsullar su axtarır, amma su qəhətə çıxıb. Susuzluqdan dil-dodaqları quruyub.+ Mən, Yehova onlara hay verəcəyəm.+ Mən, İsrailin Allahı onları atmaram.+ 18  Yalın təpələrdən çaylar,+ Düzəngahlarda bulaqlar axıdacağam.+ Səhralığı qamışlı gölə, Susuz torpağı bulaqlar diyarına çevirəcəyəm.+ 19  Səhrada sidr, Akasiya, mərsin, yağ ağacı,+ Çöllükdə ardıc, Göyrüş, sərv ağacı əkəcəyəm.+ 20  Beləcə, hamı görüb biləcək, Diqqət verib başa düşəcək ki, Bunları Yehovanın əli edib, İsrailin Müqəddəsi ərsəyə gətirib».+ 21  Yehova deyir: «Dəlillərinizi ortaya qoyun». Yaqubun Padşahı deyir: «Sübutlarınızı izhar edin». 22  «Dəlillər gətirib deyin gələcəkdə nələr olacaq. Keçmişdə olanları danışın ki, Götür-qoy edib nələr olacağını bilək. Yaxud deyin bizi qarşıda nə gözləyir.+ 23  Deyin gələcəkdə nələr olacaq, Bilək ki, siz allahsınız.+ Pis, yaxşı, nə isə bir şey edin, Görüb heyrətə gələk.+ 24  Əslində, siz heçsiniz, Əməlləriniz də heçdir.+ Sizi seçənlər mənfurdur.+ 25  Mən şimaldan bir nəfəri ayağa qaldırmışam, o gələcək.+ O gündoğandan gələn+ Mənim adımı çağıracaq. Dulusçu gil tapdalayan kimi, Başçıları tapdalayacaq.+ 26  Bunları əvvəldən kim deyib ki, biz də bilək, Keçmiş zamanlarda kim söyləyib ki, deyək “düz deyir”?+ Axı heç kim heç nə deməyib! Heç kim xəbər verməyib! Heç kim sizin ağzınızdan heç nə eşitməyib!»+ 27  Siona birinci Mən demişəm: «Budur! Gəlirlər!»+ Yerusəlimə müjdəçini Mən göndərəcəyəm.+ 28  Durub baxırdım, bir nəfər də yox idi, Aralarında bir nəfər də yox idi ki, məsləhət versin. Mən isə onlardan cavab istəyirdim. 29  Bax, onların hamısı bir xəyaldır. Əməlləri, işləri heç nədir. Dəmir bütləri küləkdir, xülyadır.+

Haşiyələr

Hərfən: toxumu.
Yəni müdafiəsiz və fağır.