Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 4:1—6

MÜNDƏRİCAT

  • Yeddi qadın bir kişidən yapışacaq (1)

  • Yehovanın cücərtdiyi fidanın calalı (2—6)

4  O gün yeddi qadın bir kişidən+ yapışıb deyəcək: «Öz çörəyimizi yeyibÖz paltarımızı geyinərik,Təki adın üstümüzdə olsun,Rüsvayçılıqdan qurtulaq».+  O gün Yehovanın cücərtdiyi fidan füsunkarlığa, calala bürünəcək. Torpağın bar-bəhəri İsraildən sağ qalanların iftixarı olacaq.+  Sionda və Yerusəlimdə sağ qalanlar, Yerusəlimdə yaşamaq üçün qeydə alınanların hamısı müqəddəs adlanacaq.+  Yehova hökm ruhu ilə və alovlu qəzəbi ilə Sion qızlarının çirkabını yuyacaq,+ Yerusəlimi tökdüyü qandan təmizləyəcək.+  Onda Yehova bütün Sion dağı üzərində, toplantı yerlərində gündüzlər bulud və duman salacaq, gecələr gur alov yandıracaq.+ Belə ki, şanlı məkan başdan-başa mühafizə altında olacaq.  Orada gündüzlər qızmar istidən qorunmaq üçün, yağışdan, yağmurdan daldalanmaq üçün çardaq olacaq.+

Haşiyələr