Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 40:1—31

MÜNDƏRİCAT

  • Xalq üçün təsəlli (1—11)

    • Çöllükdə səs (3—5)

  • Allahın əzəməti (12—31)

    • Xalqlar bir damla su kimi (15)

    • Allah yerin dairəsi üzərində (22)

    • Hər ulduz adı ilə çağırılır (26)

    • Allah yorulmur (28)

    • Yehovaya güvənənlərin gücü (29—31)

40  Allahınız deyir: «Təsəlli verin xalqıma, təsəlli verin.+   Yerusəlimin qəlbini ovundurun,Ona bəyan edin ki, icbari xidməti başa çatıb,Təqsirinin haqqı ödənilib.+ Bütün günahlarının cəzasını Yehovadan bütövlüklə alıb».+   Çöllükdə kimsə qışqırır: «Yehova üçün yolu təmizləyin!+ Allahımız üçün səhrada hamar yol+ düzəldin.+   Qoy bütün dərələr yüksəlsin,Bütün dağlar, təpələr alçalsın. Əyri-üyrü torpaq hamar olacaq,Kələ-kötür yerlər düzəngaha dönəcək.+   Yehovanın calalı aşkar olacaq,+Bütün bəşər bunu görəcək,+Çünki bunu Yehova deyib».   Dinləyin! Biri deyir: «Qışqır!» O biri soruşur: «Nə qışqırım?» «Bütün bəşər yaşıl ot kimidir. Xeyirxahlığı çöl çiçəyinə bənzər.+   Yehovanın nəfəsi üzərinə əsir,+Ot quruyur,Çiçəklər solur.+ İnsan da ki yaşıl otdan fərqlənmir.   Ot quruyar,Çiçək solar,Lakin Allahımızın sözü əbədi qalar».+   Ey Siona müjdə gətirən qadın,+Uca dağa qalx. Ey Yerusəlimə müjdə gətirən qadın,Səsini ucalt, qorxma, səsini ucalt! Yəhuda şəhərlərinə elan et: «Budur Allahınız!»+ 10  Budur, Külli-İxtiyar Yehova güc-qüdrətlə gəlir,Onun qolu hakimiyyət sürəcək.+ Budur, Onun verəcəyi mükafat yanındadır,Ödəyəcəyi muzd önündədir.+ 11  Çoban kimi sürüsünə baxacaq,+ Əli ilə quzularını bir yerə toplayacaq,Onları qoynunda aparacaq, Yanıbalalıları nəvazişlə sürəcək.+ 12  Kim suyu ovcu ilə ölçüb,+Kim göyləri qarışı ilə ölçüb? Kim yerin torpağını ölçü qabına yığıb,+Kim dağları,Təpələri tərəzidə çəkib? 13  Kim Yehovanın ruhunu ölçüb*?Kim Ona məsləhət verə bilər?+ 14  O nəyi isə anlamaq üçün kimdən kömək istəyib?Kim Ona ədalət yolunu öyrədir,Kim Ona elm verir,Kim Ona əsil idrak yolunu göstərir?+ 15  Xalqlar çəlləkdən daman bir damla su kimidir,Tərəzinin gözündəki toz sayılır.+ Budur, O, adaları toz kimi havaya qaldırır. 16  Hətta Livanın bütün ağacları odu qorumağa çatmaz,Oranın heyvanları yandırma qurbanı üçün bəs eləməz. 17  Bütün xalqlar onun önündə heçdir,+Onlar Onun üçün heç nədir, boş şeydir.+ 18  Bəs onda siz Allahı kimə oxşadardınız?+ Onu nəyə bənzədərdiniz?+ 19  Usta büt tökür,Zərgər onu qızılla örtür,+Gümüş zəncirlər düzəldir. 20  Təqdimə üçün çürüməyən bir ağac seçir,+Yerində möhkəm duran Büt düzəltdirmək üçünMahir usta axtarır.+ 21  Məgər xəbərin yoxdur? Məgər eşitməmisən? Məgər başlanğıcdan sənə deyilməyib? Yerin təməli qoyulandan bəri dərk etməmisən?+ 22  Yerin dairəsi üzərində Məskunlaşan var,+Yerin sakinləri isə çəyirtkə kimidir. O, göyləri zərif parça kimi sərir,Onları yaşayış çadırıtək açır.+ 23  O, mənsəb sahiblərini alçaldır,Yerin hakimlərini puç edir. 24  Onlar əkilər-əkilməz,Səpilər-səpilməz,Gövdələri kök atar-atmaz,Üfürən kimi quruyurlar,Külək onları saman kimi sovurur.+ 25  O müqəddəs Olan belə deyir: «Məni kimə bənzədərsiniz ki, Məni ona tay tutasınız? 26  Başınızı qaldırıb göylərə baxın, Bütün bunları kim yaradıb?+ Göylərin ordusunu sayı ilə Çıxaran!O, onların hər birini adı ilə çağırır.+ Onun hədsiz qüvvəsi, möhtəşəm gücü sayəsində+Bircəciyi də əskilmir. 27  Ey Yaqub, ey İsrail, nə üçün deyirsən:“Yehova nələr çəkdiyimi görmür,Allah məndən ədaləti əsirgəyir”?+ 28  Məgər xəbərin yoxdur? Məgər eşitməmisən? Yerin hüdudlarını yaradan Yehova əbədiyyən Allahdır.+ O, əsla yorulmur, taqətdən düşmür.+ Onun zəkası ağlasığmazdır.+ 29  O, yorğunlara güc,Taqətsizlərə qüvvət verir.+ 30  Cavanlar yorular, taqətdən düşər,Cahıllar büdrəyib yıxılar, 31  Amma Yehovaya bel bağlayanların gücü təzələnər. Qartaltək qanad açıb süzər,+ Qaçanda taqətdən düşməz,Yeriyəndə yorulmazlar».+

Haşiyələr

Digər variant: dərk edib.