Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 36:1—22

MÜNDƏRİCAT

  • Sinaxerib Yəhudanı istila edir (1—3)

  • Rəbsaq meydan oxuyur (4—22)

36  Hizqiyyə padşahın hakimiyyətinin on dördüncü ilində Aşşur+ padşahı Sinaxerib qalxıb Yəhudanın bütün qala-şəhərlərini istila etdi.+  Aşşur padşahı rəbsaqı*+ böyük qoşunla Lahişdən+ Yerusəlimə, Hizqiyyə padşahın yanına göndərdi. Onlar gəlib camaşırçı tarlasına gedən baş yolun üstündəki yuxarı çarhovuzun su kəmərinin+ yanında durdular.+  Onda eşikağası Xilqiyyə oğlu Əlyakim,+ katib Səbna+ və salnaməçi Asəf oğlu Yuah onların qabağına çıxdılar.  Rəbsaq onlara dedi: «Hizqiyyəyə deyin ki, böyük hökmdar, Aşşur padşahı belə deyir: “Sən nəyə arxalanırsan?+  Deyirsən: “Müharibə aparmaq üçün ağlım da var, gücüm də”. Lakin bunlar boş sözlərdir. Kimə güvənirsən ki, mənə qarşı çıxmağa hünər etmisən?+  Sən o sınıq qamışa, Misirə arxalanırsan? O qamış ona söykənənin əlinə batıb onu deşər. Misir hökmdarı firon ona güvənənlərin hamısı üçün belədir.+  Bəlkə deyəcəksiniz: “Allahımız Yehovaya güvənirik”? Məgər bu, həmin o Allah deyil ki, Hizqiyyə Onun səcdəgahlarını, qurbangahlarını dağıdıb+ və Yəhuda ilə Yerusəlimə yalnız Yerusəlimdəki qurbangahın qabağında səcdə qılmağı buyurub?”+  Gəl hökmdarım Aşşur padşahı+ ilə mərcə gir: əgər sən iki min süvari tapsan, sənə o qədər at verərəm.  Sən arabalar və süvarilər üçün Misirə güvəndiyin halda, hökmdarımın ən kiçik xidmətçisi olan valilərindən birini necə məğlub edə bilərsən? 10  Elə bilirsən, mən Yehovadan icazəsiz buranı dağıtmağa gəlmişəm? Yehova Özü mənə deyib: “Bu ölkəyə hücum et, oranı darmadağın elə”». 11  Onda Əlyakim, Səbna+ və Yuah rəbsaqa+ dedilər: «Qullarınla arami dilində+ danış, biz başa düşürük. Yəhudilərin dilində danışma, divarın üstündəki xalq eşidir».+ 12  Rəbsaq dedi: «Məgər hökmdarım məni göndərib ki, bu sözləri təkcə ağanızla sizə deyim? Divarda oturan adamlar da bunu eşitməlidir. Onlar da sizinlə birlikdə nəcislərini yeyib sidiklərini içəcəklər». 13  Rəbsaq durub yəhudilərin dilində uca səslə dedi:+ «Böyük hökmdar Aşşur padşahının sözünü eşidin.+ 14  Padşah deyir: “Qoy Hizqiyyə sizi aldatmasın. O, sizi qurtara bilməyəcək!+ 15  Qoy Hizqiyyə: “Yehova bizi mütləq xilas edəcək, Aşşur padşahı bu şəhərə girə bilməyəcək”, — deyib sizi Yehovaya arxayın etməsin.+ 16  Hizqiyyəyə qulaq asmayın. Aşşur padşahı deyir: “Mənimlə sülh bağlayın, mənə təslim olun. Onda hər biriniz öz meynəsinin, öz əncir ağacının meyvəsini yeyəcək, öz hovuzunun suyunu içəcək. 17  Sonra mən gəlib sizi ölkənizə bənzər bir ölkəyə, taxıl, təzə şərab, çörək, üzümlüklər olan diyara aparacağam.+ 18  Qoy Hizqiyyə sizi “Yehova bizi xilas edəcək” deyə aldatmasın. Xalqların allahlarından hansı biri öz ölkəsini Aşşur padşahının əlindən qurtara bilib?+ 19  Hanı Həməsin, Arpadın allahları?+ Hanı Səfarvaimin+ allahları? Onlar Səməriyyəni mənim əlimdən qurtara bildilər?+ 20  Ölkələrin allahlarından hansı biri öz ölkəsini mənim əlimdən qurtara bilib ki, Yehova da Yerusəlimi mənim əlimdən qurtarsın?”»+ 21  Xalq dinməz-söyləməz dayanıb ona bir kəlmə də cavab vermədi. Çünki padşahdan əmr gəlmişdi ki, heç kim ona cavab verməsin.+ 22  Eşikağası Xilqiyyə oğlu Əlyakim, katib Səbna+, salnaməçi Asəf oğlu Yuah yaxalarını cırıb Hizqiyyənin yanına gəldilər və rəbsaqın sözlərini ona çatdırdılar.

Haşiyələr

Baş saqi.