Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS KİTAB (TÖVRAT, ZƏBUR, İNCİL)

Əşiya 35:1—10

MÜNDƏRİCAT

  • Cənnət bərpa ediləcək (1—7)

    • Korlar görəcək, karlar eşidəcək (5)

  • Qurtulmuşlar Müqəddəslik yolunda (8—10)

35  Səhra və quraq torpaq sevinəcək,+Düzlər şadlanacaq, zəfərantək çiçəklənəcək,+   Gül-çiçək açacaq,+Şadlanıb cuşa gələcək. Livanın əzəməti,+Karmellə+ Şaronun+ cah-calalı ona veriləcək. İnsanlar Yehovanın əzəmətini, Allahımızın calalını görəcəklər.   Süstləşmiş qolları qüvvətləndirin,Titrəyən dizlərə təpər verin.+   Ürəyi təlaş keçirənlərə deyin: «Möhkəm olun, qorxmayın! Allahınız qisas almağa gələcək,İntiqam almağa gələcək.+ Gəlib sizə nicat verəcək».+   O vaxt korların gözləri açılacaq,+Karların qulaqları eşidəcək.+   O vaxt axsaqlar maral kimi sıçrayacaq,+Lalların dili sevincdən cəh-cəh vuracaq.+ Səhrada bulaqlar qaynayacaq,Düzlərdə çaylar axacaq.   Qarsımış torpaq qamışlı gölə,Susuz torpaq bulaqlar diyarına dönəcək.+ Çaqqalların yuvası,+ dinclik yerləri çayır-çəmən olacaq,Qarğı, qamış bitirəcək.   Orada geniş bir yol olacaq,+O yol Müqəddəslik yolu adlanacaq. Bu yolla murdar adam yeriməyəcək.+ Bu yol onu seçənlərin yolu olacaq,Axmaq təsadüfən bu yola çıxmayacaq.   Orada aslanlar gəzməyəcək,Yırtıcı heyvanlar bu yola çıxmayacaq, Onlara orada rast gəlinməyəcək.+Yalnız fidyə ilə qurtulmuşlar bu yolla gedəcək.+ 10  Yehovanın qurtuluş verdikləri qayıdacaq,+ sevinc sədalarıyla Siona gələcək.+ Sonsuz fərəh başlarının tacı olacaq.+ Onların nəsibi şadlıq və sevinc olacaq,Qəm-qüssə qaçıb gedəcək.+

Haşiyələr