Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 37:1—38

MÜNDƏRİCAT

  • Hizqiyyə Allahdan kömək diləyir (1—7)

  • Sinaxerib Yerusəlimi hədələyir (8—13)

  • Hizqiyyənin duası (14—20)

  • Allahın cavabı (21—35)

  • Mələk 185 000 aşşurlunu qırır (36—38)

37  Hizqiyyə padşah bunu eşidəndə yaxasını cırdı, çula bürünüb Yehovanın məbədinə getdi.+  Sonra eşikağası Əlyakimi, katib Səbnanı, kahinlərin ağsaqqallarını Amuz oğlu Əşiya peyğəmbərin+ yanına göndərdi. Onlar da çula bürünmüşdülər.  Onlar gəlib Əşiya peyğəmbərə dedilər: «Hizqiyyə belə deyir: “Bu gün dərd, tənə, rüsvayçılıq günüdür. Bətndəki uşaqlar gəlir, amma anaların doğmağa gücü yoxdur.+  Bəlkə, Allahın Yehova Aşşur padşahının var olan Allaha meydan oxumağa göndərdiyi rəbsaqın sözlərini eşidər.+ Dediyi sözlərə görə Allahın Yehova onunla haqq-hesab çəkər. Ona görə sağ qalanlar+ üçün Allaha dua et+”».  Hizqiyyə padşahın əyanları Əşiyanın yanına gəldilər.+  Əşiya dedi: «Hökmdarınıza çatdırın ki, Yehova belə deyir: “Eşitdiyin sözlər, Aşşur padşahının əyanlarının+ Mənə qarşı dediyi küfrlər səni qorxuya salmasın.+  Mən onun ağlına bir fikir salacağam. O, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq.+ Mən onu öz ölkəsində qılınc ağzına verəcəyəm”».+  Rəbsaq Aşşur padşahının Lahişdən çıxdığını eşidəndə onun yanına qayıtdı və gördü ki, o, Libna ilə vuruşur.+  Padşaha Həbəş padşahı Tirhaqanın onunla döyüşməyə gəldiyi xəbəri çatmışdı. O, bu xəbəri eşidəndə yenidən Hizqiyyəyə qasidlər+ göndərib dedi: 10  «Yəhuda padşahı Hizqiyyəyə söyləyin: “Qoy güvəndiyin Allah “Aşşur padşahı Yerusəlimi almayacaq” deyib səni aldatmasın.+ 11  Aşşur padşahlarının bütün məmləkətləri viran qoyduğu sənə məlumdur.+ Elə bilirsən, sən xilas olacaqsan? 12  Atalarımın məhv etdiyi xalqların allahları onları qurtara bildi?+ Hanı Qozan, Harran+, Rəsəf? Hanı Təl-Əssarda olan Ədən camaatı? 13  Hanı Həməs padşahı, Arpad padşahı, Səfarvaim+ şəhərlərinin, Hinanın, İvvahın padşahları?”» 14  Hizqiyyə qasidlərdən məktubları alıb oxudu. Sonra Yehovanın məbədinə getdi, onları Yehovanın önündə açıb yerə sərdi.+ 15  Hizqiyyə Yehovaya dua etdi:+ 16  «Ey kərrublar üzərində* oturan ordular Allahı+, İsrailin Allahı Yehova! Dünyadakı bütün səltənətlərin Allahı tək Sənsən. Göyləri, yeri Sən xəlq etmisən. 17  Qulaq ver, Yehova, eşit!+ Nəzər sal, ya Yehova, gör!+ Ey var olan Allah, Sənə meydan oxuyan Sinaxeribin sözlərini eşit.+ 18  Yehova, düzdür, Aşşur padşahları bütün məmləkətləri, elə öz məmləkətlərini də darmadağın ediblər.+ 19  Onların allahlarını oda atıb yandırıblar,+ çünki onlar allah deyil, insan əlinin işidir, taxtadır, daşdır.+ Elə ona görə onları məhv edə biliblər. 