Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 39:1—8

MÜNDƏRİCAT

  • Babildən gəlmiş elçilər (1—8)

39  Babil padşahı Baladan oğlu Mərduk-Baladan Hizqiyyənin xəstələndiyini və sonra sağaldığını eşidib ona məktublar və hədiyyələr göndərdi.+  Hizqiyyə elçilərə ürəkdən xoşgəldin elədi, xəzinəsini+ — qızıl-gümüşü, balzamı, başqa bahalı yağları, bütün cəbbəxanasını və xəzinəsində olan hər şeyi onlara göstərdi. Evində və bütün səltənətində elə şey qalmadı ki, onlara göstərməsin.  Əşiya peyğəmbər Hizqiyyə padşahın yanına gəlib soruşdu: «Bu adamlar haradan gəlmişdilər? Nə dedilər?» Hizqiyyə dedi: «Uzaq diyardan, Babildən gəlmişdilər».+  Əşiya soruşdu: «Sarayında nələri gördülər?» Hizqiyyə dedi: «Hər şeyi. Xəzinəmdə onlara göstərmədiyim şey qalmadı».  Əşiya dedi: «Ordular Allahı Yehovanın sözünü dinlə.  “Elə gün gələcək ki, sarayındakı hər şeyi, ata-babalarının bu günə qədər yığdığı nə varsa, Babilə aparacaqlar. Heç nə qalmayacaq,+ — deyir Yehova.+ —  Səndən törəyəcək oğullarından da bəzilərini aparacaqlar. Onlar Babil padşahının sarayında saray məmuru olacaqlar”».+  Hizqiyyə Əşiyaya dedi: «Yehovanın dediyi bu söz haqdır». Sonra əlavə etdi: «Çünki mənim dövrümdə sülh, əmin-amanlıq olacaq».+

Haşiyələr