20  Ey Allahımız Yehova, bizi onun əlindən qurtar. Qoy bu cahandakı bütün səltənətlər bilsin ki, tək Sən Allahsan, ey Yehova».+ 21  Amuz oğlu Əşiya Hizqiyyəyə xəbər göndərib dedi: «İsrailin Allahı Yehova belə deyir: “Sən Aşşur padşahı Sinaxeriblə bağlı Mənə dua etdiyin+ üçün 22  Yehova onun haqqında belə deyir: “Bakirə Sion qızı həqarət edib səni lağa qoyur. Yerusəlim qızı sənə baxıb başını bulayır. 23  Sən kimə meydan oxuyurdun?+ Kimə küfr edirdin? Kimə səsini qaldırırdın?+Kimə məğrur gözlərlə baxırdın? İsrailin Müqəddəsinə?!+ 24  Qullarını göndərib Yehovaya meydan oxudun:+“Saysız cəng arabalarımlaDağların zirvəsinə qalxacağam,+Livanın ucqarlarınadək gedəcəyəm. Onun əzəmətli sidrlərini, seçmə ardıclarını kəsəcəyəm. Ən hündür yerlərinə, sıx meşələrinə girəcəyəm. 25  Quyular qazıb sularını içəcəyəm,Dabanımla Misirin çaylarını qurudacağam”. 26  Eşitməmisən ki, bineyi-qədimdən bu qərara alınmışdır? Keçmiş günlərdən bunu hazırlamışam,+ İndi isə həyata keçirəcəyəm.+ Sən qalalı şəhərləri xarabazara çevirəcəksən.+ 27  Onların sakinləri çarəsiz qalacaq.Onları dəhşət bürüyəcək, rüsvay olacaqlar. Onlar çöllərin ot-ələfi olacaqlar,Damlarda bitən, səmum yelinin qarsadığı ot olacaqlar. 28  Amma Mən sənin oturuşundan, duruşundan, girişindən, çıxışından,+Mənə olan hiddətindən agaham,+ 29  Mənə qarşı qəzəbin,+ nərələrin qulağıma çatıb.+ Qarmağımı burnuna keçirəcəyəm, yüyənimi+ ağzına salacağam,Gəldiyin yolla səni geri qaytaracağam”. 30  Ey Hizqiyyə, sənin üçün əlamət bu olacaq: bu il öz-özünə bitən* məhsulu, ikinci il ondan cücərən taxılı yeyəcəksiniz. Üçüncü il toxum səpib əkin biçəcəksiniz, üzümlüklər salıb barını yeyəcəksiniz.+ 31  Yəhuda evindən qurtulanlar, sağ qalanlar+ aşağı kök atıb yuxarı bəhrə gətirəcəklər. 32  Qalanlar Yerusəlimdən, qurtulanlar Sion dağından çıxacaq.+ Ordular Allahı Yehova bunu Öz qeyrəti ilə edəcək.+ 33  Yehova Aşşur padşahı haqda belə deyir:+ “O, bu şəhərə girməyəcək,+Buraya ox atmayacaq,Qarşısına qalxanla gəlməyəcək,Ətrafında mühasirə bəndi qurmayacaq.+ 34  Gəldiyi yolla geri qayıdacaq.Bu şəhərə ayaq basmayacaq”, — bəyan edir Yehova. 35  “Öz adım naminə,Qulum Davudun xatirinə bu şəhəri qoruyacağam, xilas edəcəyəm”».+ 36  Yehovanın mələyi gəlib aşşurluların ordugahında 185 000 nəfəri qırdı. Camaat səhər qalxanda gördü ki, hər tərəf meyitlə doludur.+ 37  Aşşur padşahı Sinaxerib geri çəkilib Neynəvaya*+ getdi və orada qaldı.+ 38  Allahı Nəsruhun məbədində səcdə qılanda oğulları Ədraməliklə Şarasar onu qılıncla öldürdülər+ və Urartu+ ölkəsinə qaçdılar. Oğlu Asarxaddon+ Sinaxeribin yerinə taxta çıxdı.

Haşiyələr

Digər variant: arasında.
Yaxud yerə düşən taxıl dənlərindən bitən.
Nineviya.